Ruhum, Ruhun Şərəfinə
Səfər tərəfindən "Digər yazılar" bolməsinə 10:02 17 mart 2017 tarixində əlavə olunmuşdur

Gəl yanıma. Şəhvətin olmasın istəmirəm, bədənini soyun gəl. Tək ruhunla gəl. Ruhunu yad bir tanrıya yox mənə təslim et bu gecə. Öl qollarımda, nəfəsimi kəs boynunda. Səni ləngidən, yoran çiynindəki mənasız yükləri, qaydaları ,şablonları, tanrıları və qürurunu yerə qoy bacardığın qədər sürətli qaç mənə. Gündüzləri sevmirəm gəl gecə ölək səninlə. Xəyallardan daha xoşbəxt olmağı bacarmadıq biz . Nə də ki yuxularmızı dəyişə bildik. Acizliyimizi gizlət mənnən sonra gəl. Sonsuz gəl mənə. Digər gəlişləri kimi gedişlərlə gəlmə sonsuz gəl. Sevgin qədər gəl mənə və unudabildiyin qədər uzağa get mənnən. Bacarmasan uzağa gedə bildiyin qədər unut məni.Cansız bədənimə ilk sarılacağın an kimi həsrətlə sarıl mənə. Birazdan qəlbində göməcəklər cansız sevgimi. Bayramlarda ziyarətinə gəl, üstünü ot basmasın xatirələrin. Elə gəl ki, yoxluğun görməsin bizi. Yoxluğundan gizlənək, küçədə, bacada, parklarda... Sənə qapını açarkən sənnən əvvəl övlad kimi saçlarının iyi qaçsın qucağıma. Hər gəcə qucağımda yatıb qalsın saçlarının iyi. Bir şerimdən tanı özünü, bil ki sənə yazılıb. Tanımasanda məni, yazılarmı tanı sən. Darıxmaq kimi gəl.Yanımda olsan belə burnumun ucu göynəsin səninçün. Xoşbəxtlik kimi gəl. Haqqında hamı danışsa da, özünü görən olmasın. Ya da boş ver hər şeyi rədd olsunlar. Sən ölüm kimi gəl mənə. Ən sərxoş əclaf və aciz vaxtımda tut məni. Ruhumu sənə təslim edəcəm. Buz kimi əllərimi tut və meydimə sarıl. Qovuşmağmıza tək əngəl, əclaf bədənlər idi sadəcə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0412 saniye