Yaddaş dərmanı
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 23:08 02 mart 2018 tarixində əlavə olunmuşdur

İtirir yaddaşını qoca, ahıl bir nənə.
Götürərək başını gedibdir evdən yenə.
Nə yaxşı kı yaddaşı qayıtdı lazım anda - 
Kəndarın qırağında 
qayıtdı ona yaddaş.
"Hara gedirdim görən?" - tutdu nənəni təlaş.
Tez qayıtdı otağa, uzandı yatağına.
Utandı o çağırsın nəvələri yanına.
Çağırsın ki, nəvələr versin ona həbini -
Həm də çoçuq nə bilər nənələrin dərdini?
Yaman unutqan olub yaman... bu son zamanı
Unudub nənə atmır hafizə dərmanını.
Ancaq hər yuxusunda görür nənə o çağı:

"Balaca şirin oğlu, isti ana qucağı.
O qucaqdan böyüyən bir aslan parçasını,
Həyat gülüstanında - öz gülü anasının.
Ana bağbanlar kimi oxşayırdı gülünü.
Gülünün xatirinə açırdı hər sübhünü.
Küləklərtək vaxt uçub, gənclik çağları getdi:
Qırış rəssamı - zaman ananı nənə etdi.
Zaman acımır yenə, zaman görür işini -
Gah alır yaddaşını, gah da əyir qəddini.
Gözünü yumur ana özünün dərdlərinə,
Ömrünü nağıl edib deyir nəvələrinə.
İndi çatır nağılın ən yeməli hissəsi:
Göydən üç alma düşür, bir nəvəyə hərəsi..."

Həmişə o, oyanır bu yerində yuxunun,
Axı ağırdı hər an duymaq ona yoxluğu.
Həyatının mənası, danışdığı nağıl da
Yox oldu ailəsitək adicə bir qəzada.
Həyatda axı qəza deyildir nadir bir hal:
Qəza olur əməllər, qəza olur namazlar.
Qəzalı beyinlərdə qəza olan fikirlər:
Uşaqkən boşananlar, doğulmadan ölənlər.
Qəzalar əməllərdə, qəza niyyətlərdədir.
Bəlkə insanlıq özü qəzalı vəziyyətdəri?
Nə fərqi var bunların qoca, ahıl nənəyə:
Həsrət indi oğluna, gəlininə, nəvəyə.
Həsrət çəkir daima nənə o günlər üçün:
Yatıb tamaşa edir xəyalına o, hər gün.
Hədər yerə demirlər kinodur ömrün çağı:
Ən maraqlı yerində söndürürlər işığı.

Həyətin kəndarından, həyatın kəndarından
Yenə qayıtdı nənə. İndi çarpayısından 
Baxır xəyalındakı oynayan nəvələrə.
Yaman şirin oynayır şirin-şəkər nəvələr.
Heç şirin nəvələri buyurmağa əl gələr?
Xoşbəxt görür onları, xoşbəxt olur nənə də,
Amma yaddaş qayıdıb, xatırladır gercəkdən.
Yaddaşa meydan deyib, həyatın acısını
Unutmaqçün o, atmır hafizə dərmanını.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0195 saniye