SƏN DƏ GÜNAHKARSAN, MƏN DƏ GÜNAHKAR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:52 25 yanvar 2018 tarixində əlavə olunmuşdur

Təzəcə salmışdı qəlbimizdə iz,

Gülüb şadlanırdı qəmli könlümüz.

Yaşada bilmədik bu sevgini biz -

Sən də günahkarsan, mən də günahkar!

 

Özün de, bu necə ömürdü-gündü,

Niyə bəxtimizin işığı söndü?

Deyinə-deyinə qalmışıq indi -

Sən də günahkarsan, mən də günahkar!

 

Heç demə uzunmuş yalanın dili,

Sönmüş bir ocağın közərməz külü.

Nə dost ola bildik, nə də sevgili -

Sən də günahkarsan, mən də günahkar!

 

Hürkütdük eşqi biz, baş alıb getdi,

Kiprikdən süzülən yaş olub getdi.

Buludtək dolmuşdu, boşalıb getdi

Sən də günahkarsan, mən də günahkar!

 

Seymurun naləsi köksünə sığmaz,

Dirçəlməz ta kökdən düşübsə avaz.

Gəl, dönük taleyi az qınayaq, az -

Sən də günahkarsan, mən də günahkar!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye