Ayrılıq mədəniyyəti
Gulara Salımova tərəfindən "Digər yazılar" bolməsinə 09:40 25 may 2017 tarixində əlavə olunmuşdur

“Niyə bizlərdə ayrılıq mədəniyyəti yoxdur görəsən?” deyib mövzuya girmək istəyirdim.Sonra düşündüm ki,nəyin mədəniyyəti var ki bizdə o olsun …

Yeni ayrılmısız.Təbii olaraq sizə yaxın olan kəslərlə hislərinizi,ayrılığın sizə  təsirlərindən danışırsız.Hər ağızdan bir avaz gəlir.Kimi çox gözəl başa düşür səni hörmətlə dinləyir,məsləhət verir.Kimisi isə əsl üzünü göstərir.Sevinənlər də olur.Bir iki nəfər sidq ürəkdən pis olanlar da …

Bəlkə də ayrılıqdan çox səni yaralayan  insanların, ətrafının geridə qalmış,mental düşüncələridir.Elə düşüncələr ki,1000 kitab oxusalar belə o fikri sərhədləri,barierləri sındırıb müasir həyata qədəm qoya bilmirlər.

1.Elə başlayaq ən birinci “istifadə olunmaq “,”istifadə etmək” kimi sözcüklərdən.Yəni bir insan  nə dərəcədə aciz,gücsüz,avam olsun ki ondan kimsə istifadə eləsin ?! Üstəlik , digər tərəf insani,saf,mərhəmət kimi duyğularla zəngindirsə o hansı məqsədlə kimdənsə istifadə edə bilər ki axı ?!    Heç bir maddi mənəvi asılılığı olmayan ,məntiqli,müasir dünya insanının şüaltısında bu söz necə məskən salıb ? əgər biri sizinlə ayrılırsa deməli sizi kifayət qədər sevməyib,önəmsəməyib.Nə onun,nə də sevginiz üçün mübarizə etməyə dəyər.Yaxud elə səbəblər olub ki,ayrılmaq məcburiyyətində qalıb.Ancaq bu axı ona əsas vermir ki ,onun haqqında birinin üstünə beşini qoyub,yanlış,onu gözdən salacaq,şəxsiyyətinə,mənliyinə toxunacaq hərəkətlər edib öz aləminizdə qisas alasız.Ayrılıbsa bu o demək deyil ki,pis insandı.Ayrılmağı onun pis insan olmağına dəlalət eləmir.Ona qarşı soyuyun,hisləriniz əvvəlki kimi olmasın,ancaq ayrılıqdan sonra “ məndən istifadə etdi “ və bənzəri sözlər ondan əvvəl sizi gözdən salacaq.Hər kəsin gözündə zavallı məxluqa çevriləcəksiz.  Yadda saxlayın : heç kim məcbur deyil bu gün sevdiyi ,xoşlandığı insanı sabah da sevsin. Heç kim buna dair kontrakt imzalamır.

2.”Yolun ortasında buraxmaq”

Bağışlayın,siz yola çıxmışdınız ki ? Hansı yol ? Süd yolu ? Görün,özünüzə bir kənardan nəzər yetirin necə də yazıq,məzlum,aciz görünürsüz.Yolu təkbaşına gedə bilməyəcək,o yolu getmək üçün sırf kiməsə ehtiyacı olan gücsüzlükdən ibarətsiz sadəcə.Necədir ? xoşunuza gəlir öz halınız ? Kim sizin kimi aciz məxluqla ömür sürmək istəyər axı ?  

3.Hə ,çatdıq ayrılıq povestimizin ən sarsıdıcı ,iyrənc kəlimələrindən olan , ədəbi dilin normalarına uyğun olmayan “Fırlatmaq” kəlamına.Hər kəs düşünür ki,sağlam münasibətin sonu gəlib evliliyə dayanar.O qədər görmüşəm ki,sonu evliliklə nəticələnən  xəstə münasibətlər…Bir münasibətin sağlamlığı və ya qeyri-sağlam olması təəssüf ki,onun evliliklə nəticələnib nəticələnməyəcəyi ilə ölçülür.Nə vaxta qədər ki “danışmışıqsa,almalısan” prinsipi ilə münasibətlər qurulacaq heç nəyin sonu işığa,aydınlığa ulaşmayacaq.Qaldı ki “almaq” kəliməsi – özünü əşya kimi görən qadınnan bunnan artıq ,məntiqli prinsiplə münasibətə başlamaq gözlənilməzdir.

4.Ayrılıqdan sonra “əşi onnan da yaxşısı çıxacaq qarşına”,”bunu unutmaq üçün gərək başqası ilə danışasan,sevəsən” kimi lazımsız məsləhətlər verən mütləq olacaq.Etməyin.Necə lazımdırsa,necə hiss edirsinizsə anı yaşayın.Sevirsinizsə sevin  zamanla unudulacaq.Yox , əgər yaratdığı boşluğu kimləsə əvəz etməyə çalışsaz həm özünüzə,həm o boşluğu dolduracağınız şəxsə yazıq olacaq.

Birdəki ən pis ayrılıq ölümdür,yoxluqdur.Həqiqətən sevirsizsə onun sizdən ayrılıqda başqa birisi ilə xoşbəxt olmağı,gülməyi belə sizin içinizi hüzurla dolduracaq. Təbii ki,egoist – öz mənafeyini,çıxarlarını düşünməyən insansınızsa əgər.

Güclü olun.Hər kəs qarşısında güclü ,möhkəm birini görmək istər ^^


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+17=
Hesaba giriş
Müəllif

Gulara Salımova
Haqqında
18.11.1994 - writer. Yazıçılığa kiçik yaşlardan başlamamışam.Başqa yazıçılar kimi fəxrli,qürurlu bir bioqrafiyamın olduğunu düşünmürəm.Gecəsini,gündüzünə qatan,şərəf lövhəsində yerini alan ,”ana” ,” vətən”kimi şablon mövzularda yazan ,uğurlu bir təhsil həyatı olan şagird,insanların sevimlisi olmamışam. Lakin,bədii kitablara daha çox vaxt ayırmış,onları tədris kitablarından daim üstün tutmuşam.Hər kitab bir həyat olub mənim üçün.Hər dəfə yeni bir həyatla tanış olmuşam . Oxumağa,öyrənməyə,yeni biliklər əldə etməyə çalışmışam hər zaman. Yazmağa 19 yaşımda başlamışam.İlk yazdığım “ İntihar” başlıqlı qısa bir dialoq olub. Yazmaqda məqsədim qaranlıq qalan məsələləri işıqlandırmaq , daha geniş kütləyə çatdırıb bir həll yolu tapmaqdır .İnsan , xüsusəndə qadın bədbəxtçiliyinə diqqəti çəkmək istəyirəm.
Əlaqə
E-mail:
pink.rain_94@list.ru
Sosial şəbəkə:
Facebook
Tərəfdaşlar
Facebook
0.0404 saniye