Azad ol! Azad qal
Səfər tərəfindən "Digər yazılar" bolməsinə 12:04 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Kimsə görməsin deyə işığı yandırmadan yazmaq.Fərqini kimsə hiss etməsin deyə, onlardan biri olmaq, bu dar küçələrdə. Dünyadakı ən fərqli insanın fərqlənməmək çırpınışları idi, gizlədilən azadlığın əlamətləri. Basdırılan son Azadın, qaranlıqda yazdığı ölüm məktubunu oxuyuram. İstintaq aparılır. Özü mü ölüb yoxsa?... Adəm kimmidir? Adəm mənəm, onlar bilmirlər hələ.


Məktub.


Azadlığını gizlət onlardan. Alarlar əlindən. Nə qədər azad olduğunu tanrıya belə demə. Yerin də qulağı vardır. Azadlığı istəmə çünki, azadlığa günah, əxlaqsızlıq, tərbiyəsizlik, kafirlik, qeyrətsizlik kimi, neçə- neçə qondarma adlar qoyublar. Azad olduğunu demə, qoy bilməsinlər. Əgər bir suizan edib azadlığı keçirsən ağlından, dərhal diz çök və təsilm olduğunu de. Ancaq bu günah elə çıxar canından. Azadlıq çoxdan lənətlənib Adəm. Elə sənin də azadlığını səni əyib, Həvva düzəldərək aldılar əlindən. 
Bu dünyada ən azad varlıq fikirlərimizdir sanma Adəm. İndi onu da yönləndirənlər var... Azadlıq nəfəslərimizdir. Azadlıqla nəfəs alırdım mən Adəm, elə sənin kimi. Nəfəsim daralıb, nə içki, nə siqaret, nə də bu merət spazmaqol kəsə bilmir ağrılarımı. Boğuluram Adəm. Küçədə azadlıq dilənsəm, bir-iki dəmir pul düşəcək ovcuma. Onların azadlığından bir parçadır o dəmir pullar. Nəfəs dilənsəm, heç kim nəfəsindən bir qıram belə verməyəcək mənə. Boğuluram Adəm. Səndə varsa bir nəfəslik azadlıq gətir mənə. Səndən başqa kimsədə yoxdur bilirəm. 
Təzə doğulan körpə gördüm, mən son nəfəsimi çəkərkən ciyərlərimə. Görsən Adəm, elə azad doğulmuşdu ki. Bir dəqiqə belə çəkmədi bədbəxtin azadlığı. Anası balam dedi, atası həkim olacaq, nənəsi adını qoydu, babası da qulağına ərəbcə nəsə oxudu. Təzə doğulan azadla qidalandılar vəhşilər. Nəfəssiz yazılan son misralarıma yaxşı bax Adəm. Sağ ol, salamat qal demirəm Adəm sənə. Ən gözəl təmənnim Azad ol ! Azad qal !


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0305 saniye