Belaşda qəribəliklər
Səməd Şıxı tərəfindən "Hekayə" bolməsinə 18:33 03 dekabr 2017 tarixində əlavə olunmuşdur

Kənan öz şəhərini tərk edib “Belaş”da yaşamaq qərarına gəlmişdi. Şəhər haqqında araşdırma aparanda ora haqqında lazımı məlumatlar ala bilməsə də oranın qəribə bir şəhər olduğu və sizi fərqli dünya gözləyir yazıları ilə daha çox qarşılaşmışdı. Amma içindəki səs onu ora səsləyirdi. Qatardan bilet aldı ki, yol boyu ətrafı görə bilsin. Tələsəcək yeri, nə də gözləyəni olmadığından rahat getmək istəyirdi. ora gedib nə edəcəkdi, harda yaşayacaq, harda işləyəcək barəsində hələ düşünməmişdi. Öz şəhərində universiteti bitirmişdi və yüngül işdə işlədiyindən orda da təxmin edirdi ki, iş tapmaqda çətinlik çəkməyəcək. Şəhər haqqında araşdırma aparanda təhsilin elədə yüksək olmadığın görmüşdü.

Qatara mindikdə onu qadın nəzarətçi qarşılayıb başdan ağaya süzüb biletini yoxlayıb içəri buraxdı. Kənan qadının kobudluğu barəsində deyinə- deyinə yerinə keçdi. Yanına ondan başqa iki kişi ilə onların yanında bir qadın gəldi. Əvvəl onlara fikir verməsədə sonra onlara baxıb ürəyində gülməyə başladı. Sanki, qadın kişi idi kişilər isə qadın. Kişilər bir küncdə səssizcə oturmuş aralarında söhbət edir, yola baxır, arabir söhbətlərinə yanlarındaki qadınıda əlavə edirdilər. Qadın ağır- ağır cavablar verər, öz ciddiliyin qoruyub saxlayardı. Bir dəfə də susuzlamış və yanındaki kişidən ona su verməsini dedi. kişi ayağa qalxıb özləri ilə bərabər gətirdikləri çantanı eşələyib suyu tapıb qadına uzatdı. Kənanı təəccüblük daha çox bürümüşdü. Söz demir, başını pəncərəyə söykəyərək onlara hiss etdirmədən onları müşahidə edirdi, sonra cibindən siqareti çıxartıb çölə çıxdı ki, siqaret çəkə biləcəyi yer tapsın. Bəyaqki nəzarətçi qadına yaxınlaşaraq ondan siqaret çəkə biləcək yerin olub- olmadığın soruşdu. Qadın yenə həmən ki, baxışı ilə onu süzdü.

-         Xanım, sizləyəm. Siqareti harda çəkə bilərəm? – Kənan yüksək səslə qadını fikrindən ayıltdı.

-         Burda siqaret çəkə bilməzsiniz.

-         Necə yəni? Bu boyda qatarda siqaret çəkəcək yer yoxdu?

-         Xeyr. Həm siz siqaret çəkirsiz ki?

-         Çəkirəm ki, istəyirəm. – Kənan qadının verdiyi suala gülməyə başladı.

-         Nə bilim, qəribə gəldi.

-         Siqaret çəkməkdə nə kimi qəribəlik var anlamadım.

-         Kişilərin siqaret çəkdiyini təsadüfən görmüşəm.

Kənanın beynində qarmaqarışıqlıq yaranmışdı. Kupesindəki qadın və kişilərin hərəkətləri indi də bu qadının dedikləri, sanki başqa aləmə düşmüşdü.

Kupesinə dönərək əyləşdi. Kişilər çantalarından yemək çıxartıb süfrə düzəltməyə çalışırdılar. Qadın isə gözü ilə onlara nəzarət edir, işlərini bitirməsini gözləyirdi ki, yeməyə başlaya bilsin. Kişilərdən biri incə səslə Kənana qonaq olmaq istəyirsiz? –dedi. Kənan hörmətli bir şəkildə təşəkkür edib yeməyəcəyini dedi. Kişilər süfrəni hazır edib yavaş- yavaş yedikləri halda qadın vəhşicəsinə yeyir, bəzən ağzındakı tikələr yerə tökülürdü. Yanındaki kişi deyinə- deyinə yavaş ye, arxanca qaçan yoxdu – deyirdi.

Çox uzun sürməyən yoldan sonra qatar stansiyaya yaxınlaşdı. Yanındaki qadın və kişilərlə bərabər Kənanda stansiyada düşdü. Ətrafda kişidən çox qadına rast gəlmək olardı. Hətta yük daşıyanlarda qadınlar idilər. Kənan bir ara yuxuda olduğun düşünərək qolunu dürtsədə bunun yuxu olamdığının fərqinə vardı. Yola çıxıb otelə getmək üçün taksi axtarmağa başladı. Bir taksiyə yaxınlaşdı, içərisində sürücünün qadın olduğun görüb geri dönmək istəsədə qadın cəld davranıb –buyurun, hara gedirdiz? Siz kişilər üçündə xidmət göstərirsiz? – Kənan dedi.

-         Əlbətdə.

Kənan taksidə əyləşib otelin adın dedi. Qadın maşını sürməyə başladı. Kənan yol boyu insanları, şəhəri seyr eləməyə başlayırdı. Yanından keçən maşınları qadınlar sürür, şəhərin müxtəlif yerlərində işləyən qadınlar Kənanın beynini qarışdırmışdı. Sürücüyə bu barədə sual vermək istədə də fikrindən dönüb başını yola çevirdi. Əlində gül olan qadın oğlana gülü uzadaraq üzünə güldü. Oğlan gülümsəyib onu qucaqladı. Kənanın şəhərdəki ilk saatı olmasına baxmayaraq ağlını itirmək üzrə idi.

Taksi otelə yaxınlaşdı. Kənan ödənişi ödəyərək taksidən düşüb otelə girdi. Otel işçiləridə qadınlar idilər, hələ bir qadın yaxınlaşıb Kənana çantasını otağına aparmasına kömək eləmək istədi. Kənan təşəkkür edib özüm apararam desə də qadın incəliklə sizə əziyyət olar, mən daşıyaram deyərək çantanı götürüb otağınacan yoldaşlıq elədi.

-         Sizin şəhərdə deyəsən kişilər azdı. – dedi.

-         Xeyr, cənab. Nisbət olaraq bərabərik demək olar.

-         Bəs, o zaman niyə kişilərin işlərini də qadınlar görür. Bu sizin üçün ağır deyil?

-         Tam tərsi cənab. Sizdə necədi bilmirəm amma burada biz kişiləri çox işləməyə qoymarıq. Onlar incə məxluqlardı. Biz qadınlar lazım gələr daş daşıyarıq amma qoymarıq ki, kişilərimiz yorulsunlar.

Kənan eşitdiklərini həzm edə bilməyirdi. Necə yəni? Kişilər qadın, qadınlar isə kişidi, burada?

Otağa çatdıqdan sonra Kənan cibindən xırda pul tapıb otelin işçisinə verib çantanı alaraq təşəkkür elədi. Otağa girib olanları anlamağa çalışırdı. Hara gəlib çıxmışdı görəsən?! Nə bir qəzetdə, nə internetdə belə şeylər oxumamışdı. Necə olmuşdu, axı. Bu necə adət- ənənədi. Çantasından təzə paltar seçib geyinərək aşağı düşdü. Qəribəliklər isə kölgə kimi addım- addım onu izləyirdi. Yeməkxanada ofsiantlıq edən işçilər qadınlar, xadiməçilər isə kişilər idi. Yeməyi bişirənlərində kişilər olduğun öyrəndi. Ofsiant zarafat edərək – mən kişilərin deyildə, qadınların bişirdiyi yeməyi sevirəm. Onlar daha yaxşı bişirir. Kişilər bütün günü yemək bişirsələrdə bunu yaxşı bacarmırlar dedi.

Yeməkdən sonra şəhərə çıxaraq gəzmək qərarına gəldi. Həm şəhəri yaxından tanıyar, həm yaşayacaq və işləyəcək yer tapar deyə şəhəri gəzməyə başladı. Oteldən şəhərin xəritəsini yanına götürərək gəzməyə başladı. Şəhər çox böyük şəhər olmasa da ara küçələri bura yad olan birisi üçün təhlükəli idi.

Şəhərin gözəlliyi Kənanın xoşuna gəlmişdi. Binalar fərqli üslubda tikilmiş, üzərindəki naxışları ilə fərqli bir gözəllik qatmışdı. Xoşuna gələn yerləri telefonu ilə şəklini çəkərək yoluna davam edirdi. Hələ də gördüklərini sadəcə qarşısına çıxan bir təsadüf kimi qiymətləndirirdi. Yəqin bir mühitin adət- ənənəsi belədi deyə düşünürdü. Şəhəri daha yaxından tanımaq üçün köşklərin birinə girərək ordan şəhər haqqında məlumatı olan dərgilərdən, birdə gündəlik ölkə qəzetlərindən alıb çıxdı. Bu dəfə təəccüblənmədi, çünki satıcı bir kişi idi.

Parkda əyləşərək qəzetlərə nəzər yetirməyə başladı. İdman səhifəsində qadınlar arasında futbol çempionatına böyük yer ayırmışdılar. Bundan əlavə qadınlar arasında döyüş yarışmalarına və bu sahədə gedən inkişafdan söz açılıb. Səhifəni kriminal səhifəsinə çevirdikdə qan donduracaq hadisələr yazılmışdı. Ara küçələrin birində kişinin birinə təcavüz olunmuş və sonra öldürülmüş, həyat yoldaşının dediyin etmədiyinə görə arvadı tərəfindən döyüb xəstəxanalıq edib. Qəzeti kənara ataraq əsəbindən dişlərini qıcırdatmağa başladı. Hara gəlib düşmüşəm deyə özü- özünə danışmağa başladı. Siqaretini çıxartıb yandırdı. Əsəbindən siqaretin tüstüsünü bir nəfəsə çəkirdi ciyərlərinə. Bu an yanından keçən iki qadın Kənanı görüb yamanca süzməyə başladılar. Ətrafında dövr edərək onun diqqətini çəkmək istəyirdilər.  içləirndən biri Kənana yaxınlaşaraq – siqareti olub- olmadığın soruşdu. Kənan cibindən çıxartıb birin uzatdı. Qadın alışqanınında olmadığın deyərək siqaretini yandırdı. Sonra yanında əyləşərək, danışmağa başladı:

- Kefinizi pozan nəsə var deyəsən?

- Siqareti alandan sonra getməliydiniz.

- Sizə kömək edə bilərəm deyə...

- Lazım deyil mənə kömək. – Kənan sözünü kəsdi. Üzündən əsəbi olduğu anlaşılırdı.

- Niyə belə sərtsiz. Sərtlik sizə heç yaraşmır.

 - Bu dəqiqə çıxıb getməsəz nəyin yaraşıb- yaraşmadığın sizə göstərəcəm.

- Nə qışqırırsan? Mənə burda namuslu kişiymiş kimi davranır. Guya bilmirəm, nəsən?

- Nə sərsaxlayırsan? – Kənan başını qaldırıb yanındaki qadına baxdı. Aralıda oturan qadında səsi eşidib yaxınlaşdı.

- Guya tanımırıqda sənin kimiləri. Gündə bir qadınla gəzirsiz, sonra da namus təmsili olursuz.

- Gedin başımdan, onsuz başımı itirmişəm əlinizdən birazda danışıb qarışdırmayın. – deyərək ayağa qalxıb küçə ilə getməyə başladı.

Siqaretini əlində saxladığından bütün gözlər ona zillənmişdi. Küçəni keçərək siqareti zibil qabına atıb gözdən itdi. Binaların arası ilə gəzərək avtobus dayanacağına çatdı. Biraz gözləmişdi ki, avtobus dayanacağda dayandı. Kənan avtobusa minib orta sırada tutacaqdan tutaraq yola baxırdı. Kiminsə arxadan onun çiyninə toxunduğun hiss elədi. Çönüb baxanda otuz yaşlarlında bir qadının ona boş yeri göstərərək, buyrun cənab əyləşin dediyini eşitdi.

-         Sağolun, siz əyləşin.

-         Elə şey olmaz, bəy. Siz əyləşin.

Kənan ağlamaq istədiyini hiss elədi. Əsəbləri onunla oyun- oynayırdı. Bu nə demək idi, axı?! Kimsə onunla oyunmu oynayırdı, ya ölmüşdü də başqa dünyayamı düşmüşdü? Qadının üzünə baxıb fikirləşirdi ki, bəlkə də dəli olmuşdu. Ev satışı ilə bağlı bir- iki yerə dəydikdən sonra ona binaların birində ev kirayə verdilər. Beş mərtəbəli binanın dördüncü mərtəbəsində yaşayacaqdı. Oteldən əşyalarını götürərək öz evinə köçdü. Əşyaları ilə özləri təmin elədiyindən ev üçün nəsə almaq lazım deyildi. Qalır bir dənə yaşaya biləcəyi miqdarda maaş verəcəkləri bir iş. İnternetdən şirkətlərlə maraqlanıb ünvanların götürmüşdü ki, gedib danışsın. Güman edirdi ki, onlardan birində mütləq iş tapa biləcək, elə olmazdı ki, onun təhsilinə görə onu geri çevirsinlər.

Qonşuları ilə hələ tanış olmamışdı. Evə gəldiyindən bütün günü evdə yerləşmək, bazarlıq edib yemək hazırlamaq və internetdən iş üçün yerlər baxmışdı. Şəhərin mərkəzində köhnə bir bazar yerləşirdi ki, burada kənd təsərrüfatı ilə məşğul olan qadınlar öz məhsullarını gətirərək satırdılar. Yanlarında kişilər olsa da işin əsas hissəsini qadınlar görürdü. Əgər yükün ağır idisə müəyyən məbləğ qarşılığında sənin əşyalarını fəhlə qadınlardan birisi kömək edə bilərdi.

Kənan işlərini qurtarıb gündəliyini çıxartıb yazmağa başladı.

“Burda baş verənləri anlaya bilmirəm. Dünya tərsinə dönüb sanki. Özümü qadın kimi hiss edirəm. Şəhərdə mənə söz atır, avtobusda mənə yer verir, hətta utanmasalar pozğun təkliflərdə edəcəklər. Bura hardan gəldimsə belə. Insanlar isə qəribədi. Dünyadan xəbərləri yoxdu sanki. Mənim dünyamda olan kişilərin gördükləri bütün işləri, hərəkətləri burada qadınlar görür və kişilərdə belə olmalıymış kimi həyatlarını sürdürürlər. Sonum ya buradan qaçmaq, ya da dəli olmaq olmasa yaxşıdı...”

 

Axşam saat 11.30 olardı, çöldən səslər gəlməyə başladı. Kənan səsi eşidib əvvəl kimdisə bina sakinlərindəndi deyib keçişdirdi. Sonra səsin yaxınlaşdığın görüb yaxınlaşdı. Qapının deşiyindən baxanda isə bir qadının olduğun gördü. Köməyə ehtiyacı olar deyə qapını açdı. Qadın sərxoş halda qapının ağzında dayanıb qapının açılmasını gözləyirdi.

-         Buyrun xanım, sizə kömək ola bilərəm?

-         Yox, lazım deyil.

Qapını bir kişi açdı. Qadının içkili olduğun görüb içəri dartdı. Kənanı görüb, özüm həll edərəm deyərək gülümsəyib içəri girdi. Kənanda içəri girib qapını bağlayıb mətbəxə keçdi. Özünə kofe hazırlayıb TV nin qarşısına keçib, baxmaq üçün kanalları çevirərək kino axtarmağa başladı. Kanalları çevirdikdən sonra birində qərarlaşdı. Mafiya kinosuna oxşayırdı. Amma qorxduğu filmlərdə belə başına gəldi. Burda da həyat qadınlardan ibarət idi. Mafiyaya kişilər deyil, qadınlar rəhbərlik edirdilər. TV – ni söndürərək qışqırdı. Dayanıb özünün nə elədiyini düşündü. Ağlını itirmək üzrə idi. Yatağına gedərək yatdı. Əsəblərin pozulduğundan yerində biraz fırlanıb yuxuya getdi. Səhər saat doqquz idi ki, yuxudan ayıldı. Günortayacan evdə oturub saat bir üçün iş barəsində danışmağa gedəcəkdi ki, saat on iki də qapı döyüldü. Qapını döyən dünən qarşılaşdığı qonşu kişi idi.

-Salam.

- Salam, bağışlayın narahat edirəm. Mən dünən ki, xanımın əriyəm.

- Yadıma düşdünüz, buyurun.

- Təzə köçmüsüz deyəsən. Gəldim ki, qonşumuzu tanıyım.

Kənan gülümsəyərək içəri buyurdu. – Həyat yoldaşınız yoxdu?

-O, sevməz, işdədi həm o.

- Necə yəni? Xanımınız işləyir siz işləmirsiz? – Kənan qonşusuna yer göstərərək dedi.

- Burda təəccüblənəcək nə var ki? Burada adət belədir. Bilmirsiniz ki, bəyəm?

-  Bu arada tanışmadıq, mən Kənan. – Kənan gülümsədi.

- Bağışlayın , adım Əhməddi.

- Çay içərsiz yəqin.

- Pis olmaz.

Kənan ayağa qalxaraq çay gətirmək üçün mətbəxə gedib iki dəqiqə sonra əlində iki stəkan çayla geri qayıtdı.

-Harda qalmışdıq?

- Xanımımın işləməsi barəsində danışırdıq.

- Aha, yaxşı ki, gəldiniz mənimdə bu söhbətlər barəsində danışacaq birinə ehtiyacım var idi.

- Anlamadım. – Əhməd Kənanın nə demək istədiyin anlamayırdı.

- Burada qadınların gördükləri işi kişilər, kişilərin isə gördükləri işi qadınlar görür və heçnə olmamış kimi hamı buna normal baxır.

- Yenə anlamadım. Necə yəni kişilərin işin qadınlar. Qadınlar və iş görürlər, kişilər nə iş görürlər?

- Mənim şəhərimdə tamamilə fərqlidi. Tək mənim şəhərimdə yox, dünya da belədi ki, dünyada əsas rol kişidədi. Yəni necə deyim evdə son söz kişiyə məxsusdu. Kişi işləyər evini dolandırar, ailəsini saxlayar, savaşar. Burda isə  rolu qadınlar görür. Dünən gördüyüm arvadınızın evə sərxoş gəlməsi də bizdə bunu kişilərdə olar, avtobusda mənə yer verdilər, kişilər oturur, qadınlar isə ayaqüstündə dururlar. Bizdə isə belə şey heç vaxt olmaz. kişilər həmişə hörmət üçün qadınlara yer verərlər, bizdə qadınlar incə məxluq sayılarlar.

- İnan dediklərindən sonra dəlixanaya zəng edib səni şikayət etmək keçir könlümdən.

- Birazda belə şeylərlə rastlaşsam mən özüm gedəcəm.

- Siz ciddisiz dediklərinizdə?

- Sizi həqiqətən anlaya bilmirəm. Sanki birisi mənimlə zarafat edir, birisi yox bütün şəhər məni lağa qoyaraq məzələnir.

- Cənab, sizin psixoloji vəziyyətiniz həqiqətən yerində deyil, burda qəribə heçnə yoxdu. Belaşa fərqli şəhər deyirlər amma siz dedikləriniz tamailə fərqli şeydi. Yəni kişilər işləyərmişdə, qadınlar evdə oturub yemək bişirərmişlər də. Mənim arvadım hələ mətbəxin yerin bilməyir o ki, qaldı yemək bişirəcək. Məndə yəqin onun yerinə fəhləlik edib ev tikməliyəm?

- Bacarmazsınız yəni?

- Nə danışırsınız? Mən və iri daşları qaldırmaq? Qadının öz işi var, kişinin öz.

- Sizin ağırnıza getmir ki, yəni arvadınız elə çətin işləri görür?

- Sizin dediklərinizi anlamıram. Anlamaqda istəmirəm. – ayağa qalxıb getmək istəyəndə Kənan qolundan tutdu. – Xahiş edirəm, məni üzrlü sayın, mənə yardım edin.

- Nə kimi?

- Buranı tanımaqda mənə köməklik göstərin.

- Mənim sizinlə çölə çıxmağıma arvadım icazə verməz. Evdə uşaq var, onu buraxıb gedə bilmərəm.

- Uşağı kim dünyaya gətirir?

- Bu necə sualdı? Əlbətdə ki, xanımım. – Əhməd dedi.  

- Hamilə olduğu müddətnə kim işləyir?

- Yenə arvadım. Hamilələyin son zamanlarında rəsmi icazə olur amma altı- yeddi ayınacan işləyirdi.

- Tamam, bu mövzudan daha heç bir şey eşitmək istəmirəm. Yoxsa dəli ola bilərəm. Məni maraqlandıran bir şey var, mən işləmək istəyirəm. İnternetdən bir iki şirkətin ünvanın götürdüm birazdan ora gedəcəm, amma məlumatım yoxdu siz bu barədə mənə nə deyə bilərsiniz? Buranın ortamı, işlər necə olur? Nə işləyə biləcəm?

- Siz şirkətdə nə işləyəcəksiniz ki? Xadimə falan ola bilərsiniz orada. Ya da tikiş fabrikində işləyə bilərsiniz.

- Mən universitet bitirmişəm. – Kənan dedi.

- O, zaman sekreter işləyə bilərsiniz. Düzdü biraz xoş qarşılanmayacaq, yaxşı gözlə baxmayacaqlar sizə amma yaxşı maaş ala bilərsiniz.

- Sekreter? Qadınlar işləmir orda? – tamam, anladım burda tərsinədi, axı.

- Necə?

- Heçnə. – Yəni deyirsiz ki, mən burda başqa iş tapa bilmərəm?

- Kafelərdə ofsiant işləyə bilərsiniz. Barlarda amma oranı məsləhət görmərəm. Kafe olar, ailəvi kafelər az deyil.

- Niyə? Mənə pis gözlə baxarlar? – Kənan gülməyə başladı.

- Bəli. Hələ ki, gecə işləsəniz... Qəzet oxuyursunuz?

- Gəldiyim günü alıb oxudum, amma nə yalan deyim əsəbim pozuldu deyə cırıb atdım hamısın. – Nə bilim, kişiyə təcavüz edib iki qadın, arvadı ərini xəstəxanalıq edib falan.

- Deyəcəyimdə məhs bu idi. Gecə vaxtı buralar kişilər üçün təhlükəlidi. Sizi çoxlu təhlükələr gözləyir.

- Necə yəni? Mənə təcavüz edə bilərlər?

- Şəhərdə gecə vaxtı avaralar çox olur. Arxa küçələrdə gəzirlər, qarşılaşdınız heç yardım istəməyə şansınızda olmayacaq.

- Təki qadınlar mənə qarşı elə şey istəsin. Özüm könüllü gedərəm. – Kənan gülməyə başladı. – Buranın kişiləri kef çəkir əsl.

Əhməd ağzını büzərək, göz süzdürdü. – Belə xoşunuza gəlirsə sizin üçün iş tapmaq lazım deyil. Gecə çıxın küçələrdə pul qazanın.

-Necə yəni? Pozğun kişilərmi?

- Bəli, o qədər var ki.

- Yox, mən qaranti dəli olacam.

Əhməd ayağa qalxaraq - gec olur, evdə uşaq məni gözləyir, gedim yaxşısı. – dedi.

-Qızdı ya oğlan?

- Qız. – Əhmədin gözlərində işıq parıldadı.

- Yəqin həyat yoldaşınız qız olduğuna çox sevinib.

- Həm də necə! Oğlan olsa belə sevilməzdi.

- Tamam, çox sağolun. Söhbətiniz üçün təşəkkür edirəm. – Kənan Əhmədi qapıyacan ötürüb geri qayıtdı. Başını tutaraq – gəlib hara düşmüşəm, belə? – deyərək zarıldadı.

Kənan evdən çıxaraq ünvanını götürdüyü birinci şirkətə yollandı. Ümidi Əhmədlə söhbətdən sonra birazda azalsa da, yenə də şansını yoxlamaq istəyir. Şirkət dəri istehsalı ilə məşğul olur. Kənan şirkətin binasına daxil olanda nəzarətçi ona yaxınlaşaraq nə istədiyini soruşdu. Kənan işə qəbul üçün gəldiyini dedi. Qadın nəzarətçi gülümsəyərək ona ikinci mərtəbəyə qalxıb soldan ikinci otağa getməsini dedi. Qəribəliklərə artıq öyrəşməyə başlayan Kənan qadının gülümsəməsini xoş qarşıladı.

-Salam, gəlmək olar? –Kənan qapını döydü.

- Buyurun, cənab. Nə lazım idi?

- Mən iş üçün narahat edirəm. Internetdə ünvanınızı götürdüm, gəlməzdən əvvəl yazmaq istəyirdim lakin elektron ünvanınızı tapa bilmədim.

- Problem deyil. Sizə nə kimi bir iş lazımdı? Nə görə bilərsiniz? Yəqin şirkət haqqında məlumatınız var, dəri istehsalı ilə məşğul oluruq. Əsasən emalını edir, satırıq.

- Mənim üçün uyğundu. Bu şəhərə təzə köçmüşəm və işə ehtiyacım var. Həm mənim universitet təhsilimdə var.

- Anlayıram sizi, təhsiliniz olmaq avantajdı da, sizə görə deyirəm iş ağır işdi.

- Nə qədər ağır olsa da, mən bacararam. Buna əmin ola bilərsiniz.

- Biz sizi istehsalata götürsək bizə deməzlər ki, kişini belə ağır işdə işlədirlər.

- Baxın xanım, ... – tamam, elə olsun. Başqa iş imkanınız yoxdu? ola bilsin mühasibdar, ya komputerlə bağlı. Mənim bu sahələrdə də təcrübəm və təhsilim var.

- Təəssüflər olsun ki, xeyr.

Kənan ayağa qalxaraq sağol belə demədən otaqdan çıxdı. Qapıdaki qadın gülümsəyərək – qəbul oldunuz?- dedi. Kənan qışqıraraq – yox, deyərək qapıdan çıxıb sürətlə dayanacağa tərəf irəllədi.

Avtobusda qadının biri ayağa qalxıb ona yer verəndə Kənan – təşəkkür edirəm, ehtiyacım yoxdu – dedi. Qadın təzdən buyrun, bəy ayaqüstündə yorularsınız – dedi. – Sənə istəmirəm dedim.

Kənardan bir qadın qışqıraraq nə səsini salmısan ortalığa, istəmirsən oturma daha niyə qışqırırsan? – dedi.

-Niyə yer verirsiniz ki? Mənim ona ehtiyacım yoxdu. Ayağım yerindədi, gücüm yerindədi.

- Otur, camaata yaxşılıqda yaramır. – bir kişi dedi.

Kənan öz ölkəsindəki qadınları düşündü. Onun indi çəkdiyini öz şəhərində qadınlar hər gün çəkirlər. İndi onları daha yaxşı anlayırdı. Hər gün qarşılaşdığları onlarca onlara ağızlarından su axaraq baxan adamlardan nələr çəkdiklərini, atılan sözləri, onlara yanaşma tərzlərini, qadağaları indi anlayırdı, sanki, təzə bir dünyaya düşmüşdü və həmən dünyada qadınların nələr çəkdiklərin göstərmək üçün onu qadın formasında vermişdilər. Düşünürdü ki, bəlkə elədiklərinə görə cəza çəkir amma o qədər qadınlara qarşı sərtdə olmamışdı. Düzdü, bəzən onunda xoş olmayan hərəkətləri olmuşdu amma bu çoxda qabardılacaq məsələ deyildi. Avtobusdan düşüb gəzərkən qabağına mağazanın qabağında satıcı kişi tələb olunur yazısını gördü. Yazını görəndə ilk başda gülmək tutdu. Öz şəhərində bu yazı sadəcə yuxuda görülə bilərdi. Deməli, burda da kişilər imiş. “Tərsinə düya” dedikləri bu olmalı idi. Mağaza paltar mağazası idi, evinə də çoxda uzaq deyildi hətta istəsə piyada da gedib- gələ bilərdi. İçəri girib salam verdi, mən iş elanını gördüm, əgər işçi tapmamısınızsa müraciət etmək istəyirdim.

-Salam, buyurun içəri söhbət eləyək. – Xanım cavab verərək Kənana oturmaq üçün yer göstərdi. – Adım Xədicədi. Sizin iş təcrübəniz var, bu iş üçün?

- Bəli, mən bura köçməzdən əvvəldə satıcı kimi işləmişdim. Həm ali təhsilimdə var.

- Çox gözəl. Bizdə əsas gülərüzlülük və müştəri ilə yola getməkdi yəqin bunu bacararsınız.

-Əlbətdə. Bundan heç şübhəniz olmasın.

- Tamamdır o zaman. Sabah gəlib işə başlaya bilərsiniz. Maaşınızıda narahat olmayın, artıqlaması ilə alacaqsınız.

Kənanın bəxti ilk dəfə idi ki, gətirmişdi. Evə gedərək bu günü qeyd eləmək qərarna gəldi. Yolda mağazaya girib içki götürdü. Kassada hesaba vuranda satıcı kişi ona elə baxırdı ki, sanki ömründə ilk dəfə idi içki görürdü. Kənan artıq önəmsəməyir, olmamış kimi davranırdı. Bu ətrafda qınağ obyektinə çevirsədə onun üçün çoxda əhəmiyyəti yox idi. Əhmədlə söhbətini xatırladı. Yolda təcavüz edən qadınlar, belə şeylə rast gələrsə deyə düşündü sonrada gülməyə başladı. Nə günlərə qalmışam deyə. Binaya daxil olub öz mənzilinə daxil olmaq üçün pilləkənlərlə qalxmağa başladı. Üçüncü mərtəbəyə çatanda yuxardan səslərin gəldiyini eşitdi. Yuxarı qalxanda səsin Əhmədgildən gəldiyini gördü, qapını döydü ki, səsin səbəbini öyrənsin. Qapını bir dəqiqə sonra xanımı açdı, üzündən də hiss olunduğu kimi əsəbiydi.

-Buyurun, nəsə lazım idi?

- Bağışlayın, narahat etmək istəməzdim mən sizin yan qonşunuzam içərdən səslərin gəldiyin eşitdim düşündüm ki, görəsən nə olub, ona görə təlaşlandım.

- Narahat olası heçnə yoxdu. Öz evinizə keçə bilərsiniz.

Qapını sərt bir şəkildə bağladı.

“ Qadına bax bir” – Kənan mənzilinin qapısın açaraq içəri daxil oldu.

Işi səhər saat doqquzda başlayacaqdı deyə axşam saat on iki olan kimi yatmaq qərarına gəldi. Telefonunun saatını səkkizə qurdu ki, qalxıb rahat hazırlaşsın. Içkinin təsiridə tez yuxuya getməsinə səbəb oldu.

 

Doqquza on beş dəqiqə qalmışdı ki, mağazaya daxil oldu. Xədicə xanım hələ gəlməmişdi. Onu iş yoldaşı Əli qarşıladı. Kənanın işə qəbul olduğundan xəbəri vardı və bütün işi ona öyrətməyi üçün Xədicə xanımadan təlimat almışdı. Malların qiymətləri üstlərində olsa da sıra ilə onları təzədən başa salır, iş rejimindən, müştərilərdən, kimin necə paltar sevdiyini başa salmağa çalışırdı. İçəri daxil olan müştərilər onun üçün praktika idi. Əksərən kişi paltarları olduğu mağazada, kişilər üçündə paltarlar az deyildi. Əli kişilərin geyimə daha çox önəm verdiyin deyirdi. Daha fərqli geyinməyi sevdiklərin, bəzəkli olmasına önəm verdiklərin deyirdi. Kənanın beyni bir ara yenə irişsədə sonra hər şeyi yadına salıb nəysə deyərək öz işi ilə məşğul olmağa davam elədi.

Müştərilərdən biri öz həyat yoldaşı ilə gəlmişdi, kişisini yanında gətirib ona paltar bəyənirdi. Əri bir neçə paltar dəyişdikdən sonra sonra bir paltarda qərarlaşdı. Xanımı çox səbrli halda paltarlara baxır, onları dəyərləndirirdi. Kənan ürəyində qadındı nədə olsa, özü geyinməsə də yenə hamısını yoxlatmalıdı deyə gülməyə başladı. Əli səbirlə paltarları göstərir, onlar haqqında öz rəyini verirdi. Qadın dinləyirmiş kimi davransa da, onun üçün Əlinin fikri heçdə önəmli deyildi. Bəyəndikləri paltarın pulun ödəyərək çıxıb getdilər.

-Qəribə idi.

- Qəribə olan nə idi? – Əli soruşdu.

- Bura gələndən qadınla kişi yerin dəyişsə də ilk dəfə idi ki, qadını qadın kimi hiss elədim.

- Necə yəni?

- Boş ver.

On dəqiqə sonra Xədicə xanım gəldi.

-İş necədi? Öyrəşə bilirsən?

- Bəli, rahatdı. Əlidə sağolsun kömək edir.

Xədicə biraz fırlandıqdan sonra bəzi sənədləri götürüb bir – iki saat olmayacağın deyərək çıxıb getdi.

-Əli, neçə yaşın var sənin?

- İki ay sonra iyirmi altı olacaq.

- Təhsilin var?

- Orta məktəb.

- Niyə universitetə daxil olmadın ki?

- Anam qarşı çıxdı. Oğlan uşağı nədi, oxumaq nədi dedi?

- Burda da belə şey varki yəni?

- Həm də necə? Güclə bir qadınla evləndirdi məni, həm də özümdən neçə yaş böyük.

- Arvadın nə yaxşı işləməyinə razı olub?

- Boşanmışam.

- Üzüldüm.

- Üzüləsi bir şey yoxdu. Əslində sevinəsi haldı.

- Anlamadığım bir şey var, bura gələndən bir şey hiss eləmişəm ki, burada kişilər çox zəifdilər. Özlərini qadınlara qul ediblər, onlardan qorxur onlar nə deyərlərsə edirlər.

- Necə yəni? Onlar bizdən güclüdü, hər şeyi zorakılıqla etmək istəyirlər. Biz qarşı çıxan kimi də o dəqiqə şiddətlə öz güclərini göstərirlər.

- Qarşı çıx. Kişilər qadınlardan daha güclüdü. Bunu niyə hələ də anlamırsız?

- Təhsil almısan, evlənməmisən, şəhərində belə şeydə görməmisən deyə asan hesab elə. Sənin şəhərində uşaq yaşda oğlanlar heç evləndirilir? Yox amma burda var.  Universitet oxumaq bir yana burda məktəb qurtaran kişiyə alim kimi baxa bilərsən. Hələ qadınların yanaşmasın demirəm, yolda söz atarlar, gecə çölə çıxmağa peşman edərlər, geyimimizə qarışarlar, nə edəcəyimizə qarışarlar. Bu şəhərdə kişi olmaq çox çətindi.

- Anlayıram. Bir söz deyəcəm mənim bura ilk gələndə təəccübləndiyim  kimi səndə təəccüblənəcəksən.

- Nədi ki, o?

- Burda kişilərin yaşadığı həyat bizim şəhərdə qadınların həyatıdı. – Yəni burda kişilərin gördükləri bütün çətinlikləri bizdə qadınlar görür. Bizdə bura haqqında gedib danışsam inan bütün dünyada qadın qalmaz hamısı bura tökülər.

- Amanın günüdü. Burdakılar bəs deyil, birdə olar gəlsin tam olsun.

Gülməyə başladılar.

Axşam saat on idi ki, mağazanı bağladılar. Kənan Əlindən harda qaldığın soruşdu. Əli çox elə də uzaqda qalmadığın dedi. Birlikdə piyada gəzərək dayanacağa doğru getsələrdə Kənan piyada getmək təklifin elədi həm söhbət etmiş olardılar. Yolda məlum oldu ki, Əlinin evi Kənanın bir küçə uzağındadı.

-Niyə görə sonra evlənmədin? – Kənan soruşdu.

- Kimlə?

- Evlənəcək heç kim çıxmadı qarşına?

- Qarşıma çıxanlar ancaq mənə pozğunluq təklifi edirdilər.

- Səndə geri çevirdin?!

- Yox, qəbul edəcəkdim?

- Mən olsam edərdim.

- Səni pozğun bilməzdim.

- Niyə elə deyirsən ki?

- Anlayıram, sizin şəhərinizdə tamailə fərqli ola bilər, orda qadına pozğun gözü ilə baxa bilərsiniz amma burada mentalitet tamailə fərqlidi. Istəsəkdə- istəməsəkdə bunlara tabe olmalıyıq.

- Yəni, kölə?!

- Necə adlandırırsansa.

Kənan ayrılaraq evinə getdi. Binanın ağzında Əhmədlə qarşılaşdı. Zibili atmağa çıxmışdı, deyəsən.

-Salam, Əhməd.

- Salam. – Əhməd salam verərək içəri qaçdı.

Kənan nə olduğun anlamayaraq öz mənzilinə daxil oldu.

Sabah saat yeddi də qalxıb evə bazarlıq eləmək qərarına gəldi. Aldığı ilk avansın bir hissəsinə mətbəx üçün əşya və yemək üçün ərzaq almaq istəyirdi. Havanın isti olduğundan şortik geyinmək qərarına gəldi. Gəldiyi uzun müddət olmasa da artıq şəhərin hər yerini tanıyır, nəyi necə əldə etmək lazım olduğun bilirdi. Həyətə düşərək əvvəlcə bazara getmək qərarına gəldi. Binanın həyətində uşaqlar və bina sakinləri üçün kiçik park var idi. Kənanın gözü həmən parkda oturan Əhmədə sataşdı. Yanında bir kişi ilə əyləşərək söhbət edirdilər. Salam vermək üçün yaxınlaşmaq qərarına gəldi.

-Salam, necəsiniz?

- Salam, Kənan. Yaxşıyıq sən necəsən? – sonra yanındaki qadına çevrilərək – qonşumdu, təzə köçüb. – dedi.

- Salam, adım Kənandı – deyərək əl uzatdı. Kişi əl uzadaraq gülümsədi – Fərid.

- Hara gedirsən bu saatda? – Əhməd soruşdu.

- İşə getməzdən əvvəl bazara gedim dedim.

- Bu geyimdə?

- Nə var ki, geyimimdə? – Kənan əyninə nəzər yetirdi.

- Bu paltar qısadı. Bazarda səni nə yalan deyim xoş qarşılamayacaqlar.

- Ayağımın tüklərin görüb ehtiraslanarlar, aaa. – gülməyə başladı.

- Məndən deməsi. Buracan izləyərlər xəbərin olsun.

- Heç olmasa arvadınla gedərdin. – Fərid qoşuldu.

- Evli deyiləm.

- Halaldı. Evlənmədən öz ayağları üstdə dayanmağı bacarırsan.

- Nəysə, mən gedim yoxsa gecikəcəm.

Iri addımlarla uzaqlaşdı. – Beyinsizlər. – deyinə - deyinə yeriməyə başladı. Arxaya diqqət edib ardıyca nəsə danışdıqların hiss edirdi. Qadınlardan betər imiş kişilərin qeybətləri.

Əhmədin dediyi düz çıxdı. Yolda başlayaraq bazarda da davam elədi. Kənan beləsini ömrü boyu düşünsə ağlına gəlməzdi. Oğlan yolla gedir və qadınlar ona söz atır. Bazara çatmazdan bir küçə əvvəl isə qadın polis bir oğlanı küncə sıxıb danlayırdı. Kənan nə olduğun öyrənmək üçün yaxınlaşdı.

-Salam, nə olub burda?

- Sizi maraqlandırmayır. Yolunuza davam edin siz.

- Uşağı küncə sıxıb öldürəcəksiniz az qala. Nəsə qayda pozubsa şöbəyə aparın.

Polis fırlanıb Kənana baxdı. Sən get öz dərdini çək, bu geyimlə küçəyə çıxmısan hələ gəlib başqasınada vəkillik edirsən.

-Geyimimdən sizə nə?!

- Eyni yuxanın quşusuz. Bir- birinizin tərəfin tutmalısınız. İlk başda küçədə öpüşərsiniz, sonra da qadınların.. – ağzımı açırdım haa.

- Xanım sözlərinizə fikir verin.

Oğlanı öz tərəfinə çəkərək – etdiyiniz sadəcə axmaqlıqdı. Sizi hələ ki, şikayət etməmişəm gedin.

-Sağolun. – cavan oğlan dedi.

- Dəyməz. Bundan sonra daha diqqətli ol.

Bazarlıq əsnasında satıcılar tərəfindən söz atəşinə tuş gəlsədə heçnə olmamış kimi yoluna davam edərək bazarlığın bitirib evə gəldi. Aldığlarını yerləşdirib saatına baxdı. Doqquzun yarsı idi və çıxmalı idi. Dayanacağa çatıb avtobusa mindi. Işə çatanda doqquza beş dəqiqə qalmışdı. Xədicə xanım yenə gəlməmişdi hələ.

Gün digər günlərdən fərqlənməyirdi. Gah kişilər gələr, paltarlara baxar bəzən alar, bəziləri xanımları ilə gələr, gah da qadınlar gələr Əli ilə Kənanla söhbət edərək onların məsləhət gördükləri paltarı alıb gedərdilər. Əli Kənandan dünənki söhbətə görə incikmişdi deyəsən. Onunla arasında məsafə saxlayır, arasıra söhbət edir, məcbur qalmadığca  bir araya gəlməməyə çalışırdı. Kənan bir- iki dəfə yaxınlaşsa da, Əlinin uzaq dayandığın görüb heçnə eləmədən kənara çəkilmək qərarna gəldi. Müştəri gəldiyi zaman bir araya gələr, müştərini yola saldığdan sonra isə hərəsi bir küncə çəkilərək məşğul olacağları bir iş taparaq onunla oynayaraq vaxt keçirməyə çalışardılar. Kənan sonunda dözməyib yaxınlaşdı. Bu aralar əsəblərinin biraz zəif olduğunu, buna görə üzrlü saymasını istədi. Əli ayağa qalxaraq gülümsəyib qucaqladı.

Mağazaya qısa geyimdə bir qadın girdi. Kənan qadını görüb, gözlərini ondan ayıra bilmirdi. Əli qadına yaxınlaşaraq nə istədiyini soruşdu, ardıyca Kənanla yaxınlaşıb gülümsəyərək xoş gəlmisiniz- dedi. Qadın bir- iki paltara baxıb, birini götürərək dəyişmə otağına keçdi. –Qadını gözünlə yeyəcəkdin az qala. – Əli dedi.

-Nə yalan deyim, məni hipnoz elədi. O, nə geyim idi?!

- Qadınların çoxu geyinir elə, az qala çılpaq gəzəcəklər ancaq bizə gələndə bir yerimiz açıq olsa o dəqiqə pozğun kişi oluruq.

- Dünən şortik geyinib bazara getmişdim bütün şəhər məni izləyirdi eləbil.

- Hə, elədilər.

Qadın çıxaraq paltarı bəyəndiyin deyib pulunu verərək paketlədib getdi.

Xədicə xanım bu gün onlara biraz tez çıxa bilmələri üçün icazə verdi. Birlikdə çıxaraq yenə piyada getmək qərarna gəldilər, bu dəfə təklifi Əli elədi. Yolda Əli ondan yan küçə ilə getməyi xahiş elədi, orda bir mağazaya dəyib kitab alacaqdı, tək getmək istəməyirdi. Kənan razılaşdı həm özünədə, boş oturanda oxumağa  kitab götürərdi. Bir küçə döndükdən sonra  Əli qolu ilə Kənana vurub bir yeri işarə elədi. – təxmin elə bura nədi? Kənan sağa baxıb dedi -  hamam yazılıb.

-Hə qadın hamamıdı. Amma işçiləri kişilərdi.

- Nə? Kişilər? Bizdə işləmək bir yana içəri baxan olsa başın kəsərlər.

- Burda kişi hamamlarında elədi. Qadınlar üçündü bura, amma adı hamamdı içərdə yuyunmayırlar.

- Bəs nə edirlər ki?

- Orasını deməsəm yaxşıdı. Yaxşı şeylə məşğul olmurlar.

Kitab mağazasına girib Əli üçün kitab baxdıqdan sonra həmən kitabdan Kənan özünədə birini götürdü. Çıxışdan sonra kəsdirmədən getmək üçün ara küçəyə keçmək qərarna gəldilər. Küçə vahimə saçırdı, ortalığda bir maşın ya bir insana rast gəlmək olmazdı. – Burda yaşayan varki?

-Var.

- Sanki illər əvvəl tərk edilib buralar.

- Hə, görünüşü elədi.- Əli binanın qapısına yaxınlaşıb mən çatdım –dedi.

- Burada qalırsan?

-Hə.

- Hələlik o zaman.

Sağollaşaraq öz məhəlləsinə tərəf döndü. Qayıdıb hamama birdə baxmaq istəsə də yoluna davam elədi. Necə ola bilər ki, kişilər belə şey edə bilərlər? Yəni qadınlar bu hərəkətinə görə həqiqətənmi zövq alırlar? Ağzında bu şəhərdə daha nələr görəcəm, görəsən? –deyinərək binaya çatdı.  Qapını açıb evə girdi. Paltarını dəyişərək mətbəxə keçib yemək və çay hazırlayıb TV –qarşısında uzandı. Kanallar elədə çox olmadığından bir kanalda qərarlaşmaq məcburiyyətində idi. Qarşısına xəbərlər verişi çıxdı. – Dövlət başçısı olan qadın hərbi paratda iştirak edib, qadın əsgərlərlə bir yerdə oturaraq yemək yeyib, hərbiyə marağı olan kişilərədə göstərdikləri cəsarətə görə təbrik edib. Növbəti xəbərdə isə bir millət vəkili çıxış edirdi. Bu dəfə bir kişi idi. Çıxışında kişilərə qarşı yönəldilən vəhşilikdən, haqqsızlıqlardan danışırdı. Kişilərdə qadınlar kimi bərabər hüquqludular, onlarında istədiklərin etmək, təhsil almaq, siyasətlə məşğul olmaq hüquqları var. Onların qul olmadığın, bütün günü evdə oturub evdar kişilik etməmələrini, uşağa baxmalarını azadlıq hüququna zidd olduğun deyirdi. Qadınlar düşüncəsi uşaq dünyaya gətirməklə bitməməlidi, uşaqla onlarda zaman keçirtməli, onlara analıq etməlidilər. Onlara ata qayğısından çox ana qayğısı gərəkdiyin bas- bas bağırırdı. Kənan yenə döndük- dolaşdığ gəldik bu mövzuya –dedi. Ən yaxşısı qayıdıb getmək idi. Bura onun üçün deyildi. Evlənib kiminsə kişisi, ya tam tərsi qadını, nə bilim qulu ola bilmərəm deyərək gülməyə başladı. Ağlını itirməkə az qalmışdı. Tək anladığı şey bu idi.

 

Artıq neçə gün idi ki, işdən- evə, evdən- işə gedib gəlməkdən başqa elədiyi bir şey yox idi. Bəzən qonşusu Əhmədlə söhbət edər, ona işindən, iş yerindən danışardı. Şəhərdə özü üçün qəşəng kafedə tapmışdı ki, ora da kişilərində əyləşməsi və içki içməsinə pis baxmayırdılar. Vaxt eləyən kimi ora qaçar, pivəsini sifariş edərək dadını çıxarta- çıxarta qudumlayardı. Şəhərə öyrəşirdi. Ətrafında baş verənlərə belə öyrəşmişdi. Nə kişilərə şiddətə, nə qadınların zorakılığına təəccüblənməyirdi. Şəhərə öyrəşdiyini hiss edirdi. Bəzən çətinliklər çəksədə yenə də qazancı və yaşayışına görə özünü xoşbəxt hiss eləyirdi. Bütün günü başına gələnləri isə axşam evə gəldikdən sonra gündəliyinə qeyd etməyi unutmazdı. Başına elədə maraqlı, macəralı hadisə gəlməsə də qəribəliklərlə dolu bir həyatı var idi. Bir dəfə gecə şəhərə çıxdığı üçün məhəllələrində bir qadın qarşısını kəsmiş hara getdiyini soruşmuşdu. Kənan evinə deyəndə sorğu suala tutaraq hansı mənzildə qaldığını, gecə niyə çölə çıxdığını soruşdu. Kənan sonda bezərək sənə nə deyərək, getmək istəsə də qadın ona diqqətli olmasını, burda pis adamların yeri olmadığını dedi. – kişi dediyim öz namusunu özü qoruyar. Kənan səsini qadına qaldırıb həmən çıxıb getməsə onun qadın olmasına baxmayıb əlindən bir şey çıxacağını deyəndən sonra qadın söyə- söyə uzaqlaşdı. Ən son başına gələn macəra o idi.

Evdə oturduğu gün isə Əhməd gələr, birlikdə nəsə edər ya söhbət edərdilər. Əhməd qəşəng yemək bişirə bilirdi. Kənan onada öyrətməsi üçün xahiş edir, mətbəxdə birlikdə yemək bişirərək söhbət edərdilər. Kənan o, dəfə də qarşılaşdığı kişi haqqında danışdı. Əhməd də heyfsilənərək buralar əvvəl belə deyildi. Bir vaxtlar vardı ki, yolda kişi görəndə çəkilir, rahat gəzə bilmələri üçün hər cür şərait yaradardılar. Indi isə zamanə dəyişib, qadınlar həmən qadınlar deyil. Əhməd Kənanın Belaşda ki, ən yaxın dostu idi. Əli ilə də yaxın olsa da, Əlinin onu qısqandığın hiss edirdi. İstər işini istərsə də Xədicə xanımın ona göstərdiyi xüsusi diqqəti Əlidə qısqanclığ yaratmışdı ki, mən neçə ildi burada çalışıram Kənan gələrək mənim hər şeyimi əlimdən alsın, buna görə Kənanla yaxınlıq eləsə də arxasıyca nəsə elədiyi hiss olunurdu. Üzünə gülərək nə planlar qururdusa hələ səbrlə davranıb heçnənin fərqinə varmasın deyə sakitçiliyi saxlayırdı. Kənanı isə bunlar maraqlandırmayırdı, nə Xədicənin onunla xüsusi diqqəti nə də ki, Əlinin qısqanclığları. Xədicə xanım isə onunla yaxınlıq edir, aranı yaxın etməkdən ötrü əlindən gələni edirdi. Neçə dəfə evə aparmaq istəməsi, ona yemək təklifi etməsi Kənan üçün elə də problem olmasa da yaşadığı şəhərin adət- ənənəsinə özünü öyrəşdirmişdi.  

Əhməd bir gecə Kənanı şam yeməyinə evlərinə dəvət elədi. Yorğun olsa da ilk yemək olduğundan geri çevirmək istəmədi. Yeməkdə uşaqları və Əhmədin həyat yoldaşı Dilbərdə var idi. Bir neçə dəfə qapıda qarşılaşsalarda uzun- uzadı söhbət etmək imkanları olmamışdı. Xarakter olaraq biraz sərt görünsə də söhbət etməyi bacaran birisinə oxşayırdı.  Yemək vaxtı söhbət edir, Kənan haqqında suallar verir, arabir də gülümsəyirdi. Şəhəri bəyənib- bəyənməməsini, buradan biri iləmi evlənəcək sualları ilə Kənanla uzun- uzadı söhbət etdikdən sonra Kənan sağollaşaraq öz mənzilinə keçdi.

  Sabahda Xədicə xanım ona qonaq gəlmək istədiyini dedi. Nə qədər bəhanə gətirsədə ki, Xədicə xanım israrla gələcəyini dedi. Həm Kənanı yaxından tanıyar, həm də işçisini yaxından tanımaq istədiyini dedi. Əli işə girəndə onunda evinə qonaq getdiyini deyərək israrına davam edirdi. Sonunda təsdiqi alandan sonra gülümsəyərək mağazadan çıxaraq işinin olduğunu, oradan da evə keçəcəyini deyərək mağazanı Əliyə tapşırdı. Kənan Xədicə xanımın dediklərini Əliyə dedi. Əli hirsini boğaraq onun sən nə dedin deyə suala tuşladı. – məcbur razı oldum. Bu qədər israr etməsindən sonra nə deyərdim ki?! Əli ağzında başa düşülməz bir dildə nəsə mırıldadı. Kənan Əlinidə qonaq çağırsa da Əli gəlməyimi istəsə idi özü çağırardı, yəqin tək gəlmək istəyib deyərək qəbul etmədi.

Kənan evə çatıb biraz hazırlıq görüb yemək hazırladı. Içkisi olsa da süfrəyə qoymamaq qərarına gəldi. Əslində bu gecə Xədicə ilə qəşəng gecə keçirtsə idi heç pis olmazdı. Nədə olsa o bir kişi idi. Bəs, Belaş?! Şəhər onu təmiz dəyişib özünə oxşatmışdı. Əvvəl ki, kimi qadınlardan xoşlanmaq onlarla yaxınlıq qurmaq əvəzinə onlardan qaçır, yaxınlıq qurmaq belə istəməyirdi. Şəhərin dindar olan məhəlləsinə getmişdi bir dəfə. İstədiyi bir şeyi almaq üçün həmən küçədən biraz aralı yerdə mağazaya girmiş çıxandan sonra yolunu itirmişdi. Dönə- dönə həmən dindar məhəlləyə gəlmişdi. Burada dindar qadınlar ibadət edirdilər. Kişilər isəbaşlarına atdığları başlıq kimi qəribə bir şeylə örtmüşdülər.

Kənan yeməyi hazır etmişdi ki, qapı döyüldü. Xədicə özü ilə bərabər şampanda gətirmişdi. Kənan onu masaya buyur elədikdən sonra mətbəxə keçərək yeməyi gətirdi. Xədicə şampanı bir nəfəsə içir, Kənanıda içməsi üçün təsir göstərirdi. Yeməyin ortasında yavaşlayaraq söhbətə başladılar. Daha çox Xədicə xanım danışar, suallar verər Kənanda qısa cavablarla kifayətlənərdi. Yemək qurtardıqdan sonra Kənan süfrəni topladıqdan sonra çay gətirdi. Kənan Xədicə xanımın getməsini gözlədiyi halda o getməməkdə israr edirdi. Kresloda oturub söhbət edərkən Xədicə yaxınlıq elədi. Kənan artıq onun niyyətini başa düşmüşdü. Uzaqlaşaraq ona cavabını bildirsə də Xədicə öz istəyində israrlı idi. Sonunda Kənan dözməyərək onun getməsini istədi. Xədicə ağzını büzərək çıxıb getdi. O gedəndən sonra Kənan qapının döyüldüyün və qapının qarşısında Əhmədin dayandığını gördü.

-Buyur, Əhməd.

- Yox keçməyəcəm. O, kim idi?

- Burdan çıxan şəxsi deyirsən? Müdürüm idi, yeməyə gəlmişdi.

 - Sənin evə kimi gətirib, kiminlə nə elədiyin məni maraqlandırmayır amma burası bir binadı və baş verənlər hər kəsi ən çoxda qonşunu narahay edir. Hər gün evinə bir qadın gəlib- gedəcəksə bu başdan deyirəm buna icazə vermərəm.

- Sən nə danışırsan?

- Mən xəbərdarlığımı edim.

Əhməd geriyə dönərək öz mənzilinə girdi.

Kənanın əsəbi pozulmuşdu. Bir müdürünün, hətta bir qadının elədiyi həərkət, ikincisi isə qonşusunun dediyi sözlər. Sabahacan işdən çıxmağı fikirləşsə də nə edəcəyini, necə dolanacağını fikirləşirdi. Ən yaxşısı geri dönmək idi. Çıxıb getməli idi bu şəhərdən. Səhər işə gəldikdə Xədicə xanım hələ gəlməmişdi. Əli isə partlamağa hazır olan bomba kimi ortalığda gəzirdi. Kənanı görən kimi isə əsəbi daha artdı.

-Salam, Əli. Xədicə xanım gəlməyib ki?

- Mən haradan bilim. Sənləydi, sən bilərsən bilsən?

- Necə yəni mən bilərəm? Yeməyi nəzərdə tutursansa yedi sonra getdi.

- Məndə yedim bunu.

-Əli, nə demək istəyirsən?

- Özün başa düşdün.

- Xəstəsiz hamınız.

- Otur gözdə, gələr birazdan.

- Səni niyə bu qədər qıcıq tutub? Yoxsa oyuncağını əlindən almışam?

- Səni əlimdən alan olmaz. Burada səni ikiyə ayıraram görərsən.

- Canınız cəhənnəmə. Çıxıb gedirəm. Onu deməyə gəlmişəm.

Kənan qapını çırparaq mağazadan uzaqlaşdı. Xədicəni gözləyib son maaşını istəyəcəkdi guya, yalan oldu o da. Binanın girişində iki qadın qarşısını kəsdi. –Dördüncü mərtəbə tək yaşayan kişi sənsən? – Adım Kənandı, dördüncü mərtəbə də yaşayıram dediyiniz mənəm onu bilmirəm.

-Bizdə bu bina da yaşayırıq. Nə xoş, istəyiniz nə idi?

- Hərəkətlərinə fikir ver.

- Başa düşmədim.

- Sən bizim nə demək istədiyimizi çox gözəl başa düşdün.

- Çəkilin qabağımdan. Xəstə yığını.

Kənan onları itələyərək getmək istəsə də qadınlar qolundan tutaraq onu binanın anbarına salaraq onu döyməyə başladılar. Qadınlardan biri söyür, digəri isə onu yumuruq və təpiklə əzişdirirdi. Biraz sonra azğınlaşıb təcavüzədə keçmək istəsələr Kənan səsini birazda qaldırdıqdan sonra buraxıb qaçmaq qərarna gəldilər. Kənan öz mənzilinə qədər sürünməyə məcbur oldu. Yanından keçən adamlar olsa da, hətta səsini belə eşidən olsa da heç kəs ona yardım əlini uzatmadı. Mənzilinə çatıb içəri daxil oldu. Hamama özünü çatdıraraq əl- üzün yuduqdan sonra qonaq otağına gəlib uzandı. Olanların stresindən qurtula bilməmişdi. Başına gələnlərə hələ də inana bilməyirdi. Qərar vermişdi, buradan qurtulacaqdı. Hətta bu dünyadan qurtulacaqdı. Nə kişilərin nə də qadınların əzildiyi bir dünyada yaşamağı istəməyirdi.  Belaşdan çıxıb getsə də olanları unuda bilməyəcəkdi. Öz şəhərində hər yoldan keçən qadına söz atılanda, hər yaşamaq üçün çalışan qadın görəndə Belaş yadına düşəcəkdi. Ən yaxşısı bir dəfəlik qurtulmaq idi ki, bununda yeganə yolu var idi.

Gündəliyində son qeydlərini apararaq son məktubu yazarcasına vidalaşdı.

Sevgili gündəliyim,

Bu sənə yazdığım son sətrlərdi. Bundan sonra səni tək buraxmalı olacağam. Gedirəm, incimə məndən. Inan mümkün olsa idi səni də özümlə aparardım. Amma bu mümkün deyil. Bu dünyada yaşamaq bir kişi olaraq çox asan imiş, bunu Belaşa gələndə anladım. Bura isə sənə danışdığlarımdan daha pis bir şəhərdi. Sənə danışdığlarım yarısı belə deyil. Kaş mən gördüklərimi səndə görə biləydin, ya da yaxşı ki, görməmisən.

Nə yaşadığımı, necə yaşadığımı anlamıram. Bu şəhərin varlığına inanmağım belə gəlməyir. Sanki bir yuxudu və mən öləndən sonra yuxudan ayılacam və hələ də yolda olduğumu, qatarla bu şəhərə təzə gəldiyimi görəcəm. Bəlkə də bir işarə olacaq ki, gəlməyim, geri dönüm. Nəysə, gedirəm. Gəlib məni tapanda bu vərəqi kim oxuyacaqsan ona da bir sözüm var. Siz XƏSTƏSİNİZ.”

 

Kənan özü üçün hazırladığı ipi otağının lüsturuna bərkitdi. Evinə son bir dəfə baxdıqdan sonra stolu çəkərək özünü azadlığa buraxdı.

Hadisədən bir neçə gün sonra evdən gələn iyə görə polisə şikayət olunmuş və polislər qapını döydüklərində içəridən səs gəlmədiyi üçün içəri qapını qıraraq girmişdilər. Kənan artıq neçə gün idi ki, ipdən asılı qalmışdı deyə bədəni çürüməyə başlamışdı. Polis hadisə ilə bağlı istintaq aparmağa başladı. Amma istintaq zamanı polislərə qəribə gələn bir çox faktla qarşılaşdılar. Gündəliyinə yazdığı Belaş şəhəri, sonra qəribə cümlələr, hansı ki, onlarda qadınları kişi, kişiləri isə qadın kimi vermişdi. Qonşuları ilə danışarkən isə onları Kənanı həftədə bir- iki dəfə gördüklərin, qəribə birisi olduğunu, bütün günü evdə oturduğunu, arabir mənzilindən qəribə səslər gəldiyini dedilər. Polis Kənanın qeyd elədiyi iş yeri ilə maraqlansada onun haradasa işlədiyinə rast gəlmədilər.  Polislər işə psixoloq dəvət elədilər. Psixoloq Kənanın şizofren xəstə ola biləcəyini, öz xəyal dünyasında yaşadığını və bu dünya da özü üçün yaratdığı fəlakətlərdən bezdiyindən intihar edə biləcəyini dedi. Tək bir sual qalırdı ki, son qeyd elədiyi döyülmə ilə əlaqədar bədənindəki göyərmələri harda və necə etmişdi.

 

SƏMƏD ŞIXI

Sentyabr 2017


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Səməd Şıxı
Haqqında
"ATILAN BİR DAŞ" kitabının müəllifi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Tərəfdaşlar
Facebook
0.0534 saniye