Get, çıx get, arxana baxmadan çıx get.Büsbütün, sil , məni həyatından heç olmamış, iz buraxmamış kimi. Sil, xatirələrindən qalmasın izim-tozum.Sil, əllərindən əllərimin tərini. Söylə rüzgara, gəlib aparsın çiyinlərindən saçlarmın ətrini.Nəfəsini al üzümdən.Gözlərinə söylə, heç baxmamış olsun gözlərimə.Dodaqlarına söylə, geri götürsün sevirəm sözlərini.Qəlbinə söylə çıxarsın ismimi listəsindən.Sonra çıx get, get heç olmamış kimi, heç nə olmamış kimi çıx get...Sən mənim həyatımdan çıx get mən də sənin.Daha artıq incitməyək bir-birimizi.Düşünmə, çıxar məni yuxularından ki, mənim də gecə və gündüzüm bərabərləşsin.Get, çıx get, bir neçə dəqiqəlik dalıb getdiyim yuxularımdan get, hara istəsən, kimə istəsən çıx get yetər ki, get.Bezdim, bitdim, yoruldum artıq hər günü tək günmüş kimi upuzun yaşamaqdan, yoruldum öz-özümə dəli olmuşcasına qəlbimlə danışmaqdan.Bitirdin, tükəndirdin, paramparça etdin qəlbimi, bir heçə çevirdin hisslərimi, duyğularımı daha artıq gözləmə, dayanma, baxma çıx get, get, get, get...!!!