GEDİRSƏN, MƏNİ DƏ ÖZÜNLƏ APAR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:09 01 dekabr 2018 tarixində əlavə olunmuşdur

Bildinmi, istəyim gözümdə qaldı,

Qəfildən üstümü duman-çən aldı.

Ayrılıq ən ucsuz-bucaqsız yoldu -

Gedirsən, məni də özünlə apar!

 

De, necə başımı qatım birtəhər,

Məni əldən salar acı bir qəhər.

Gözümdə heç zaman açılmaz səhər -

Gedirsən, məni də özünlə apar!

 

Qulumdan tut, düşək yolun ağına,

Boylanaq axşama, səhər çağına.

Qorxma, dolaşmaram əl-ayağına -

Gedirsən, məni də özünlə apar!

 

Heç vədə dönmərəm könlündə yada,

Ülvi eşqimizi vermərəm bada.

Yaşaya bilmərəm sənsiz, dünyada -

Gedirsən, məni də özünlə apar!

 

Ay şair Seymurun könül həmdəmi,

De, niyə tez çatdı ayrılıq dəmi?

Yükləyib çiynimə dağ boyda qəmi,

Gedirsən, məni də özünlə apar!

 

MÜƏLLİF:
SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0203 saniye