ÖZÜMÜN ÖZÜMƏ GÜLMƏYİM GƏLİR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 23:13 23 may 2018 tarixində əlavə olunmuşdur

 

Günbəgün ağarır saçlarım daha,

Həyatın astarı üzündən baha.

Üzümü tutanda nisgilə-aha,

Özümün-özümə gülməyim gəlir!

 

Heç yana çatmayır hayım-harayım,

Kim dostdu, kim bədxah-necə arayım?

Özgəsinə qismət olanda payım,

Özümün-özümə gülməyim gəlir!

 

Mən elə əzəldən bəxtimə yadam,

Hələ közərtisi sönməyən odam.

Səni görən kimi, ey cahil adam,

Özümün-özümə gülməyim gəlir!

 

Hər günüm adlayıb-ötür an kimi,

İndi acı söz də bir ilan kimi...

Dərdim “insaflıymış”... azalan kimi,

Özümün-özümə gülməyim gəlir!

 

Seymuram, düşmədim heç vaxt həvəsdən,

Kiminsə yolunu kəsmədim qəsdən.

Xoş söz gözləyəndə nadan bir kəsdən,

Özümün-özümə gülməyim gəlir!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye