ƏLVİDA AY EŞQİM SƏNƏ ƏLVİDA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 15:57 11 fevral 2017 tarixində əlavə olunmuşdur

ƏLVİDA AY EŞQİM SƏNƏ ƏLVİDA

 

Pozulub ehd-peyman, puç olub dilək, 
Mən onu qəlbimdən  çıxaram  gərək. 
Başıma gör nələr gətirdi sevmək, 
Daha məhəbbətə üç nöqdə, nida. 
Əlvida, ay eşqim, sənə Əlvida. 

Talandı ümüdlər, inlədi könlüm, 
Kamıma  çatmamış yolumdan döndüm. 
Belə məsləhətmiş, artıq düşündüm, 
Boşuna olmuşam yolunda fəda,
Əlvida, ay eşqim, sənə Əlvida! 

Eşqdən nə danısim anlamayana, 
Nadan söz deməklə çətin ki qana. 
Bitirib sözümü biryolluq  sona, 
Ülvü hisslərimə eylədim vida. 
Əlvida, ay eşqim, sənə Əlvida.

Seymur yollarından çəkilir daha,
Gözlər gecə aya dikilir daha,
Ömrümdə dan yeri sökülür daha,
Qəlbimdə iz qoydu bu dəli sevda.
Əlvida, ay eşqim, sənə əlvida!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 9/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.019 saniye