Fi-qur
Səfər tərəfindən "Esse" bolməsinə 11:22 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Mən düz xətdi sevirəm. Başlanğıcı sonu yoxdur. Ölülər nöqtəni sevir. Gənclər hələ də vergül qoya-qoya gedirlər. Sevgilim sual işarəsini. Ailəm düz bucağı. Polis nidanı sevir.

Bu yuvarlaq müstəvidə, əyri danışıb düzbucaqları cibimizə yığmaq dərdindəyik. Çünki məqsədimiz pramidanın təpə nöqtəsi olmaqdır. Ən azı təpə nöqtəsinə yaxın yerdə yerləşmək istəyirik.

Üçbucağın mərkəzinə mi dairə çəksək yoxsa, dairənin içində mi üçbucağı göstərsək? İnananla inanmayanın davalarının mənbəyi elə bu söhbətdən başlayır. Biri parçaya inanır ki, başlanğıcı sonu var. Biri də şüaya. Mən? Mən düz xətdəm dedim axı, başlanğıcımda sonumda yoxdur.

Burda da, hər tərəfi bir-birinə bərabər olan kvadratlar,ulduzların altında yuvarlaq müstəvinin bir parçasını anası kimi qoruyur, amma, ana söyüşü söyməkdəndə geri qalmırlar, əsəbləşəndə.

Sfera sürrealdır. Real olan yuvarlaqdır deyir trapesiya. Kvadratlar biraz çəpəki dürüb özünü niyə romb sayır axı? Pentagrama, hektograma mənə görə mutasyaya uğrayıblar. Onlar kvadratla trapesyanın, ya yuvarlaqla üçbucağın törəmələridir. Hə unutmadan Qaralar da trapesiya idi, xətkeşlə böldülər kvadrat oldu bu yuvarlaq müstəvinin alt tərəfində.

Sfera bəlkə də tanrıdır və mövcud deyil. Sferanı sevmirəm çünki küncü yoxdur girəm içinə ki, yuvarlaqlar mənə toxunmaya. Elə mən də yuvarlaqlara... .

Mən düz xətdəm. Bütün fiqurların içindən keçib harasa gedirəm. Başlanğıcım sonum yoxdur... .

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+19=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0314 saniye