Geyinin,keçinin oturub baxın bu verilişlərə görək axrımız hara gedib çıxır... :))
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 19:35 18 fevral 2014 tarixində əlavə olunmuşdur

 Bir neçə gün öncə yerli kanallardan  birini açdım və gördüklərimdən sonra heç bilmədim gülüm bunların bu səviyyəsiz yayımlarına yoxsa acıyım hallarına.Reytinq qazanmaq üçün bütün çirkinliklərə "maarifləndirmə" adı altında "əl atılır". 10-15 qonaq çağırırlar nə onları əyləşdirməyə yer tapılır, nə ağızlarını açıb iki  kəlimə danışmalarına icazə verilir.Danışanda da ya kəsib reklama girirlər, ya da veriliş bitir və çağırılan qonaqlar orada bir heykəl, fiqur funksiyasını yerinə yetirmiş olur.Ən gülməlisi də odur ki, verlişin bitməsinə bir dəqiqə qalmış guya problemi həll etmək üçün qarşı tərəfi efirə qoşub "alo" deyib, efiri bitirmələridir.Məgər bu programın rejisoru, redaktoru bilmir efir vaxtının artiq bitdiyini, bilirsə niyə efirə qoşur???

 Bəzən də birini həftələrlə gətirib əyləşdirirlər orada problemin həll edərmişcəsinə, görürlər məsələ qarışıqdır, başlarını ağrıtmamaq üçün qadını "əxlaqsız" adlandırıb, qolundan tutub atırlar bayıra və reytinq partlayır.Reytinq dediyim də kirli reytinqdir.

Əgər maarifləndirici programdırsa, kimin nəyinə lazımdır, bəzi tanınmışların olmayan həyatlarını müzakirəyə qoymaq və ayrıca bu maarifləndirmədirmi??? Ümumiyyətlə maarifləndirmənin nə olduğunu bildiyinizə əminsinizmi???

Buradan da görünür ki ,reytinqə işləyirsiniz maarifləndirməyə yox.Bir də görürsən, birinə cin girir, biri cin çıxardır, biri baxıcılıq edib gələcəyi görür, biri Qurandan danışır aləm dəyir bir-birinə.Quranı anlatmaq, islamı təbliğ etmək istəyən kanal, açar bir dini program təbliğ edər dinin düzgün saydığı əməlləri də, yanlışları da çatdırar xalqa.Təəssüf ki, bu gün bu təbliğatı aparan yalnız iki kanal var.Digərləri isə ancaq Azərbaycanın olmayan şou-biznesindən danışır.Bunlara sual verən lazımdır ki, vaxt var idi, camaatı evləndirirdin indi nə oldu da ağıllanıb, millətinin insanının probleminə şərik çıxan, həll edən oldun??? Bir qızı iyirmi oğlanla görüşdürüb birinə güclə sırıyanda əxlaqsızlıq olmur da , əri sahib çıxmayan qadının sillə-təpikdən, işgəncədən qaçıb kiməsə sığınması əxlaqsızlıq sayılır??? Televizya sahəsinə baxan, normaları  nizamlayanlar görmürmü bunları yoxsa onlar da "şax kağızlarla" yaxın dostluq edirlər??? 

Kirli reytinq yığır deyə, nə vaxta kimi bu biyabırçılığı izləyəcəyik və nə vaxta kimi göz yumulacaq bunlara??? O qədər belə programlar yayımlanıb ki, artıq insanların da qanına keçib başqalarının probleminə baxıb ,sonra qonşular arasında müzakirəyə qoyub qeybət etmək.Kim kimlə boşandı, əl-ələ tutdu, dodaq-dodağa yaxalandı mütləq bilməlidirlər.Artıq insanımızda da bu yöndədir tələbat.Faydalı olanlar qalır qaçırlar faydasıza doğru.Kanallarımız da ki, baxıb dünya kanallarına reytinqi yüksək olan layihələri alıb təqdim edir xalqa faydalı olub-olmaması maraqlı deyil onun üçün digər kanalları  reytinqdə üstələmək peşindədir.

Nədənsə, baxıb götürdükləri arasında maarifləndirici,məlumatlandırıcı, işə yarıya biləcək çox az programlar var.Öz normal program sistemini yaradan bir kanal yoxdur.Ancaq şəxsi həyatlar ön plandadır.Gəlin toy gecəsi qaçdı , oğlan bunun arxasınca, nə bilim siçan pişiyi qovdu, pişik siçanı qovdu.Qısaca, "Tom Jerry" cizgi filminin böyüklər üçün olan versiyasını izləmiş oluruq.Tək fərq isə başrolunu insanların oynamasıdır.

Belə də ki, problemləri həll etməyə maraqlısınızsa o zaman şou qatmayın programa.Seçdiyiniz yol kimi dəqiq, qərarlı , vicdanlı , qərəzsiz veriliş təqdim edib, təmiz reytinq yığın yalandan şişirtməyin problemləri və tamaşaçını ekran başına kirli reytinqdən ötrü yığmağa çalışmıyın.Sən də ki, ay millətimin gözəl insanı, iqtisadiyyatımızın Ermənistan iqtisadiyyatından iki dəfə çox olması bizim maarifləndirmə işimizə ara vermək,oxumamaq, elm sahibi olmamaq  anlamına gəlməsin.

Belə səviyyəsiz, biyabırçı verilişlərə vaxt ayırıb da elmdən uzaqlaşmayın ən azı ermənilərin savadsızının xəritədə Azərbaycanı yeni doğan körpəsinə göstərib "bu sənin düşmənindir" deməsinə qarşılıq biz də elmimizlə cavab verək.Hər şeyi Avropa ilə müqayisə edirik ya (geyim, dəb, programlar və s) iqtisadiyyatımızı,elmimizi, mədəniyyətimizi də Ermənistan kimi "cılız" bir dövlətlə yox məhz Avropa ilə müqayisə etsək, savadsız insanımız da qalmaz.İndi baxın da "adam içində" olub, şou cəhətdən savadlanmaq lazımdır sizə yoxsa gerçək elm cəhətdən savadlanıb bütün hər şeyi biliyinizin qarşısında aciz qoymaq.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0326 saniye