Gizlin Yazılan
Səfər tərəfindən "Şeir" bolməsinə 10:27 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

Ayağımı sürütləyərək həmin küçədən keçirəm.
Sənin mənə gəldiyin yoldan, 
Sənin məndən getdiyin yoldan.

Bu küçə küsüb məndən. 
Təkəm, sən yanımda yoxsan deyə. 
Bir yekə daş qəsdən ilişir ayağıma,
Yıxılım yadımdan çıx deyə.
Gözümün içinə baxan dilənçi də artıq baxmır mənə.
Daha da tək qalım deyə.
Bu küçədə zırıldayan uşaq da sənin gedişinə ağlayır sanki.
Başa salmaq olmur onu, O, gəlməyəcək deyə.

Bəzi toxunuşların izi heç getmir səndən
Nə qədər unutsan da.
Bəzi qoxular çıxmır canından
Nə qədər yuyunsan da.
Bəzi xəyallar tərk etmir bədənini
Nə qədər boşlasan da.

Bir zamanlar bağıra-bağıra sevdiyim səni 
İndi utanaraq gizlin sevirəm.
Utanıb, şəklinə gizlin baxıram. 
Mənə yazdıqlarını da gizlin...
Utancaq sevirəm, ilk gündəki kimi, gizlin.

İnsan sadəcə utananda gizlin sevər.
Gizlin sevər fahişəni
Bəzən eldən utanıb, gizlin sevər öz qadınını
Gizlin sevər başqasının olanı
Gizlin sevər tərk edəni
Gizlin sevər gəlməyəni
Və mən, gizlin sevirəm səni.

Tərk edilmiş kişi bədəni qalar iylənər.
Çürümüş ət iyi verir ölmüş sevgin bədənimdə.
İçimdə basırmağa əlim gəlmir.
Gizlədirəm.

Ayağımı sürütləyərək o küçədən keçirəm.
Sənin mənə gəldiyin yoldan, 
Sənin məndən getdiyin yoldan.
İndi ayağım ilişən daş da yoxdur, dilənçi də, uşaq da gedib.
Yəni sənsizliyimi xatırladan atributlarımın heç biri yoxdur indi.
Gecə var. Təkəm.
Ay da yoxdur.
Sən gedəndən o da gedib sanki.
Aysız qalmışam.
Xatırladacaqdı səni mənə ay.
Xatırladır təkliyimi, aysız hər gecə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+32=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0331 saniye