HEÇ KİMƏ LAZIM OLMAYANLAR
Səfər tərəfindən "Digər yazılar" bolməsinə 11:53 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

SƏHƏRDİR: Yenə lazımsız kütləni marşurutlara, metrolara yığıb işə aparırlar. Lazımsız gənclər dərsə gedir. Heç kimə lazım olmayan uşaqlara, heç kimə lazım olmayan müəllimlər, heç kimə lazım olmayan nələrisə əzbərlətdirir.

SEVGİDİR: Heç kimə lazım olmayanın qızı, heç kimə lazım olmayanın oğluyla bulvarda görüşür. Heç kimə lazım olmayanın qızı, özünü yenə can dərmanı kimi aparır. Heç kimə lazım olmayanın oğlu da onun istədiyi heç kimə lazım olmayan təriflər yağdırır ona.

TOYDUR: İçəriyə 200 dən çox heç kimə lazım olmayan insan yığışıb. Heç kimə lazım olmayanın qızını, heç kimə lazım olmayanın oğluna ərə verirlər. Nikah məmuru gəlir, qız da oğlanda heç kimə lazım olmayan “hə” sözünü deyib, heç kimə lazım olmayan sənədə qol çəkirlər. Gecə qız heç kimə lazım olmayan bakirəliyni , heç kimə lazım olmayanın oğluna qurban verir.

YASDIR: Heç kimə lazım olmayan bir qocanın artıq tənəffüs etmədiyini anlayıblar. Bir molla,heç kimə lazım olmayan səsləri ucadan ifa edir. Heç kimə lazım olmayan qocanın yaxınları, heç kimə lazım olmayan gözyaşlarını töküb zırıldayırlar. Sonra da qocanı yerin dibinə soxub məzarın üstünə heç kimə lazım olmayan bir başdaşı qoyurlar .

DAVADIR:  Heç kimə lazım olmayanlarla, heç kimə lazım olmayanların davası. Heç kimə lazım olmayanlar, heç kimə lazım olmayanların başını kəsir.

KİTABDIR:  Heç kimə lazım olmayanların , heç birinə lazım olmayan sözlərdən ibarət, heç kimə lazım olmayan fikirlərdən ibarət bir kitab.

CƏMİYYƏTDİR : Heç kimə lazım olmayanlarda ibarət cəmiyyət. Lazımlıların başını lazımsızların kəsdiyi cəmiyyət.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0289 saniye