Kiçik yaşlı "böyüklər"
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 19:50 04 may 2014 tarixində əlavə olunmuşdur

  Bəzən fikrini ifadə etmək üçün ilk cümləni tapmaqda çətinlik çəkərsən. Yox elə zənn etməyin ki, bu söz ehtiyatının azlığından yaranmış olan bir situasiyasıdır. Sadəcə zaman-zaman elə hadisələrlə qarşılaşarsan ki, söz tapmazsan o an danışmağa, yazmağa və susarsan. Eyni ilə bir neçə həftə bundan öncə "Neftçilər" metrosunun qarşısında şahidi olduğum hadisə kimi. 

  Bir qadın körpəsini döyür. Səbəb isə o körpənin qarşısındakı qutunun-"pul kisəsi"nin boş olmasıdır. "Niyə pul yoxdur bunun içində, dilənməmisən sən??!"deyə, qışqıraraq döyür uşağı. Acınacaqlı olan bilirsinizmi nədir, insanımızın buna laqeyd qalması, baxaraq "mənə nə öz uşağıdır döyür" deyib ötüb keçməsidir. Mənsə O an yüyürüb getmək istədim o qadının üstünə, saçını başını yolmaq istədim amma gücümün yetmədiyini, çarəsizliyimi anlayıb digərləri kimi ötüb keçdim mən də yəni ki, qəlbim sancsa, gözlərim dolsa, o uşağa yazığım gəlsə nə fərq edər ki, mən də onlar kimi davarandım.

Anlaya bilmədiyim isə bu cür halları görən polis işçilərinin də vəzifələrini yerinə yetirməməsidir. Bir də axı hansı qanunda yazılıb uşaqların diləndirilməsinə göz  yummaq??!  

Baxırsan sağlam vücuda sahibdirlər gedib iş axtarıb işləmək əvəzinə iki-üç yaşlı "böyüklər"in qazancını yeməkdən qürur duyurlar. ƏN acısı isə ehtirasına, nəfsinə  yenik düşüb məhz diləndirilmək üçün dünyaya gətirilən körpələrin varlığına vasitəçi olan vicdansızlardır. Bir an üçün qaranlıqdan xilas olub işıqlı bir həyata qədəm qoymaq üçün səbirsizlənən körpələr elə ilk andan işıqlı dünyanın qaranlıq həyatınının sakinləri olurlar. Şiddət, aclıq, soyuq, qar-çovğun bilmədən kiçicik yaşlarına rəğmən böyük bir ailə sahibi olub ailə saxlayırlar. Baxırsan gözlərində yalvarış, bu işdən qurtuluş arzulayırlar. İnsanın ürəyini sızladan isə bumbuz daşların üzərində əyləşərək, tozlu yanaqlarında gözlərindən axan yaş damlalarının qurumuş izlərini görməkdir. "Nə olar pul ver də" deyir. Qüruru incinmiş, haqqı tapdanmış, azadlığı əlindən alınmış, evə qazanc aparmasına rəğmən hər gün döyülmüş olan kiçik yaşlı "böyüklər"...

  Bütün dünya uşaqların hüquqlarını qorumalıyıq deyə, aləmə car çəkir, bizim məmurlar isə bu cür halları çəkib efirə verməyə nəinki qadağa qoyur hətta "biz bu işə qarışa bilmərik, uşaq onundur özü bilər" prinsipindən yanaşır məsələyə. Uşaqların psixologiyasını, gələcəyini "valideyn"lə yanaşı dövlət də düşünmür.Halbuki, şiddət görən hər bir uşaq ailəsindən alınıb dövlət nəzarətinə verilməlidir. Ortalıqda ailə deyilən bir şey olmadığı, şiddətin açıq-aşkar göründüyü halda belə dövlət buna müdaxilə etmir, maraqlıdır niyə??!

 

Davami olacaq...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0265 saniye