Kim olduğunun fərqi yoxdur
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 01:01 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Bu dünyanın işi çətin,
Bilinməyir aqibətin,
Alın yazınsa qismətin
Kim olduğunun fərqi yoxdur

Vaxt yox xəyala dalmağa,
Daim həyatda qalmağa,
Gəlsə mələk can almağa
Kim olduğunun fərqi yoxdur

Hələ gətirirsə baxtın,
Düşünmə ki, çoxdu vaxtın,
Artıq yellənirsə taxtın
Kim olduğunun fərqi yoxdur

Dünya durmur, zaman axır,
Nə olsun krallar tac taxır,
Allah ki, göylərdən baxır
Kim olduğunun fərqi yoxdur.

02.02.2017

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye