Milli mentalitet və AzTV-nin “Chernaya MAGiya”sı*
Turqay İbrahimli tərəfindən "Digər yazılar" bolməsinə 19:04 26 aprel 2017 tarixində əlavə olunmuşdur

Əsas məsələyə başlamadan öncə yazını qələmə alma səbəbim barədə kiçik bir məlumat vermək istəyirəm. Təxminən bir il bundan qabaq AzTV-nin MAG (Müasir Azərbaycan Gənci) verilişinin hazırkı aparıcısına eşq elan etmişdim və bütün cəhdlərimə baxmayaraq bu eşq etirafıma müsbət cavab ala bilməmişdim. Odur ki, bu “otval”dan ilhamlanaraq belə bir köşə yazısı yazmaq qərarına gəldim. Bunun nə qədər inandırıcı bir səbəb olub-olmadığını oxuyucunun öhdəsinə buraxıram. Keçək əsas məsələyə!

AzTV bir çoxlarınızdan fərqli olaraq mənim üçün müqəddəs bir kanaldır. Bir növ səviyyə meyarıdır, bunu qətiyyən ironiya ilə yazmıram. Çünki o yalanları belə ən peşəkar formada tərtib edib servis edən qurumdur. O qədər mükəmməldir ki, xalq arasında “Yəqin Qurban olduğumuz da bizə AzTV-dən baxır, ona görə fikirləşir ki, hər şey qaydasındadır!” düşüncəsinin formalaşmasına səbəb olub. O AzTV-dən söhbət gedir ki, çəkdiyi bütün tanıtım çarxları ilə bir çox xarici vətəndaşın Azərbaycana heyran olmasını təmin edib. Səbail rayonunun dəbdəbəli binlarını efirə verərkən, Xırdalan şəhərinin göl içində üzməsini əsla büruzə verməyib. Öz əməkdaşları ilə hazırladığı müsahibələri bizə elə “itələyib” ki, hamımız öz-özümüzə “biz çox nankor insanlarıq e, ölkədə başqa nə olmalıdır axı!” demişik! Bu kanal milli mentalitetimizi daima təbliğ edib, muğam yarışları keçirib, cızığımızdan çıxıb Avropaya meyllənəndə Almaniyanın necə dağıldığını, bu ölkədəki həkimlərin rüşvət aldığını bizə xatırladıb. Bir sözlə analoqu olmayan fəaliyyətini həmişə ən üst səviyyədə saxlayıb.

Amma keçən dəfə gördüyüm bir Instagram videosu mənim AzTV-yə olan heyranlığımı olduqca zədələdi. Belə ki, Azərbaycan Rəssamlıq Akademiyasında təhsil alan bir xanım (mənim də instagram hesabından izlədiyim birisi) paylaşdığı video ilə AzTV-də Müasir Azərbaycan Gənci verilişinin qonağı olduğunu bildirirdi. Soyadının sonluğu “SOY” ismi ilə bitən bu xanım qızımız daha çox yarıçılpaq fotoları, sexy dance-ları və çəkdiyi gözəl, həmçinin yarı-çılpaq rəsm əsərləri ilə sosial mediada məşhurdur. Yanlış anlamayın, mən çılpaqlıqdan bəzən incəsənət əsərlərinin ortaya çıxmasının mümkünlüyünə inanan biriyəm. (Qeyd. Hər soyunub “özünü ortaya qoymaq” incəsənət demək deyil.) Odur ki, xanımın çılpaqlığı ilə məşhur olmasının bu məsələyə dəxli yoxdur. Deyəcəksiniz ki, bəs onda bu səni niyə məyus etdi?! Səbəbi çox sadədir. Mən anladım ki, artıq AzTV də ikili oynamağa başlayıb. Çünki, bu AzTV bizi milli geyimlərimiz, adət-ənənələrimiz, “camaatın anası-baysı” deyə-deyə böyütmüşdü axı. İndi necə oldu ki, AzTV öz müasir Azərbaycan xanımını aşağıda fotoları verilən formada görmək istədi?! (Qeyd. Xanımın bu fotoları 5 mindən çox sosial media istifadəçisi üçün public-dir, ona görə də şəxsi həyatın gizliliyi prinsipini pozmuş olduğumu düşünmürəm. Bunlar sənət əsərləridir.) Doğrudanmı AzTV Modern Azərbaycan Rəssamının əsərlərinin bu motivlərdə olmasını istəyir və dəstəkləyir?!MAG-ın Azərbaycanın milli-dəyərlərindən ağız dolusu danışan, hər fürsətdə “Heydər Əliyev mənim mənəvi babamdır!” deyən aparıcısı Nigar xanım İbrahimova görəsən doğrudanmı qonağı qəbul etmədən öncə onun bədənin açıq hissələrindən ibarət əsərlərinin Azərbaycanın milli dəyərləri ilə örtüşmədiyini araşdırmamışdı?!Ya da ki, ən pis ehtimal!Bəlkə bu elə AzTV-nin “Chernaya MAGiya”sıdır?!Bəlkə elə bu milli dəyərlər ancaq xalqa sırımaq üçündür, onun AzTV və əməkdaşları üçün heç bir xüsusi əhəmiyyəti yoxdur?!

Sonda yenə üzümü AzTV-nin səlahiyyətli şəxslərinə tutub deyirəm ki, Türk qardaşlarımız demiş “lütfen, çizginizi bozmayınız, sayın AzTV!” Siz öz yalanlarınızla, milli dəyərlərimiz haqqında basıb-bağlamağınızla gözəlsiniz. Biz sizi belə görmüşük, belə də davam etməyinizi istəyirik! Çılpaqlıqları ilə sənət əsəri yaradanları qoy başqa kanallar efirə çıxarsın, sizə nə deyərlər, axı “camaatın anası-baysı” var!Ümid edirəm ki, bu iradım səmimi bir izləyicinin ürək sözləri kimi qəbul ediləcək və heç kim inciməyəcək!AzTV-yə, MAG-a və rəssam xanım “SOY”a uğurlar!

*Qeyd.Mətndə qeyd olunan bütün məsələlərə görə ancaq müəllif məsuliyyət daşıyır!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Turqay İbrahimli
Haqqında
Hüquqşünas-politoloq
Əlaqə
E-mail:
turqay@live.com
Sosial şəbəkə:
Facebook
Twitter
Tərəfdaşlar
Facebook
0.0693 saniye