MƏNƏ BİR ŞƏKİL ÇƏK
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:17 29 iyul 2018 tarixində əlavə olunmuşdur

İllər ötdü, saçlarıma düşdü dən,

Yanıb-yaxılmağın nə mənsı var?

Bir şəkil çək mənə, qoy bu şəkildən

Nə həsrət boylansın, nə də intizar!

 

Mahir bir rəssamsan, bunu bilirəm,

Heç nə gözlərindən yayınan deyil.

Mənim ürəyimi ağlar qoyan qəm,

Heç vaxt göz yaşıyla yuyulan deyil!

 

Elə şəkil çək ki... o şəkli görcək,

Sevdiyim gözəli xatırlayım mən.

Fırçanla tablonun üstə güllər “ək”,

Baxanda özümü xoşbəxt sayım mən...

 

O qızı fırçanla qəlbimə köçür,

Hərdən nəfəsini duyum doyunca.

Deyim, eşqə gedən yol məndən keçir,

Gəl, sığın köksümə ömrün boyunca...

 

Mənə bir şəkil çək, səsim-avazım

Bir anın içində o qıza çatsın.

Görsün ki ərimir könlümdə buzum,

Qayıdıb eşqiylə məni yaşatsın...

 

Tabloda naxışlar olsun təzə-tər,

Hər rəng öz “dilində” danışıb-dinsin.

Dostum, yaratdığın bu gözəl əsər,

Ülvi məhəbbətin şəklinə dönsün!

 

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+22=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.032 saniye