Ölürmüş Şeir
Səfər tərəfindən "Şeir" bolməsinə 00:01 14 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Qarşılaşacağıq bir gün səninlə. 
Bəlkə ölü bir kəpənəyin qanadında.
Şair demiş,
Bəlkə, damağında hərflər laxlayan, 
qoca şeirin misrasında.
Anamın mənə dilədiyi o, xoşbəxtlik duasında olarsan bəlkə.
Ölülərin gedə bildiyi hər yerdə.
Sağkən gedə bilmədiymiz yerlərdə qarşılaşacağıq səninlə.
Bəlkə yeni doğulmuş sevincli körpənin, bir-birinə çırpdığı,
İki toppuş əl olarıq səninlə.
İlk dəfə sevdiyindən ayrılarkən,
Məktəbli qızın gözündən ardıcıl düşən, iki damla yaş ... .
Mütləq qarşılaşacağıq.
Bir əsgərin məktubundakı, həsrət və ayrılıq kimi.
Ya da bir kimsəsizin başındakı, sığala möhtac yetim iki tük.
Bir qocanın son nəfəsi
Qəhrəmanın ilk qorxusu.
Allahın son duası olarıq bəlkə də.
Allah da bir gün dua edəcək bilirəm, onlar qovuşsun deyə.
Baxarsan bir gün,
Gizlincə bir-birinə dəyən iki ürkək dodaq olarıq.
Ya da onlar öpüşərkən sevdiyinin xəyanətini görüb qızaran, 
Bir cüt göz olarıq.
Qorxma...
Bax bu sahibsiz şeirin sahibi olarsan bəlkə sən.
Məndə şairi... .
Mən şeir olub axaram ruhuna, 
səndə bədənindən qopub gələrsən bəlkə.
Qorxma...
Qarşılaşacağıq bir gün səninlə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0371 saniye