QAYTAR VER ÖZÜMƏ MƏNİM SEVGİMİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 11:11 28 iyun 2018 tarixində əlavə olunmuşdur

Bir yerdə adına rast gəldim, bu gün
Yadıma düşdün sən keçmiş il kimi...
Varlığın nə büsat nə də ki, düyün,
Bənzədi küləyə, əsdi yel kimi,
Qaytar ver, özümə, mənim sevgimi!

Qalmısan çarəsiz, susqun, dinməz - sən
Eşqin nə olduğun hələ bilməzsən 
Ömrümə yenidən gələ bilməzsən,
Əridin buz kimi, axdın sel kimi,
Qaytar ver,  özümə, mənim sevgimi.!

Yamaq deyiləm ki, sarınam sənə,
Daha heç gərək də deyilsən, mənə,
Bir zaman saf eşqə vuranda tə'nə,
Düşdün gözlərimdən solmuş gül kimi
Qaytar ver, özümə, mənim sevgimi..

Al, bu da eşqimin  cavabı - buyur,
Nə xəyala dalır, nə də ki, duyur,
Artıq ürəyimdə gözəl uyuyur,
Sular sonasıdı, incə bel kimi...
Qaytar ver özümə, mənim sevgimi!     MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV   Yazılma tarixi:28.06.2018  


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+7=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0327 saniye