"Sufilik"
Sufi_Cavid tərəfindən "Şeir" bolməsinə 03:04 18 iyun 2014 tarixində əlavə olunmuşdur

 

“Sufilik”

Allah hardasan ?

Sənə sarılmaq istəyirəm

Allah səmadasan ?

Sənə uçmaq istəyirəm

Bəlkə yerdəsən, gəzdiyimiz qara torpaqlarda

Yerini söylə, qaçım yalın ayaqlarımla

Bir mələk deyiləm

Nə də şeytan deyiləm

Bir bəşərəm

Hey nəfsim deyirəm

Elə məxluqam ki, gözləri zindanam

Qəlbim parçalanıb, sevginə möhtacam

Eşitdiyim neyin səsində səni axtarıram

Ney sanki ruhuma üfləyir

Üflədikcə sevgi rüzgarını

Qəlbimin zümrüd təpələri tir-tir əsir

Bəlkə həqiqətlər düşər bamtelimə

Ucalaram onda mənəvi aləminə

Sənin eşqin bir parça alov idi öncə

Girdi könlümə

Bu cismani bədənimə

YandırdI məni, yandırdı məni

                                                                                                    Yandıqcacismimi nuruna qərq etdi

Gözlərimi açdı, sonra da tərk etdi

Bir səmazən tək kağızda fırlanır qələmim

O sufilərdə torpaq mən sufidə isə vərəqlərim

Qələmin cızdığı əyri xəttlər eşq üçün

De mənə nar olmadan nur olmaz nə üçün

Allah hardasan, Rəbbim de hardasan

Axı mən öz səssizliyimin səsində getdikcə boğuluram

Kömək etmə, qoy biraz da yanım

Qoynuma saldığım əllərimi yavaş-yavaş açım

Bir əlim səmaya, bir əlim torpağa doğru

Məncə dönməkdir sənə ucalmağın yolu

Fırlanıram ya Vədud deyərək

Yarı tapdım ancaq özümü itirərək

Birləşdi ruhumla neyin səsi

Sardı ətrafımı qalxan tək

Buraxmadı heç kəsi

Nura boyadı qəlbimi

Allahım səni hər zaman başqa yerlərdə axtaranda

Məscidlərdə, səmada evin olan Məscidül-Haramda

Sən bu yerlərdə deyil, yalnızca bir yerdə idin

Bizim eşq beşiyimiz olan qəlb baxçamızda...                                         

                                                                                          SUFİ

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Sufi_Cavid
Haqqında
Men sema shairiyem, insanlarla ishim yoxdur deyen bir shair dostum var , onun bu ifadesi yazdiqlarima stimul verdi ve istediyim kimi yazmaga bashladim nece deyerler temeli atdi, binani ise men ucaltdim... Insan heyati ise qacan at surusune benzeyir ve her kes bir-birinin icinde ele hey qacir, hara ve ne ucun qacdigimizi ise bilmirik, bunu derk etmek ucun o surunu kenardan teqib eden bir aslam olmaliyiq bu ise cetindir, insanlari artiq kenardan seyr edirem ve istediyime nail olacagima da inaniram. Heyatda dogru inanc ve qerarli inam o insani istediyi noqteye catdirar ve daha artigina. Ozunuze inanin, ozunuzu inandirdiginiz yalanlara deyil...
Əlaqə
Tel.:
+994777566616
E-mail:
cavidsahin7.cq@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0394 saniye