RAKI BARDAĞINDAKI BUZUN İÇİNDƏKİ DAMLA İLƏ SÖHBƏTİM
Səfər tərəfindən "Hekayə" bolməsinə 11:09 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Su damlasıydım mən. İndi isə, soyuqdan donub qalan buzam. Buxarı sevmişəm ki, o da uçub gedib çoxdan. Çovğundayam. Buxarlanıb buludlarda onu axtarmaq həvəsi bürüyüb buz canımı. Günəş hardasan? Nolar yaxınlaş isit iliklərimi, yandır buxar et məni.

Təbiət. Yalvarıram sənə qanunlarına ziddir bilirəm amma yaxınlaşdır günəşi mənə. Təbiət. Ayıran da, bir araya gətirən də sənsən. Tanrı belə sənin bir parçasıdır mənə görə. Hamımız suyuqsa, niyə bəziləri palçığın içində lənətlənir, bəzilərmiz göyə qalxır, bəzilərimiz soyuqdan donur, bəzilərmizsə müqəddəs sayılır ki? Hamımız suyuq. Təbiət, sən tanrını yaratmasaydın hamımız su idik. Tanrı gəldi, palçığa, insana, dənizə, buza böldü bizi. Bir bərabərlik ikən, sayısız bərabərsizliklərə böldü tanrı bizi. Buxar sevgimizdən, buz isə nifrətmizdən yarandı. Adəm də su idi. Sevgisindən buxarlanıb buludlara qalxdı. Sonra, Həvva ilə birlikdə palçığa yağdı. Elə hər şey də palçıqdan başladı.

Palçıq. Su və Torpağın müqəddəs birləşməsi. Su həyatı, torpaq ölümü təmsil edir. Ölüylə diri palçıqda birləşir ancaq. Od. Havaya istinad edib yanır. Yəni nə qədər düşmən olsalar da, hava olmasa od da olmaz.

Hər şey palçıqdan yarandı. Bir cansız bədən və bir diri ruhdan yəni. Buxar üçün zaman sadəcə yoxdur. Buz üçünsə zaman donub. Suya nə olacağını isə zaman göstərəcək. Bir-birini sevən iki damladan birinin qismətində buxar, birində isə buza çevrilmək varsa, buna ayrılıq deyirik. Bu cümə yenə su buzdan başdaşının üstünə gəlib, buxara rəhmət oxudu.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0344 saniye