Səməd Şıxı- paslı velosiped
Səməd Şıxı tərəfindən "Hekayə" bolməsinə 19:40 19 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

PASLI VELOSİPET

 

Iradə zəng edərək Rəhmana evə gələrkən marketdən evə lazım olacaq şeyləri ona deyərək telefonu söndürüb çiçəklərə su verməyə başladı.

İradə universitet oxuyub, əvvəlləri işləsə də evləndikdən sonra oğulları Elxanın dünyaya gəlməsindən sonra işləməyi buraxıb evdə oğlu ilə məşğul oldu, daha sonra isə həvəsdən düşdü və bir daha işləmədi. Rəhmanla İradə universitetdən tanış olmuş və ailələrinin razılığı ilə evlənmişdilər. Rəhmanın ailəsi rayonda yaşasa da İradənin ailəsi Bakıda idi. Evləndikdən sonra da Rəhmanın işinə görə ailəsinin yanına köçə bilmədilər.

Market evlərindən iki küçə uzaqda idi. Rəhman işdən çıxandan sonra İradəylə danışar evə nəyin lazım olduğun soruşar, onları alıb maşına minib gələrdi. Marketin evlərinə yaxın olduğundan Elxan öz velosipedi ilə atasını qarşılamağa gələr, qayıdan da atasının maşını ilə yarışardı. Rəhman normal olaraq maşını çox yavaş sürərdi ki, həm oğlu bu yarışı qazansın həm də yolda sürətli sürməsin deyə. Ta ki, o günə qədər.

İradə Rəhmana zəng edərək alınacaq ərzaqları ona deyib Elxanı da ardıyca velosipedinə mindirib yolladı. O, zaman Elxanın altı yaşına bir aydan biraz çox qalmışdı. Məktəb açılanda məktəbə gedəcəkdi. Elxan qapını açaraq velosipedini həyətə çıxartır və market istiqanətinə hərəkət eləməyə başlayır. Rəhmangilin qaldığları məhəllələr həyət evlərindən ibarət dar küçələri idi. iki maşın güclə keçə bilərdi. Elxanın velosipedini sürətli sürərək küçəni dönərkən qarşısına çıxan maşını görməməsi səbəbindən onunla toqquşmuş və baş verən qəzadan xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmamışdır. Rəhman marketin qarşısında oğlunu gözlədiyi halda Elxanın gəlmədiyin görüb evə zəng edərək İradədən Elxanın harada qaldığın soruşanda o, Elxanın çoxdan çıxdığın dedi. Rəhman telefonu söndürüb maşına minərək evlərinə tərəf maşını sürməyə başladı. Yolda oğlunun velosipedini görüb maşını saxlayıb yerə düşəndə ətrafın qan olduğun gördü. Həyəcandan nə edəcəyin bilməyərək ətrafa boylanırdı. Ürəyinin bu dəqiqə çıxıb düşəcəyi dərəcədə bir ağrı sancmışdı. Fırlanmaqdan başı gicəllənirdi. Nə edəcəyin bilməyirdi. Tez yaxın bir qapını döyərək burada nə olduğun  soruşur. Qapını açan orta boylu,  əynində nazik köynəkdə olan bir kişi biraz əvvəl burada maşının velosipet sürət bir balaca oğlanı vurduğunu sonra da onu götürüb xəstəxanaya apardığı deyəndə Rəhman özünü itirərərk yerə yıxılmışdı. Qapını döydüyü kişi ona yardım edərək ayıltdı. Ayılan kimi Rəhman maşına minərək xəstəxanaya yollanır. Xəstəxanaya çatanda isə oğlu canını tapşırmışdı. Onu vuran adamın qarşısına keçib onu öldürmək istəsədə polislər ona mane olaraq əlindən alıb hər ikisini izahat üçün şöbəyə apardılar.

Qəzayı törədən kişi ağlayaraq hadisənin istəmədən olduğun, yolu normal sürətlə dönərkən oğlanın qarşısına çıxdğın dedi. maşını saxlasa da toqquşmaya mane ola bilmədiyin desə də Rəhman üstünə atlayaraq onun yalan dediyin onu öldürəcəyin çığıra – çığıra dedi. izahat yazılandan sonra Rəhman çölə çıxaraq telefonu götürəndə ekranında İradəin ona on beş dəfə zəng elədiyin gördü. Yazıq qadın ürəyi partlayıb yəqin maraqdan düşünərək zəng elədi. Telefon çağırırdı Rəhman isə olanları ona necə deyəcəyin düşünürdü. Ona necə deyəcəkdi ki, oğlu ölüb?

 İradə telefonu götürən kimi qışqıraraq neçə saatdı haradasız, ürəyimi partladıb öldürmək istəyirsiz? – deyə qışqırmağa başladı.  Rəhman ona xəstəxanada olduğun deyəndə İradənin səsindən ağladığın hiss edirdi.

Necədi indi? – sözü sanki heç istənməyərək çıxdı.

Rəhman susurdu. Iradə sənləyəm sözündən sonra ağlamağa başlayaraq Elxanın öldüyün dedi. iradənin səsi gəlmədi. Nə qədər qışqırsa da onun səsini eşidə bilmədi. Tez qonşusuna zəng edərək onların evinə gedib İradəyə baxması üçün xahiş elədi. Qonşu qapını döyüb səs gəlmədiyin görüb qapını qıraraq içəri girdi. İradənin evdə yerdə görüb tez onu qaldıraraq ayıltdı. Rəhmanla danışıb xəstəxanaya apardı. Iradə xəstəxanaya çatan kimi oğlunu görmək üçün istar edərək otağa girib cansız bədənini qucaqlayıb ağlamağa başladı. Bədənində qəzanın izləri qalmışdı. bədəni isə soyuyurdu. Rəhman onu güclə ayıraraq çölə çıxdılar.

Qəzanın baş verməsindən düz üç ildi keçsə də Rəhman hər dəfə marketdən çıxanda Elxanın gələcəyini gözləyir, sonra ayılaraq maşınına minib evə gedirdi. Bu gündə yenə marketdən çıxaraq ərzaqları maşının arxa hissəsinə qoyub maşına əyləşmək istəyəndə məhəllənin ortasında uşaqların fırlanaraq velosiped sürdüklərin gördü. Onlara baxaraq Elxanın velosiepedi ilə həyətdə keçirtdiyi zamanları xatırladı. Ilk dəfə ona velosiped alanda necə də sevinmişdi. Rəhman ona velosiped sürməyi iki günə öyrətmişdi. Əvvəlcə arxa təkərə qoşduğu əlavə təkərlərlə sürsə də sonra onları çıxartaraq sərbəst sürməyə başlamışdı. Havanın isti keçdiyi vaxtlarda bütün günü həyətdə velosipedi ilə o baş – bu baş edərək əylənirdi.

Rəhman uşaqlara baxaraq maşına çevriləndə kənarda yerdə daşların üzərində əyləşən balaca oğlanı gördü. Uşaq Rəhmanın diqqətini çəkdi. Dizlərini qucaqlayaraq velosiped sürən uşaqlara baxırdı. Rəhman maşının qapısın örtərək yerdə əyləşən oğlana yaxınlaşıb yanında əyləşdi.

-         Niyə dostlarına qoşulmursan?

-         Necə? – yanında tanımadığı kişiyə boylanaraq baxdı.

-         Deyirəm niyə dostlarınla velosiped sürmürsən? – Rəhman dedi.

-         Mənim velosipedim yoxdu.

-         Hə, bax bu pis oldu. Atana niyə demirsən sənə də alsın?

Oğlan dizlərini yenə qucaqlayaraq uşaqlara baxmağa davam elədi.

-         Adın nədi? – Rəhman uşaqın üzünə gülümsəyərək dedi.

-         Rasim.

-         Qəşəng adın varmış. Mənimdə adım Rəhman. Adlarımızda oxşayır bir birinə. Tanış olduğumuza şad oldum - əlini uzadaraq Rasimini əl sıxır.

-         Harda qalırsan? Səni evnizə aparım.

-         Maşın sənindi? – Rasim maşını işarə edərək dedi.

-         Hə. Minmək istəyirsən?

-         Hə.

Rəhman Rasimi ayağa qaldıraraq maşına doğru irəlləməyə başladılar. Rasimi qabaq oturacaqda əyləşdirərək pəncərəni açdı ki, ətrafı daha yaxşı görsün. Rasim yolu Rəhmana başa salırdı. Evinə çatanda isə qapının ağzında saxladıb sağollaşıb maşından düşdü. Rəhman Rasimin qaldığı evə baxanda anladı ki, onların velosipedə verəcəkləri pul yoxdu.

Maşını döndərib evə gəlib İradəyə aldığı ərzaqları uzadaraq Elxanın otağına qalxdı. Otaqa Elxanın ölümündən sonra iki dəfə girmişdi. Elxanın yatağında əyləşərək velosipedini yoxlamağa başladı. Ardıyca İradə gələrək neçə zamandan sonra bura girməsinə səbəbini soruşdu. Rəhman isə yolda gördüyü uşaqı və onun kənarda velosiped sürən oğlanlara necə baxdığın görüb, Elxanın velosipedin onlara vermək istədiyin dedi. iradə israrla oğlunun əşyalarını heç kimə vermərəm dedi. oğulundan qalan tək xatirəni başqa bir oğlana vermək istəməyirdi. Həmən oğlana yenisin almaq təklifin versə də Rəhman bunu vermək istədiyin dedi.  iradə səbəbin soruşanda Rəhman, bu velosipedin yenə hərəkət etməsini istədiyini küncdə duraraq Elxanın ölümünə onunda razılaşmasını istəmədiyini dedi. iradə tərəddüd içində fikirləşərəm deyərək otaqdan çıxdı.

Yemək zamanı  hər ikisi yemək belə yemədən bir – birlərinə baxışdılar.

Səhərisi gün Rəhman səhər tezdən işə gedəndə İradənin əlindən tutaraq Elxanın bir daha gəlməyəcəyin dedi. lakin Elxanı yaşada biləcəklərin deyərək yaxşı fikirləşməli olduğunu, əminəm ki, Elxan sağ olsa idi o da buna razı olardı deyərək maşına minib getdi. Rəhmanı yola salandan sonra Elxanın otağına keçərək saatlarla şəkillərin qucağına alıb yatağında uzandı. Rəhmanın dediklərin fikirləşərək razılaşacağın düşünərək onun gəlməsini gözlədi. Velosipedi həyətə düşürərək onu təmizləyib paslanmış yerlərini yağlayıb hazır elədi.

Rəhman adəti üzrə iş çıxışı evə nə alsın deyə İradəyə zəng edəndə İradə ona evə tez gəlməsini dedi. Rəhman evə gedəndə həyətdə İradənin velosipedi də yanına alaraq həyətdə onu gözlədiyini gördü.

-         Səninlə evlənməklə səhv etmədiyimi bir daha sübut elədin. – Rəhman İradəni qucaqlayaraq velosipedə baxdı.

-         Həmən oğlanla məni də tanış edəcəksən.

-         Səndə sevəcəksən, baxarsan.

Rəhman velosipedi maşının arxasına yerləşdirib yola düşdülər. Dünən Rasimi gətirdiyi evi taparamaşını qapının ağzında saxladı. Qapını döyəndə qapını orta yağlı başında kəlağa olan bir qadın açdı. Təəccüblə gələn Rəhmanla İradəyə baxdı.

-         Buyurun, nə lazım idi?

-         Biz Rasimi axtardıq. Bura onun evidi? – Rəhman qarşısında duran qadına cavab verdi.

-         Evi buradı. Rasimi niyə axtaırırsız ki?

Rasim evdən çıxaraq, kimdi gələn? Deyə qaçaraq qapıya doğru qaçdı.

-         Salam, tanıdın məni? – Rəhman özünə Rasimə tanıtmaq məqsədi ilə dedi.

-         Hə, tanıdım. Rəhman əmi. Nə olub?

-         Səni görmək istəyirdilər. – anası Rasimə baxaraq dedi.

-         Məni?

-         Sənə bir hədiyyəmiz var, ananda icazə versə idi onu verməyə gəlmişdik.

-         Nə hədiyyəsi? – Rasim maraqla Rəhmana baxdı.

Rəhman maşının arxasın açaraq maşından velosipedi çıxartıb Rasimin önünə gətirdi.

-         Mənə almısız bunu?

-         Bunu niyə almısız ki?

-         əslində almamışıq. Bu bizim oğlumuzundu.  – İradə cavab verdi.

Rasimin anası söhbətin uzun olduğun anlayaraq onları içəri dəvət elədi. Həyətdə əyləşdirib onlara çay süzüb olanları danışmasını xahiş elədi.

Iradə qarşısında duran bu qadının üzünə baxaraq Elxanın başına gələnləri daha sonra isə dünən Rəhmanın Rasimlə qarşılaşıb oğlumuzun bizə buraxdığı son yadigarlarını ona vermək istədiyi dedi.

Qadın qarşısında ilk dəfə gördüyü bu qadına baxıb, oğlunuzdan sizə yadigar qalıbsa niyə vermək istəyirsiz? Deyə soruşanda İradə Rəhmana baxaraq gülümsəyib, istəyirik Elxan yaşasın, velosiped hərəkət edərək onu yaşatsın, dedi.

Qadın nə deyəcəyin bilməyərək Rasimə baxdı. Kənardan velosipedə minmək üçün statrda durduğun görüb razılaşdı. İradə ondan velosipedə minərək sürməsini son bir dəfə də olsa velospiedin hərəkətdə olarkən görmək istədiyin dedi. Rasim velosipedə atlayaraq həyətdə tur atmağa başladı. Həm İradə həm də Rəhman Rasimi velosipedin üzərində görüb duyğulandığların görüb getmələri üçün icazə istəyib çıxdılar. Son olaraq Rasimi qucaqlayaraq sağollaşıb evə gəldilər. velosipedi verəndən sonra peşmançılıq hissi yaşayacaqların düşünsələrdə sevinirdilər, həm də çox.

Sabahısı gün Rəhman yenə həmişə ki, kimi iş çıxışı İradədən alacaqı ərzaqların siyahısın alıb marketə girdi. Marketdən çıxanda isə qarşısında Rasimi gördü. Velosipedin üzərində əyləşərək Rəhmanın marketdən çıxmasını gözləyirdi. qarşısında Rasimi görüb əlində ki, ərzaqları ona uzatdı. Rasim salafanları rolunda yerləşdirərək Rəhmanın ardıyca hərəkət eləmyə başladı. Qapıya çatanda isə qapının ağzında İradənin oları gözlədiyin görüb əlindəkiləri ona uzatdı.

 

Səməd  Şıxı


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Səməd Şıxı
Haqqında
"ATILAN BİR DAŞ" kitabının müəllifi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Tərəfdaşlar
Facebook
0.0538 saniye