Səməd Şıxı - Son Pərdə
Səməd Şıxı tərəfindən "Hekayə" bolməsinə 00:16 05 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Həyatı bitmiş bir insanın sonu necə ola bilər ki?

Rahat ölmək istəyən ya dərmanla ya da ki, iplə özünü asar. Dərmanı daha çox qadınlar işlədir. Kişilərin üstünlük verdiyi isə ip ilə özünü asmaqdı. Intihar etmək istəyən əlbət özünə görə də bəhanəsi vardır.

Muradın fikridə belə idi. ən yaxşı yöntəm ip ilə özünü asmaq. Bunu etmək isə elə də asan deyildi. Dünya nə qədər acımasız olsa da insanın öz canından keçməsi asan iş deyildi. Evinə bəlkə də son bir dəfə baxan Muradın nə hisslər  keçirtdiyin anlamaq çətindi. Yataq otağı nədənsə ölüm üçün seçilmiş əla yer idi. Ipi evin tavanından asmaq və ayağının altına stol qoyub özünü asmaq.

Ipi bərk bağlayır ki, bəlkə boşalıb açılar deyə. Ipi boğazına keçirmək heçdə çətin olmayır, ip rahatca boğazına keçir. Qalır əsas məsələ stolu çəkmək. Bunu bacaran onu da bacarar. Bəlkə də yaşadığı son dəqiqədi. Ətrafına son bir dəfə baxır. Yaxşı – yaxşı. Dünyada tərk edərkən üzüldüyü, özləyəcəyi heç kimi buraxmamışdı. Hamıya nifrət edərək gedirdi.

Ayağının birini stolun üzərinə qoydu və digəri. Əsən əlləri ipə doğru gedirdi. Ip boğazını biraz sıxırdı əcəl təri dedikləri bu olmalıdı. Ölümü hiss edirdi. Cavanlığında düşündüyü tanrının varlığı, cənnət-cəhənnəmin var olub olmamasına birazdan cavab tapacaqdı. Böyüyəndə bu sualları araşdırmağa çoxda vaxtı olmamaışdı. Günü işləmək, ailəsi ilə keçirmək, oraqaç-buraqaçla keçirdi. Tək istəyi xoşbəxt bir ailəyə sahib olmaq. Sevimli ailəsi. Ya da ki, bir zamanlar elə olduğu. Indi kim bilir hardadı. Arvadı kimin qoynundadı. Elə bil ölərkən bütün xatirələr oyanır. Yaşadığı bütün macəralar, cavalığı gözünün önünə gəlirdi. Bunu stolu çəkəndən sonra gözləyirdi. Bilirdi ki, insan ürəyi dursada beyini beş dəqiqəyə yaxın fəaliyyətdə olur. Disk kimi bütün yaşamını gözünün önündən keçirir. Bunun nə qədər gerçək olduğun bilməyirdi. Bilədə bilməzdi, çünki hələ ölməmişdi. Bəlkə, yox bəlkə də yox qəti olaraq birazdan hər şeyi biləcəkdi. Buna görə ölməyə dəyərdi. Yoxsa kiminsə üzündən sevimli cannını verməyə dəyməz.

Bəs niyə bacarmayırdı? Stolu itələmək olmurdu. Stol yerə bərkimişdi, sanki. Yadına oğlu düşdü. Olduğu günü necədə gülürdülər. Muradı heç kim elə sevincək görməmişdi. Sevincindən xəstəxananın yeddinci mərtəbəsinə qaçaraq çıxmışdı. Həyatda oğlundan sonra bağlı olduğu insan anası idi. Onu dünyaya gətirən anası. Evin tək oğlu olan Murad anası və atası tərəfindən ərköyün böyümüşdü. Anası şəhərin mərkəzi xəstəxanalarının birində baş həkim idi. Bu vəzifəyə çıxmasında istər atasının istərsə də ərinin rolu olmuşdu. Ancaq heç zaman xəstələrindən rüşvət tələb etməzdi. Neçə xəstəni öz hesabına əməliyyat elətdirməsini hər kəs bilir. Anası əsl Azərbaycan xanımı idi. Mentalitetnə düşkün idi. Gözəlliyi hər kəsin dilində idi. ərinə bağlılığıda həddindən artıq çox idi. Heç zaman ərinin bir dediyin iki eləməzdi.

Atası polis polkolniki idi. Akif Bəyzadəni hər kəs tanıyardı. Onun əlindən qaçıb siçan deşiyinə belə olmazdı. Vəzifəsindəndə məlum olduğu kimi biraz sərt adam idi. Muradla yaxınlığı çox yox idi. Öz sevgisini göstərməyi bacarmırdı. Muradla çox vaxt rəsmi olub. Atası ilə ata – bala olaraq şəhərə çıxmamışdılar. Həyatının isə bütün qərarlarını atası verər Murad isə yerinə yetirərdi. Oxuyacağı məktəbi, dostlarını, çevrəsini həmişə atası nəzarətiində seçib. Təkcə Sabitdən başqa. Uşaqlıq dostu. Ailəsindəndə ona yaxın olan Sabit. Sabitin ailəsi orta təbəqəyə aid idi. Muradın oxudğu məktəbə beşinci sinifdə gəldi. Atasıgil Bakıya köçmüşdülər deyə məktəbnidə dəyişməyə  məcbur olmuşdu. Gəldiyi ilk gündən sinifə öyrəşə bilməmişdi. Ona ilk yaxınlaşanda Murad olmuşdu. O, gündən hər günləri bir keçərdi.

Murad xasiyətcə sakit olsa da Sabit hərəkəti sevən idi. Muradı da həmişə öz arxasınca dartardı. Bir dəfəsində Muradın uşaqlarla dalaşdığın görən Sabit üç uşağın üzərinə tək yerimişdi. Sabit polisliyə həvəsi vardı. Prokror olmağı məqsəd qoymuşdu. Universitetə də girəcəyinə əmin idi. Murad isə uşaqlıq xəyalı olan memarlıq idi. Fərqli – fərqli evlər çəkər nə zamansa bunu həyata keçirəcəyin xəyal edərdi. Təbii ki, bir ənənələrini də bilirdi. Atasının yolunu getməli, ondan sonra vəzifəyə keçməli idi. Atasının istəyinə yenə qarşı çıxa bilməyən Murad məcburən hüquqşünaslığa hazırlaşır. Sabitin isə əlbətdə könlündən idi. Məktəbdə bir olduğları kimi universitetdə də ayrılmayacaqlar.

Murad ilk dəfə cəhdini edəcəkdi. Evə gedib atası ilə danışacaq. Atasına memar olacağın deyəcək idi. Bu heçnə asan iş deyildi onun üçün, ömründə atasına XEYR sözü deməmişdi. Axşam olur.  Atasının yanında oturub demək üçün vaxt gözləyir. Özü də istəməədən tərləyən Muradı görən atası – de görüm nə olub? – deyir.

Heçnə olmayıb. De görüm, məndən gizlətməyə çalışma. Onsuzda bacarmırsan.

– Ata, mən bir söz demək istəyirəm. Ömrümdə səndən heçnə istəməmişəm. Həmişə sən dediyinlə razılaşmışam. Bu gün isə ilk dəfədi səndən bir şey istəyəcəm.

– Nədi, yoxsa maşın istəyirsən? – alarıq. əlində ki, qəzeti oxumağa davam edən atası deyir.

– Yox. Maşın istəmirəm. Mən, memar olmaq istəyirəm. Sənin kimi prokror olmaq istəmirəm.

– Niyə nə olub mənə. Bəlkə nəsə pislikmi görmüsəndə peşəmi bəyənməyirsən? – əlindəki qəzeti qatlayaraq yerə qoyub, ayağını aşıraraq oğluna baxır.

– Pis deyil, nə də sən pis deyilsən. Sadəcə mən cinayətkar qovmaq istəmirəm. Mənim istədiyim memar olmaqdı. Şəkil çəkmək sonra da onu canlandırmaq istəyirəm. – Murad ömründə inanmazdı ki, atasının qarşısına keçib buları deyə biləcək. Buna baxmayaraq Muradın bədənindən tər durmadan axırdı.

– Yox. Qəti olaraq deyirəm. Hüququ oxuyacaqsan. Hobbilərnə qarışan deyiləm. Şəkil çəkmək istəyirsən,çək. Nə istəyirsən elə. Ancaq bu söhbət burdaca bağlanır. Eşitdin məni, birdə bu söhbət haqqında nə isə eşitmək istəmirəm.

Muradın artıq deyəcək sözü qalmamışdı. Sözündən əlavə heç gücüdə qalmamışdı. Kor- peşman otağına gəlib uzandı. Ardı ilə anası gəlsə də qapını açıb Muradın yatdığın hiss edib geri qayıtdı.

Səhərisi gün məktəbdə Sabitlə görüşən Murad axşam olanları danışdı. Atasının qarşısına keçib ona necə dediyini və atasının ona necə yox dediyini.

-Kefini pozma. Atan sənin yaxşılığın üçün deyir. Həmdə bir olacıq, pisdi ki?

–  pis odur ki, mən istəmədiyim dərslərə girib, istəmədiyim işə girəcəm.

–  səndə düz deyirsən.

– Boş ver. Atamla bacaran bu dünyada heç kim tapılmaz. Onun düşüncəsi hər kəsdən yüksəkdi.

***

Universitet qəbul imtahanına qədər Murad nə qədər çalışsa da atasını razı sala bilməyir. Bəlkə son anda fikrindən dönər deyə həm atasının məcburən göndərdiyi ixtisas fənlərinə gedirdi. Atasından xəbərsizdə öz ixtisasına hazırlaşırdı. Qəbul günü gəlir. Sabitlə ayrı məktəblərə düşmüşdülər. Imtahan bitəndən sonra görüşəcəkdilər. Murad imtahan zamanı fikrindən bəlkə yazmayım kəsilim hissi keçirtdi. Ancaq atası bunu anlayacaq dərəcədə ağıllı idi. Həm də neçə ildə hazırlaşmağa məcbur qalsa da atası yenə hüquqda israr edəcək idi. Testləri həll etməyə başlayır. Çətin deyildi. Yazdığlarının düz olduğuna əmin idi.

Imtahan çıxışında qarşısına ilk olaraq anası çıxdı. Anası həyəcanlı vəziyyətdə oğlunun çıxmasını gözləyirdi. Muradın gəldiyin görüb yanına qaçdı.

-necə idi?

-yaxşı keçdi. Yazdım daa…

-Bəs o, zaman niyə üzgünsən?

-nə gözləyirdiz. Mən Sabitlə görüşəcəm, sonra da yoxlamağa gedəcəm. Çıxanda biraz gəzəcik. Axşam gələcəm.

-atana özün deyəcəksən ya mən deyim? – Sabitədə salam de, yaxşı xəbərnizi gözləyirik.

Anasına başı ilə təsdiq edib yanından ayrıldı. Sabitin nömrəsinə zəng edərək harda olduğun öyrəndi. Sonra kafeyə gəlməsini istədi. Həmişə getdikləri kafedə görüşdülər. Sabit gələn kimi Muradı uzun müddət görüşməyən dost kimi qucaqladı

-necə oldu Murad? – pis yazdım demə işə girən kimi birinci səni tutaram. – gülərək Muradın üzünə baxırdı.

-kaş zəif yığıb kəsiləydim. Istəmədiyim bir yerdə olmaqdan yaxşıdı.

– elə demə. Allah bilən məsləhətdi. Bəlkə beləsi xeyirli olacaq.

-allah. Həə. Görmədiyimiz halda varlığına inandığımız allah.

-sənin bu din haqqında ki, düşüncələrin dəyişməyəcəkdə. Ateistsən desəm təsdiq etməyirsən, panteistsən deyəcəm bəsdi deyəcəksən. Nə deyim axı sənə. – ən yaxşısı din haqqında biraz araşdırma apar.

-mən nə dərdindəyəm sən nə dərdindəsən. Bu dəəqiqə heçdə dini fikirləşməyə vaxtım yoxdu nədə həvəsim.

– yaxşı, çayını iç dur gedək. Imtahan  nəticələrini yoxlayacıq hələ.

Hər ikisi kafedən çıxaraq sağollaşıb müəllimlərinin yanına getdilər. Nəticələr hər ikisində də yaxşı idi. Axşam murad evə gələndə qarşısına atası çıxdı. – təbrik edə bilərəm artıq? – yoxsa gedib orda axmaqlıq elədin.

-istədiyin elədim. Girəcəm.

-buna heç şübhəm yoxdu. Indi deyə bilərəm ki, əsl mənim oğlumsan. Böyüyəndən sonra anlayacaqsan məni.

Atası Muradın universitetə girməsi əlaməti ilə böyük qonaqlıq təşkil edəcək idi. Hansısa restoranla danışıb bir günlük oranı bağlatmışdı. Bütün yaxınlarını, ölkənin sayılıb seçilən adamlarını qonaq çağırmışdı. Murad gələnləri görəndə atasının bu qədər yaxın dostlarnın olduğunu düşünməzdi. Qonaqlar arasında NAZİRLƏR, MİLYONERLƏR, sayılıb seçilən dövlət adamları da var idi.

Gələnlərin hamısı Muradın yanına gəlib təbrik edib, atasının başnı uca elədiyini deyirdilər. Qonaqlar arasında əlbətdə ki, əziz dostu Sabtdə vardı. Gələnləri görüb heyranlığın gizlətmirdi. Sabit Muradın atasına pərəstişkarlıq edirdi. Muradın çox şanslı olduğun düşünürdü. Gələcəkdə onun kimi güclü olacağın düşünürdü. Hər fürsətdə onunla bir araya gəlib işindən bəhs etməsinni istəyirdi. necə belə güclü olması, şöhrət qazanmasını bilmək istəyirdi. atası is danışmağı çox sevməzdi, çox vaxt yola verər ya da ki, mövzunu dəyişərdi. Muradın Sabitdən üstün olmasını, ondan daha güclü olmasını istəyərdi. Muradın isə heç həvəsi yox idi. Sabit isə tam tərsi, Sabitdə öz uşaqlığın görərdi. Sabitin önun övladı olmasın istəyirdi. tam istədiyi kimi birisi idi.

Universietin başlamasına yarım aydanda az müddət qalmışdı. Sabit öz rayonlarına getmişdi. Muradıda özü ilə aparmaq istəsə də Murad razı olmamışdı. Burda qalıb biraz dincəlmək istəyirdi. evdən çıxmayaraq. Bütün günü yatmaq istəyirdi. özünü universitetə hazırlayacaqdı. Muraddan fərqli olaraq isə Sabitin sevinci yerə – göyə sığmayırdı. Universitetin açılacağı günü səbrsizliklə sayırdı.

Axır tətil bitir. Həmən gün gəlir. anası Muradı öpərək oyadır – qalx tələbə. Tələbə tənbəl olmaz. Bu gün sənin üçün böyük gündü.

Istəmirəm heç yerə getmək. Qalx, qrup yoldaşların səni gözləyir.

Yerindən duraraq hazırlaşmağa başlayır. Ürəyində isə biraz həvəs yaranmışdı. əvvəl ki, kimi üzgün deyildi. Universitetə atasının maşını ilə gəldilər. Anası bu gündə onunla bir olmaq istəyirdi. Universitetin həyətində Muradın düşməsi üçün  atası maşınını saxlayır. Sağollaşıb maşından düşən Muradın gözü Sabiti axtarırdı. Telefonuna zəng edərək durduğu yerəcən addımlayır. Bu günün onun həyatında baş verəcək dəyişikliklərdən xəbərsiz irəliləyir. Bəlkədə önündən keçdikləri insanlarda eyni qrupda oxuyaqcaqdılar. Sabiti taparaq universitet rəhbərliyinin danışığının bitməsini gözləyirlər. Həyətdə iynə atsan yerə düşməz vəziyyəti idi. Sonda içəri buraxırlar. Qapının girişində adları yazılan tabelə vardı. Gəzərək özünün olduğu qrupu tapdı. Sabirlə ayrı qrup idilər. Ancaq birinci dərsi birləşdirmişdilər. Qrupu bu qədər böyük təsəvvür etməmişdi. Uşaqların çoxluğu, səs –küy, qızlar artığılaması ilə var idi. Sabit indidən yanında oturduğu uşaq ilə əlaqə qurmuş idi. Adı Fuat idi. Muradla eyni qrupdan çıxmışdı. Sabit bunu biləndən sonra Murada  – qrup yoldaşını tapdım, bura bax – deyərək Muradı Fuat tərəfə çəkdi. Murad Fuata əl uzadaraq salamlaşdı. Fuatın özündən razı halda salamlaşması onun heç xoşuna gəlməmişdi. Sanırdı ki, universitet atasınındı. O, hələ Muradı tanımırdı.

Dərsin bitməsinə on dəqiqədən də az müddət qalmış idi, Murad isə hələ ki, qrupu nəzərdən keçirirdi. Fərqinə isə varmadan bir qızın gözlərində irişmişdi. Sabitin – zəng vuruldu,ayıl – deməsi ilə Murad özünə gəldi. Sabitin nə oldu sualına isə sadəcə heç, dalmışam deyərək keçişdirdi. Tənəffüs boyu gözünü qızdan ayırmadı. Dünyada onun qədər gözəl qız görməmişdi. Tanrının varlığını sübut edəcək bir varlıq idi. O, meymundan yarana bilməzdi. Onu özənərək yaradıb yaradan. Tanrı olduğun etiraf eləsə ona sevə – sevə tapmağa hazır olan insanlar tapılardı. Yaxınlaşmaq istəsədə utandı, gedib nə deyəcəyin bilməyirdi. Hansı qrup olduğun soruşar, sonra isə universitet, qrup haqqında ki, fikrini öyrənər idi.

Salam xanım, narahat etmirəm ki? – qızın oturduğu stolun başında duraraq oturmaq üçün icazə verməsini gözləyirdi. Yox, etmirsiz. Buyurun. əyləşin. – qız Muradın üzünə baxaraq gülümsədi. Sağolun. Dərsdə bir idik, deyəsən eyni qrupuq. Tanış olum, həmdə universitet haqqında fikrivizi öyrənim dedim. Hə məndə sizi gördüm. Arxamızda oturmuşdunuz. Diqqətlisiniz. – gülümsəyərək qıza baxdı. Bu ixtisası seçəcək dərəcədə. Deyəsən, bir dənə mənəm bura güc ilə gələn. – təəssüf edərmiş kimi, başını aşağı saldı. Niyə elə dediz. Harada oxumaq istəyirdiz? – xaricə getmək istəyirdiz? Yox, sadəcə hüquq mənlik deyil. Mən memar olmaq istəyirdim. Atamın gücü ilə bura gəlmişəm. Qısaca, davamçı olmaq üçün deyə bilərikdə. Tamammilə düz dediz. Dostum Sabit. Dərsdə yanımda oturan uşaqla mən beşinci sinifdən dostam. Məndən fərqli olaraq isə o hüququ sevir. Tək ümid yerim odur ki, tək qalmayacam.

Zəngi vurulması ilə qız ayağa qalxdı. – bəlkə dərsə gedək. Ilk dərsdən danlanmaq istəmirəm.

Gedək. əvvəla gedib otağı öyrənək. Narahat olma. Mən baxmışam. Gedək o, zaman. Liftlə çıxa tez çatarıq.

Qapının ağzında Sabitlə rastlaşdı. – baxıram özünə dost tapmısan. Həmdə nə dost.

-hə demə daa. Adını belə öyrənmədim. –yadımdan çıxdı adın soruşmaq.

– yavaş ol. Aşiq olarsan. – dee. Ordadı. Yanıda boşdu. Get, otur.

– istəmirəm. Sonra səhv başa düşər.

– nə bilməəyin istəyirdin. Sənə qardaş gözü ilə baxmasın? – belə eləsən,sonra qardaşdan artıq bir şeydə olmayacaq.

– səndə başlama yenə. Gəl dərsə girək. Müəllim gəlir.

Bütün dərs boyu Muradın fikri sadəcə qızda idi. Görəsən sevgilisi vardı? – Ya yaxınlaşsam nə deyəcək? – tələsməmək lazımdı. Ilk gündən belə səhv etmək olmaz.

Dərs bitəndən sonra hamı universitetdən çıxıb gedirdi. Murad qapıda Sabiti tapıb evə getmək üçün çıxdılar. – sənin ki, hanı?

Çıxıb getdi qızlarla.

Tək buraxdı səni? – cann. Heçnə olmaz. Düzələr.

Söz belə demədən Sabitlə çıxışa doğru irəlilədilər. Murad yorğun olduğunu deyib evə getdi. Evə tez çatıb adını belə bilmədiyi gözəlini fikirləşəcəkdi. Evə çatanda evdə heç kim yox idi. Anası xəstəxanadan qayıtmamışdı. Aclıq hiss etmədiyindən gedib yerinədə uzandı. Gözlərini yumaraq qızın üzünü gözünün önünə gətirirdi. Gülüşü necədə gözəl idi. Sanki, cənnətdən çıxıb gəlmişdi. Görəsən adı nə idi? – Şəhrizad adı yaraşardı. Min bir gecədə nağıllarında təsəvvür olunan gözəl qız bu olmalı idi. Ona toxunmaq günahdı. Kənarda oturub sadəcə seyr edəsən. Dünyanın səkkizinci möcüzəsi bu idi. Füsünkar idi tək kəlimə ilə. Gözlərini açmaq istəmirdi. Açanda qızın ondan ayrılıb başqasının xəyalına getməsindən qorxurdu.

Bu an eşitdiyi səsə ayıldı.

– Nə vaxt gəlmisən?

– Təzə gəlmişəm. Yorğun idim, biraz uzanım dedim.

– Yemək niyə yeməmisən, nəsə kefini qaçırıb, yoxsa?

– Yox, anacan. Kefimi qaçırtan heçnə olmayıb. Sadəcə universitetin ilk günü həyəcanıdı. Yordu məni.- yerindən duraraq anasını qucaqladı.

– Necə idi qrupun, qrup yoldaşların?

– Yaxşıydı. Çox yaxınlıq etməsəmdə pis uşaqlara oxşamırdılar.

– Öyrəşərsən, sabahdan hamısın tanıyarsan. Ilk gün utanğaclıq olur sonra isə bütün günü deyib güləcəksiniz.

– Mən acdım. Gedək yemək istəyirəm.

Anasının qoluna girərək otaqdan çıxdılar. Acmadı halda sadəcə anası bu gün barədə başqa sual verməsin deyə yeməki bəhanə gətirmyə məcbur olur.

Axşam heç yerə çıxmayıb tez yatmağı fikirləşirdi. Səhərin gəlməsin bu gün Murad qədər çox istəyən tapılmazdı. Onunla birlikdə olmaq üçün nələrindən keçməzdi. Yaşıl gözləri, biraz buruğ saçları, gülərkən batan yanağı insanı sanki hipnoz edirdi. Tanrı ona hər bir şey vermişdi. Boy, gözəllik ən əsasıda gözləri insanın ona aşiq olması üçün bir bəhanə idi.

Insanların yalandan dediyi əsas daxili gözəllikdi sözü Murad üçün keçərli deyildi. Murad simaya üstünlük verən birisi idi. Xasiyətinədə önəm versə də xarici gözəlliyi birinci idi ona görə. Həmişə yanında gözəl xanımın olmasın istəyərdi, məktəbdə oxuyarkən belə xoşu gəlmədiyi qızlarla yaxınlıq etməzdi. Muradın özü də yaraşığlı idi. Sabit həmişə səndə olan üz, boy məndə olsa idi hər gün bir qız ilə gəzərdim -deyirərdi. Muradın isə təbiətində bu yox idi. Istəsə belə bacarmayacaq idi. Muradın istədiyirdi, sevəcəyi gözəllər gözəli birisi olsun və sonadək onda bir ömür sürsün. Həyata qarşı birgə mübarizə aparmacaq biri arzulayırdı. Yaxşı və pis günündə bir olacaq.

Səhərisi gün Sabiti metronun çıxışında gözləyərkən Sabiti gecikdiyinə görə ürəyində söyürdü. Tez getmək istəyirdi. Görəsən, nə desində yaxınlaşsın söhbət eləsin. Yoxsa sasdəcə gedib hal- əhval tutsun. Dərsin başlamasına on dəqiqə qalmış özlərini güclə çatdırdılar. O, artıq otaqda öz yerini tutub telefonda kim iləsə yazışırdı. Yaxınlaşaraq -yanınızda oturmaq olarmı? , dedi. Gülərək – əlbətdə buyur,əyləş deməsi ilə özüdə bilmədən gizli bir qüvvə vasitəsilə əyləşdi. Səssizcə oturaraq ara da bir qızın üzünə baxırdı. Qız əlində ki, telefonu yerə qoyaraq Murada tərəf fırlanaraq – bağışlayın, iki gündü tanışıq ancaq hələ də adlarımızı bilməyirik. Mən Nigar. Deyərək əlini Murada tərəf uzatdı. Özünü itirmiş halda – məndə Murad. Tanış olduğuma şadam.

Yanınızda birisi var idi deyəsən dünən. Indi isə görmürəm.bizim qrupdan deyil, tanışınızdı yəqin.

– Dedektivlik qabiliyyətiniz var. Bəli. Sabiti deyirsiz. Biz məktəbdən bir sinifdə oxumuşuq. Burada bir qəbul olduq.

– Əsl dostluq. Ayrılmaz dostlar səhnəsi. Mənim dostlarımın hamısı ya Dillər Universitetində, ya da İncəsənətdədilər. Bu ixtisasa maraqları olmamaları bir yana hələ mənim seçdiyimə görə də lağa qoyurlar.

– Siz necə olduda hüquqa maraq göstərdiniz? Yəni, qadınların bu işə marağı olduğun görməmişəmdə. Biraz qəribə gəlir adama. – bu sözləri deyərkən Nigarın üzündəki mimikadan söhbəti dəyişməli olduğunu, yoxsa heçdə yaxşı olmayacağını anladı.

– Uşaqlıq xəyalımdı burda oxumaq. Mənə görə bu ixtisas təkcə kişilərə məxsus deyil, qadınlarda bacarar.

– Yox səhv anladız… – müəllimin içəri daxil olması ilə söhbətləri yarımçıq qalır.

Dərslərin sonunadək nə qədər eləsədə də Nigarla yaxınlaşa bilmədi. Sabitdə Muradı unutmuşdu. Yeni dostlar, yeni qrup onda dəyişiklik eləmişdi. Murad dərs çıxışı dərdləşmək üçün bir yerə getmələrini istəyirdi. Onu anlasa –anlasa Sabit anlayacaqdı. Dərs çıxışında isə Sabit artıq getmiş idi. Murad ona qəzəblənmişdi. Lazımlı olan anında çonu tək başına buraxdığına görə. Universitet olar arasında bir pərdə salmışdı. əvvəlki dost deyildilər artıq. Zəng belə etmədi. Havanın yaxşı olduğun görüb havasın dəyişmək üçün Bulvara getməyin yaxşı fikir olduğun düşünərək metroya mindi. Dənizin havası həqiqətəndə bir başqa olur. Insanın dərtlərini unutdurmağı çox gözəl bacarır. Dəniz qədər insana yaxın kim ola bilər ki? – tək buraxmaz, səni aldatmaz. Xəyanət belə edə bilməz. Buna qarşılıq olaraq isə tək bir şey istəyər, onun yanına gəlməyini. Onu tək buraxmamağı.

Həftə içi tətilində Murad sonunda Sabitlə görüşüb danışmağa vaxt tapmışdı. Sabitin niyə Muradı belə gec –gec yada salmasının səbəbində öyrənir. Sabit qruplarında oxuyan bir qızla üç gün idi ki, sevgili

olmmuşdular. – bəs mənə nə zaman demək fikrin var idi? – deyə Sabitə kefsizcə sual verdi.

-deyəcəkdim. Sadəcə bütün günü qızlayam deyə sənlədə doğru- dürüst danışma imkan olmayıb. Bir gün çıxarıq şəhərə birlikdə. – məni burax sənkindən nə xəbər? Neylədin? Deməki, hələ heçnə deməmişəm.

-deyə bilməmişəm desək daha düzgün olar. Bilmirəm necə deyim? – tezdimi, deyədə çəkinirəm. Məni bilirsən bu məsələlərdə təcrübəli deyiləm. Ən azından sənin qədər. – Sabitə göz vurur.

-bacarmayacaq nə var ki, burda? – ən çoxu yox deyəcəkdə. Həmdə nədən çəkinirsən? Sonunda ölüm yoxduki.

-yəni deyim?

Hələ gözlədiyin qəbalətdi. Birisi gün dərs çıxışı bir yerə çıxın gəzin. Yolda da açılarsan.

***

Dərs çıxışında Nigara gəzmək istədiyini və onunda onunla getməsini istədi. Nigar Muradın nə etmək istədiyini anlamışdı. Ürəyindən gələn səs anidən – gedək, deyincə məcbur getməli oldu. Hara gedəcəyini və nə edəcəyini bilmədən yola alınan bu cütlük sadəcə yol boyu yerə baxaraq keçirdilər. Nigar Muradın necə həyəcanlandığın görürdü. Sözə başlamaq istəyərkən söz tapa bilməyibdə içində özünə hikkələnməsi Nigara zövq verirdi. Bütün qızlar qarşılarında onun gözəlliyindən dəli olan oğlan görmək istəyir. Nigarın sakitliyi Murada əzab veriridi. Sonda dözməyən Nigar sözə başlayır – bəlkə, başlayasan. Gedə -gedə yol qalmadı.

-nə deyəcəyimi hardan bilirsən?

-kənardan özünə baxamlısan. Çox gülməli görsənirsən.- de, bacaracaqsan. Buna inanıram. – sanki, bu sözləri deyərkən ayrıca bir zövq alırdı. – utanma. Açıq danışmağı öyrən. Gələcəyin vəkili, hakimisən. Sözünü deməyi bacarmalısan.

-utandığımı kim deyir.-bir anda ciddiləşən Murad sanki Nigarın bu sözlərindən qaza gəlir.- universitetə gələndə həyatımın sıxıcı olacağın hiss edirdim. Başlamadan bitməsin istəyirdim. Taa ki, səni ilk dfə görənə

qədər. Nə yalan deyim, qızlarla aram olmayıb. Danışmağı bacarmıram. Qızlarla yaxınlıq etməyidə çox sevmirəm. Güvən məsələsidi.

-bəlkə qısaldasan. Buları keç, stata gələsən.

-tamam. – dərindən nəfəs alaraq – səni ilk gördüyüm gündən qəlbimdə bir döyüntü var, səbəbin bilmədiyim bir hiss.

SƏNİ SEVİRƏM. İLK GÜNDƏN BƏRİ.

Payızda havalar əksərən sərin keçir. Ara bir yağış yağar, küləkdə əsər. Hələ ki, Bakının küləyi vicdanları belə sızladar. Ancaq Muradın dodağından yapışan bir güvvə yerlə göyü birləşdirmişdi. Beynində çaxan şimşəkdən Bakının rəngi qaçmışdı.

Nigarın dodaqları Muraddan uzaqlaşmaqla Muradın ürəyinin döyüntüsü tez- tez atmağa başlamışdı. Nə deyəcəyin bilməyirdi. Özündən asılı olmayaraq Nigarın əlini tutmuşdu artıq.

-çox sağol. Həyatıma girdiynə görə çox sağol.

-həyatında saxlamağı bacar, yanında olmaq istəyirəm həmişə.

Səhərisi gün universitetin bufetində Sabitlə rastlaşırlar.

-kimləri görürəm. Necəsiz yeni sevgililər?

Bir stola yaxınlaşaraq əyləşirlər. – demək belə, necə dedi sənə? Bunu sənin yanına göndərənə qədər canım çıxdı. Mən olmasa idim hələ də kənarda oturub səni izləyəcəkdi.

-həə, biraz utanğac sevgilim var. Bütün Bakını gəzdirəndən sonra demək qərarına gəldi.- Murada tərəf sıxılaraq əlindən tutdu.

Murad axır ki, bu universitetə girdiyinə sevinə bilmişdi. Əvvəl ki, kimi üzülməyirdidə nə də heyfsilənmirdidə.

-dərs çıxışında neyləmək istəyirsiz. Planınız yoxdusa deyəcəkdim ki, çıxıb gəzərdik.

Arxadan bir qız Sabitə səsləyərək Muradgilin oturduğu stola tərəf irəlilədi. Bu Sabitin sevgilisi idi. Adı Günay idi. Sabitlə eyni qrup idi. Murad onunla çoxda yaxınlıq etməmişdi. Sabitin dediklərindən bildiyi idi. Görünüşünə görə də pis deyildi. Üzünə də baxanda deyib – gülməyi sevən biri olduğu anlaşılırdı.

-toplaşırsız və mənə deməyirsiz həə? – danışın görüm. – bu arada yeni cütlüyümüzü təbrik edirəm. Bir ömür bir ayrılmayasız.

-səndə hamıya demisən ki. – Muradın bu sözləri Günayın xoşuna gəlməmişdi.

-başa düşmədim. -mən yad adamam ki?

-yox. Səhv anladın. Elə demək istəməyirdim mən. – pərt olmuş halda Günaya baxır.

-dərs çıxışı deyirəm birlikdə bir yerə gedək. Sən nə deyirsən? – sabit araya girərərk mövzunu dəyişir.

-yaxşı fikirləşmisən. Bəs hara gedək?

– onuda siz seçin.- Murad dedi.

– o zaman sinemaya gedək. – Günay tez cavab verir.

–   mənə də uyar. – Nigar Günayın sözünü təsdiqləyir.

– qorxduğum başımaa gəldi. Yüz faiz romantik bir film istəyəcəklər. – Sabit deyindi.

– yox, gedib müharibə kinosu izləyək? – Sabitə cavabı Nigar verir.

– yaxşı, belə edək, nə romantik izləyək nə də aksionlu. Normal bir kino taparıq. – son təklifi Murad verir.

Muradlın təklifi ilə məcbur hamı razılaşmalı olur.

Dərs çıxışı kinoya baxmaq üçün sinemaya gedirlər. Çatan kimi afişalar-dan filmlərə nəzərat edirlər. Aralarında fikir ayrıcılığı yaranır. Muradın gözü bir filmə irişir. “SON PƏRDƏ” . kinoda onu çəkən nə isə vardı. Uşaqları yanına çağıraraq filmə baxmağı təklif edir. Olar hələ bir film bəyənməmişdilər deyə “SON PƏRDƏ” yə razı olurlar. Biletləri alaraq yerlərində əyləşib filmin başlamasın gözləyirlər.

Bu Muradla Nigarın ilk  filmi idi. Qadınlar əksərən belə şeylərə önəm verirlər. Onlarla keçirilən zamanın dəyərli və fərqli olmalarını istəyirlər. Fərqlənmək qızların ən önəm verdikləri xüsusiyyətdi.

Filimdə bir akytorun başına gələn macəralardan bəhs olunurdu. Karyerasınında yüksəldiyi zamanda başına gələn bir qəza ilə bütün həyatı sönür. Maşın qəzası sonunda ayaqlarından məhrum olur. Tamaşadan uzaqlaşması ona böyük təsir edir. Səhnədən ayrıldığına görə gəliridə bitdiyindən ailəsi onu tərk edir. Həyat yoldaşı yalnız buraxaraq çıxıb gedir, dostları yavaş –yavaş uzaqlaşmağa başlayır. Başına gələnlərə baxmayaraq həyata tutulan aktyor sonunda dözməyib intihar etmək qərarın gəlir. Özündən sonra sadəcə bir məktub buraxır. Məktubun adını isə “SON PƏRDƏ” qoyur. Kinonun adı da buradan götürülüb. Kino gedərkən hamının kinoya  necədə hipnoz olmuş kimi seyr etməsi senaristin bacarığın göstərirdi. Kino həyatdan götürülmüşdü böyük ehtimal. Murad belə bir hadisənin kiminsə tərəfindən təsəvvür olunmasına inanmayırdı. Bu filmə mütləq “Oskar” mükafatı verilməli idi.

Kino bitərkən kimisi şokdan ayılmamış, kimisidə özünü tuta bilməyib gözləri dolmuşdu.

Ömrümdə belə film izləməmişdim. – Günayın kinonun şokundan ayılmadğı aydınca başa düşülürdü – şanssızlıq id, sadəcə oğlanın başına gələnlər… Nə etmək olar ki, bəzən istəmədən belə öz həyatımızı sona çatdıra bilirik. Adicə bir səhv belə geri qalan ömrünü küləyə verər. – Sabit soyuqqanlılığını qoruyurdu. Amma onunda kinonun xoşuna gəldiyi görünürdü. Niyə kino belə bitir? – axı sonluğun pis olması gərəkmirdi. Sonda yeni bir həyata başlayada bilərdi. – murad filmə öz etirazın bildirir. Onun fikrincə, həyatda heç zaman ŞƏR XEYİRƏ qalib gələ bilməzdi. Həmişə XEYİR qazanmalı idi. Allah varsa buna izin verməməliydi. Muradın isə allah, tanrı barəsində ki, düşüncəsi qətiləşməmişdi. Görmədiyi bir varlığa inanmaq istəməyirdi lakin dünyanın yaradıcısız formalaşmasına da inana bilməyirdi. Kinodu sadəcə, kinolar baxılmalı nümunəvidisə də ondan dərs götürülməsi üçündü. Bütün kinolar kiminsə təxəyyülü vasitəsi ilə yazılan senarinin bəhrəsidi. – Sabitin bu sözləri biraz duyğusun itirmiş caninin düşüncəsinə oxşayırdı. Sənin bu qədər qəddar, qəlbsiz olduğunu bilməzdim. – Günay Sabitin sözlərindən təəccüblənmişdi.- burax heç olmasa kinonun həyəcanın yaşayaqda.

Günayın son sözündən sonra ortam biraz genəlsə də hələ də kino Muradın düşüncəsində idi.

Yaxşı buraxın kino söhbətini. Həyatımızda elə şeyin olması mümkün deyil. Kino idi, baxdıq və saat yarımdan sonra bitdi. Yuxu kimi düşünək. – Nigar Muradın qoluna girərək- sizi bilmirım amma mən acdım. Bəlkə nəsə yeyək sonra kinonu müzakirə edərik.

Nigarın təklifi hamıda aclıq yaratdı. Təklifi qəbul edərək çölə çıxırlar. Yaxınlıqda ki, restoranların birində əyləşirlər.

DÖRD AY SONRA…

Muradın dörd ay ərzində həyatında baş heç bir dəyişiklik baş vermir. Nigarla olan münasibətləri ilk gün ki, kimi davam eləyir. Bu ara müddətində Sabit Günaydan artıq ayrılmışdı. Sabitin ayrılandan sonra ən azı biraz üzülməsin gözləyən Murad, heç bir dəyişikin baş verməsdiyin görürdü. Sevgi, məhəbbət deyildə sadəcə zaman keçirtmək idi Sabitin istəyi. Bunu da rahatca bacarırdı.

Hələ yeni il günü Muradla Nigar üçün tamamilə fərqli keçmişdi. Muradın atası oğlu üçün həm universitetə girdiyinə görə həmdə yeni il hədiyyəsi olaraq maşın hədiyyə eləmişdi. Maşını aldığı günün sabahısı- yeni il günü atasının hədiyyəsini Nigara göstərdi. Yeni aldığı maşınla şəhəri ələk- vələk edirlər. Gəzəndən sonra da restoranda yemək yeyirlər. Hədiyyəsi bunula bitmir Muradın. Bundan əlavə sevimli Nigarı üçündə baş hərflərindən ibarət olan boyunbağı hədiyyə edir. Muradın başqa planıda var idi. o , hansısa rayona getmək yeni ili bir keçirtmək istəyirdi. Problem isə Nigarın valideynləri olur. Getmələrin izn verməyirlər. Gənclərdə məcbur belə plan qurmalı olurlar.

Aylar keçir, Murad birazda yaxınlaşır. Bacısı ilə olan tanlşlığı irəli ki, zamanda birazda irəlləyir. Artıq Nigarın ailəsindən Muradı tanıyanların sayı artmışdı. Bu əlbətdə Muradda sevindirirdi. Onun üçün bu  yaxşı əlamət idi. Yəni, Nigarın onunla bir gələcək qurma isə gerçək idi. Muradın əsasda istədiyi bu idi. Qızla sadəcə könül əyləndirib sonra onu atmağı oda bacarardı. Bunu edərək isə bir şey qazanmayacağında bilirdi sadəcə. Nigarda onun istədiyi kimi birisi idi. Onu xoşbəxt edəcəyinə, onunla bir ömür sürəcəyinə inanırdı. Muradla Nigarın şəhərsdə gəzdiyi günlərdən bir günü Nigarın nəsə təlaşlandığın hiss elədi. əlini anidən çəkərək ciddiləşdi. Murad əvvəl niyə belə etdiyin anlamasa da sonra qarşıdan gələn iyirmi beş yaşlarında hündürboy oğlanın bulara baxaraq gəldiyin görəndə anladı ki, bu Nigarın qohumlarındandı.

Salam, necəsən Nigar? – başı ilə salamlaşaraq əlini Murada uzatdı. Murada diqqətlə baxandan sonra Muradlada salamlaşdı.

Muradda əslində tanımadığı qohumun dava çıxartacağın düşünsə də o tam əksi normal qarşılayaraq gülümsədi.

Yaxşıyam Cəfər. Sən necəsən? Bizdə gəzirdik, universitetdən dostumdu. – Nigar Cəfərin üzünə baxmadan Muradı təqdim elədi.

Mənimdə universitetdən dostlarım kaş bu qədər mehriban olaydı. Heç biri əlimdən tutmayıb hələ. – Cəfərin bu sözlərindən hər ikisi gizlətməli bir şeyləri olmadığın  anlamışdılar.

Sakit olun. Sizə heçnə edən deyiləm.

Biraz rahatladıqdan sonra irəliləməyə başladılar. Yol boyu Cəfərin baxışı hər ikisində təlaş yaratmışdı. Cəfər isə sakit  və təmkinlə suallarını verir, söhbətini edirdi. Muradla danışmasından yaxşı insan olduğun hiss edirdi. Biraz gəzdikdən sonra Cəfər, işim var deyərək gənclərdən ayrıldı. Üstlərindən yük atılmış kimi rahatladılar. Başlarına gələnləri yadlarına düşdükcə hər ikisni gülmək tuturdu. Havanın sakit olmasına baxmayaq Nigar üşüdüyünü evə getmək istədiyi deyir.

***

Muradın bu gün ad günü idi. Günayın ona hədiyyəsi olacağın bilirdi. ən çoxda onun hədiyyəsi onu maraqlandırırdı. Körpə uşaqın atasının yolunu gözləməsi kimi sevgilsinin ona alacağı hədiyyəni  gözləyrdi. Evdəkilər bir gün əvvəldən hazrılıq edirdilər. Yenə sevmədiyi qohumları, yaltaq ailə dostları gələrək mənasızca aldıqlaları, ya da evlərində köhnələn nəyisə Murada hədiyyə edəcəkdilər.

Istirahət günü olduğundan dərsə gedilməmişdi. Günay bildirməməsi üçün axşam da tez sağollaşaraq yatmağa getmişdi. Murad anlamışdı olacaqları. Baxdığı o qədər serial, filmlər sayəsində artıq nə isə gizlətmək mümkün deyildi. Sabahısı gün isə günortaya yaxın zəng edərək görüşmək istədiyini deyir. Həmişə görüşdükləri kafedə görüşməklə sağollaşırlar. Murad sevgilisin gözlətməmək həm də tez gedib yer tutmaq üçün yarım saat tez gedir. Özü üçün hələlik bir stəkan sifariş verərək gəlib – gedənləri seyr edir. Beynində yenə qəribə bir sual canlanmışdı. NİYƏ AD GÜNLƏRİNDƏ ÜZÜLMƏK YERİNƏ SEVİNİRLƏR? İNSAN Kİ, CAVANLAŞMIR, QOCALIR. ÖLÜMƏ BİR ADDIMDA YAXINLAŞIR.  Buna görə dəyərdimi ad günü qeyd etmək? – dünyadan ümidlərin üzübdə o biri dünya xəyalı ilə tez gedəcəklərnimi qeyd edirdilər?

Ancaq bu gün bunların heç biri vecinə deyildi. Onunla bir ömür sürəcək gözəli ilə bir qeyd edəcəkdilər. Fərqi yox idi qocalmaq, ölmək. O yanında olandan sonra dünyaya meydan oxuya bilərdi. – xəbəri belə olmadan daldığı xəyaldan Günayın anidən ona toxunması ayıltdı.

Kimə baxırsan belə? – stolu çəkərək əynində ki, nazik pəncəyi çıxartaraq stolun başna asdı. Stolda özünə yer edəndən sonra Muradın gözlərinin içinə baxdı. Kimə baxacam? – sadəcə fikrə dalmışdım.

Günay ayağa duraraq sumkasından bağlama çıxartaraq Murada yaxınlaşıb onu öpərək yanına qoydu. – ad günün mübarək. Birlikdə keçirəcəyimiz çoxlu ad günləri olsun.

Sağol əzizim. Səni çox sevirəm. – Murad bağlamanı açmaq istəsə də Günay qoymadı. Evdə açmasın istədi.

əl edərək ofsiantı çağıraraq yemək sifariş verdilər. Yemək gələnə qədər heç birindən tək kəlmə də səs çıxmadı. Sanki hər ikisini düşündürən önəmli  bir məsələ var idi. Günay dözməyərək başladı:

Sən əvvəl niyə memar olmaq istəyirdin? – necə oldu da bu yönə maraq yarandı? Uşaqlıq həvəsi idi. Və hələ də qalıb. Ya da qalmış idi. Bitti deyəsən. – uşaqlığdan nə isə yaratmaq, düzəltmək həvəsində olmuşam. Dənizə gedəndə belə çimmək yerinə qum ilə nə ev düzəltmək, onlara fiqur verməki sevirdim. Evdə də oyuncaqlarım ancaq ya evlər olardı ki, onları düzəldə bilim ya da fərqli pazzle lar. Məktəbə getdiyim illərdə isə dərslərdə dünyanın möhtəşəm tikintilərni görəndə mənə təəccüblü gəlirdi. Böyüdükcə isə onlara marağım daha da artırdı. Günün bu günü də Misir piramidaları haqqında araşdırmalar aparıram. Necə olurda min ilər əvvəl düzəldilə bilən bu piramida indiki zamanda hansı ki, texnologiya o dövrə görə min dəfə artıb və həmin piramidadan düzəldə bilməyirlər. Mən də oxuyub memar olub guya piramidanın düzəldilməsin öyrənəcəkdim və mən də tikəcəkdim.- üzündə ki, təssüfkü açıq halda biruzə olunurdu. Yaxşı canım, bəlkə heç memar olmağına ehtiyac yoxdu. Belə də öyrənə bilərsən. Mənə də bir ara maraqlı gəlmişdi piramidalar. Araşdırma aparanda isə onun sirrlərinin tapıldığı və gizlədildiyin oxumuşdum. Bəlkə nə zamansa səndə öyrənərsən. Nə bilim. Ümidimi üzmüşəm. Bəlkə də beləsi xeyirli imiş. əgər memar olsa idim səni görməyəcək idim. Səni tanımayaq idim.HƏR ŞƏRDƏ BİR XEYİR VAR DEDİKLƏRİ DÜZDÜ. Məncədə, mövzunu dəyişək yaxşısı.

Başları yemək yeməyə qarışmışdı. Nə bayaq ki,söhbət nə də ad günü yadlarına düşmürdü.

Bəs universitet bitəndən sonra nə edəcəksən? – günayın anidən verdiyi bu sual Muradı yerində saxladı. Necə yəni sonra nə edəcəm? Yəni oxuyub qurtaranadan sonra nə işləyəcəksən?

Yəqin atamın onun haqqında da planları vardır. Həyatıma qarışıb qarışdığı qədər. Bunu da onun öhtəsinə buraxacam. Ancaq və vəkillik və də hakimlik etmək istəmirəm. Kiminsə həyatınla oynamaq, onu azadlıqdam məhrum eləmək istəmirəm.

Cinayətkar belə olsa da? Bəli. Cinayətkar belə olsa. Terorist belə olsa. Bunu edə bilmərəm.

Yeməkdən sonra çay təklififinə günayın razı olmaması üzündən ofisiantı çağıraraq hesabı ödəyib məkanı tərk etdilər.

Dəniz sahilinə düşərək ilk öpüşdükləri yerə gəldilər. – bura yadındadı? – Murad əlindən tutduğu sevgilsini qarşısına çəkərək dedi.

Hə yadımdadı. Sevgimizin başladığı yer. Ilk öpüşdüyümüz yer. Günlərin getməsini heç sevmirəm. Kaş, hər şey ilk gün ki, kimi olardı.

Günay yaxınlaşıb Muradı dodağından öpərək- səni öpməyimi istəyirsənsə bunun üçün keçmişə getməyimizə ehtiyac yoxdu. Sən istədiyin zaman mən səni öpərəm – dedi.

Murad gözləməyirdi əslində bunu. Ancaq belə anladığına sevinmişdi. Nə qədər sevgilisi olsa belə yenə də üz alıb bu mövzulardan söhbət etməyə çəkinirdi.

Günay bu gün nə isə qəribə idi. Özünündə bilmədiyi bir hisslər keçiridi. Arada bir Murada axşamacan boş – boş nə edəcəyik deyirdi. Sanki, nə isə etmək istəyir və bunu Murada deyə bilməyirdi ya da bunun Muradın deməsin istəyirdi. Murad isə anlamamışdı. Nə istədiyi soruışanda isə boş ver, heç bir şey deyə cavablar alırdı.

Bir saat boş – boşuna gəzdikdən sonra isə Günay getmək istədiyini deyir. Murad əvvəlcə tabe olsa da sonra evdəki qonaqlığı xatırlayaraq Günaya hara gedəcəyimizi tapdım deyəndə Günay donub qalmışdı. Hara deyə sual verəndə isə – bizə deyə cavab onu yerindən tərpədə bilmədi.

Evdə qonaqlıq verirlər, hamı orda olacacaq. Sənində orada olmağını istəyirəm. Axı məni tanımayırlar. Anidən getmək ayıb olmaz? Tanımayırlarsa, tanış olarlarda. Söz istəmirəm mənlə gedəcəksən. Heç olmasa evə gedib paltarmı dəyişərdim. Bu geyimdə getmək istəmirəm. – əynində qara şalvar, mavi köynəklə üstününə də qara pəncək atmışdı. Sən hər halınla gözəlsən həyatım. Narahat olma. Səni bəyənməmə ehtimalları belə yoxdu.

Maşını artıq işə salmış evlərinə doğru irəlləyirdi. Bol boyu sumkasından çıxartdığı boyalarla üzünü düzəldir, saçlarını düzəldirdi. Muradın arada gözucu Günaya nəzər yetirib gülümsəməsindən başqa yol boyu heç bir hadisə olmadı.

Maşın həyətə girdiyi zaman isə həyətdəki maşınlardan qonaqların gəldiyi məlum olunurdu.

Qapını döyərək hər ikisi yan – yana qapını açılmasını gözləyirlər.

Qapını Muradın anası Cəmilə xanım açır. Muradın yanında ki, qızı görərək gülümsəyir. Heç bir söz demədən xoş gəldiniz deyib içəri buyurur. Anası önə keçərək qonaq otağına buyurun edərkən hər kəs təəccüblə Muradın yanında gələn qıza nəzər yetirir. Günay bütün diqqətlərin üzəeində olduğun görərək həyəcanlanaraq Murada tərəf çönür. Muradı da həmin vəziyyətdə görərək nə etməli olduğun və nə deyəcəyin düşünür.

Cəmilə xanım Günaya yer göstərək oturmağıını istəyir.

Yeməyəcən heç kim danışmayır. Hər kəsin diqqəti hələ də Günayda idi. əslində olacaqlardan xəbərsiz vəziyyətdə Günayı gətirməsi bütün planları puç eləmişdi. Ailəsinin əsas məqsədi Muradı ailə dostlarının qızı ilə tanış etmək və aralarını qurmaq idi. Bəxtsizlikdən qızda gəlmiş və Muradın yanında ki, qızı görərək xəyal qırıqlığı yaşamışdı. Anası Muradı deyəndə əvvəl tərəddüd etsə də sonra razılaşmışdı. Gördüklərindən sonra isə peşmanlıq hissləri keçirdi.

Stolu hazırladıqdan sonra Cəmilə xanım hər kəsi stol ətrafına dəvət edir.

Murad olanlardan xəbərsiz idi. Hamının donub qalmasını oların da həyəcanlı olmağı ilə əlaqələndirirdi. Stolda hamı kefsiz idi, sadəcə heç kim bildirmək istəməyir olanları bildirməmək üçün ara da söhbət edir, qızla maraqlanırdılar. Axşama yaxın isə Murad maşını ilə Günayı evlərinə ötürür.

***

Havanın gözəl keçdiyi zamanlardan idi. Günəş insanları büyüləmişdi. Heç kim yox deyə bilməyirdi. Sanki büyüləyib çölə çıxartaraq qarşısında acizcəsinə qarşılarında əyilməsini istəyirdi.  Təbiət necə də güclü dü. Öz idarəsinə qalanda  qarşısında heç bir əngəl dura bilməz. Insanlar isə təbiətdən də güclüdü. Bütün dünyadan güclüdü. Qarşısında da heç kimin, heç nəyin dura bilməsinə də dözə bilməyir. Onu əzmək və gücünü göstərmək istəyir.

Parkın sahilində  tək oturmaq insanlara rahatlıq bəxş edir. Insan tanrı tərəfindən cüt göndərilsə də yalnızlıq insanların vaz keçilməzidi.

Muradın bu gün kefi yüksək idi. Bunun səbəbin havadan görürdü. Ancaq bu anı yalnız yaşamaq istəyirdi. Yanında heç kimin hətta sevgilisin belə görmək istəməyirdi. Oturduğu skameka taxtadan olduğundan yerni rahatlaya bilməmişdi. Buna baxmayaraq o düşünə bilirdi. Çoxdan idi kitab oxumadığından yeni kitab almışdı. əsasən xarici ədəbiyyata üstünlük versə də bu dəfə nə isə yerli ədəbiyyata həm də gənc yazarın kitabın almışdı. Bu kitabı necə aldığı yadına gəlməyirdi, deyəsən, üz qabığı ilə adı onu çəkmişdi. Yazarın haqqında araşdırma aparmamışdı heç, ancaq oxuduğları onda maraq oyadırdı. Tanış olmaq, söhbət etmək istəyirdi. Bəlkə də nə zamansa imza gününə gedərdi. Muradın fikrincə Azərbaycanda yazar olmaq çox çətin idi. Çünki, tənqidçilərin atəşinə tuş olurdular. Onların fikri ilə gedilərsə gərək ya pedaqologiyanı, ya jurnalistikanı bitirəsən ki, sən ən azından hekayələr yazmağa, məqalə yaznağa  ixtiyarın ola. Yaşın artdıqca, tanındıqca sən kitab yaza bilərsən. Yazarkəndə təbiətddən, çiçəklərdən yazmalısan. Murad yazmağı düşünməmişdi heç, özündə də inam yox idi buna qarşı. Həmişə kitab yazanları yüksək şəxsiyyət olaraq görmüşdü. Fərqi yoxdu nə yazdığından, necə yazdığından. Kitab yazan hər kəs güclü idi onun gözündə. Oxuduğu kitabda bunlardan bəhs edirdi. Muradın tapa bilmədiyi suallarla yenə rastlaşması, onda olan həmən dərdin yalnız özündə deyil başqalarında da olduğunu da sübut edirdi. Bu sevindirici hal idi. Onunda yerinə kim isə araşdırır kitab yazır, Muradda kitabı alaraq həmən şeyləri bilmiş olur həm də əziyyət belə çəkmədən.

Kitabda verilən suallarla məntiq əlaqəli cavabları onda birazda beyin qarışığlığına səbəb oldu. Dinin yaranmasın heç bu yandan baxmamışdı. Hansısa insan tapdığı kitablardan məlumat toplayır və bunu kitab halına gətirir birazda öz istəklərini içinə qataraq kitabı ilə dünyanı əlinə alır. Indi ki dövrdə belə şey eləmək üçün həmin kitabın müəllifindən izn almalı, kitabda isə ədəbiyyat siyahısı tutub orda göstərmək lazımdı. Keçmişdə güclü olmaq indikindən asan olub. Sadəcə biraz fərqli düşünmək insanı tarixə salıb. Telefonu kəşf edən, ya elektiriyi kəşf edən bunları biz indi adi gözlə baxsaq da bunlar tarix yazmış insanlardılar. Tarix kitablarında böyük hərflərlə yazılırlar. Indi isə nə isə ixtira etmək sadəcə onu patentləşdirib ondan gəlir götürmək üçün yarayır. Çünki, keçmişdəki kimi fərqlənmək asan məsələ deyil rəqibin çox olur. Bazar qanunu isə fərqli olaraq rəqibi tez olan fərqlərər deyir. Iqtisadçıların bu fikri ilə razılaşmaq Muradın fikri ilə məntiqsizdi.

Kitabın oxuma sürəti tez idi. əgər arada irişib bir sualı düşünməsən kitabı yarım günə yorulmadan bitirmək olardı. Bir saata qırx səhifə oxumuşdu. Kaş bu kitab NOBEL MÜKAFATIN  alardı. Azərbaycanda adını tarixə yaza bilərdi. Öz ədəbiyyat gücünü Nizamidən, Fizulidən çəkib yeni yaradıcılığa üstünlük vermə zamanı gəlmişdi. Nə qədər xəmsə deyərək yaşamaq olar? Nə qədər nağıllarla, sovetin kolxoz sisteminin tərif etdiyi əsərlərlə böyümək olar. Dünyanın milyonlarla kitab satdığı zamanda bizdə isə min tiraj satan insan sevincindən ağlayırdı.

Arada qarşısından gəlib keçənləri müşahidə edirdi.

Kitaba daldığı anda kiminsə ona yaxınlaşdığını gördü. Başnı qaldırdığı zaman orta yaşlı, on beş yaşlarında bir oğlanı gördü. Geyi- mi çox çox pis vəziyyətdə idi, böyük ehtimal səfilləşmiş, küçədə yaşayan birisi idi. –  siqaretin olmaz?

Yox, çəkmirəm. – Muradın cavabı uşağın üzün büzərək ordan ayrılmasına səbəb odlu.

Bu yaşda niyə siqaret çəkirlər axı. Ona niyə icazə verirlər çəksin. Bəs niyə siqaret satırlar az  yaşlılara. Dövlətin qoyduğu sərt cəzalara baxmayaraq yenə də qanunu pozurdular.

Kitab oxumağa davam edən Murad bir saat sonra saatın keçdiyinin fərqinə vardı. Birazda yorulmuşdu. Oturduğu taxta skameka ayağını keyləşdirirdi. Ayağını ayağının üzərinə atması isə adəti idi. Harda olmasından asılı olmayaq belə oturmağı sevirdi. Bu ona rahatlıq verirdi. Ayağını normal vəziyyətə gətirdikdə isə keyləşdiyini hiss elədi. Bir dəqiqəyə özünə gəldikdən sonra isə ayağa duraraq üstünü düzəltdi. Cibindən telefonun çıxardıb gələn mesajlara nəzər yetirdi. Mesajların sayını göreəndə isə məktəbdə ki, bir xatirə yadına düşdü. Tarix dərsində müəllim azıxda ki, alt çənə sümüyünün qadına məxsus olmasını çox danışmaları ilə əlaqələndirmişdi. Deyəsən Nigarda o dəstəyə aid idi. Iyirmi üç mesaj. Salam, necəsən?- haradasan? – niyə cavab vermirsən? – sənləyəm- nə olub, niyə cavab vermirsən?

Mesajlara girərkən Nigarında aktiv olduğun gördü. Heç, işim vardı ona görə yaza bilmirdim – dedi.

nigar əsəbi idi. bir şey olanda xəbər edərlər, maraqdan öldüm deyə mesajlarından əsəbi anlaşılırdı. Yanında olsa bəlkə də qolunu sıxaraq yerindən çıxartardı. Bu əslində yaxşı bir şey idi. Qısqanmaq sevgini göstərirdi. Murad bu vəziyyətdən heçdə peşman deyildi.

***

1 İL SONRA…

Sevginin bir müddətdən sonra söndüyün dedikləri düzdü.

Birisi gün artıq Muradla Nigarın sevgili olmalarının bir ili olacaqdı. Ancaq heç  bir tərəfdə həyəcan hiss olunmayırdı. Sanki, sevgiləri soyumuşdu. Murad bunun fərqində idi. Istəyirdi ki, əvvəl ki, kimi olsunlar. Bir – birlərin görəndə sanki yad kimi davranmaları Muradı narahat edirdi. Axrının yaxşı olmayacağın görürdü. Istəyirdi ki, yenə əvvəlki kimi olsunlar.

Muradın ailəsinin Nigardan  xəbərləri  var  idi.

Restoranda iki nəfərlik yer ayırmışdı Ki, sabah gözəl keçsin. Başına gələcəklərdən xəbərsiz qurduğu planlar və xəyallar isə sadəcə bir neçə saat sürdü.

Qurduğu plana görə sabah  mükəmməl keçməli idi. Mükəmməl gün üçün saatlar keçirdi. Hər şeyin əvvəlki kimi olacağını, yenə həmin bir – birinə bağlı olan Muradla Nigar olacaqdılar.

Evdə uzanıb zamanın keçməsini gözləyirdi. əvvəl ki kimi çox danışmayırdılar. Dərsləri bəhanə gətirərək həmişə qaçan Nigardan fərqli olaraq bu gün Murad söhbət etmək istəməyirdi. Bütün diqqətini MÖHTƏŞƏM GÜN adlandırdığı sabah üçün yönəltmişdi.

Axşam vaxtı idi. Saat ona qalmışdı. Murad bütün  işlərini görüb kitab oxuyurdu. Kitaba fasilə edərkən telefonuna mesaj üçün nəzarət edərkən qarşısına Günaydan mesaj gəldiyin gördü.

Günay Nigarın bacısı idi. Bir il ərzində iki- üç dəfə  görüşmüşdülər. Günayda Muradı sevmişdi. Bacısının ömründə ilk dəfə düz iş gördü deyə zarafatını həmişə edərdi.

Muradın ailəsindən fərqli olaraq Nigarın ailəsində Murada qarşı sevgi var idi. Muradın anası bir dəfə ciddi şəkildə iradını bildirsə də, Murad Nigarı qorumuşdu. Seçdikləri qızla evlənməsini, bunu onun yaxşılığı üçün deyirdi. Muradın “ hər işimə qarışdınız, məktəbimə, dostlarıma, hətta gələcəyim olan ixtisasma belə heç olmasa bu ömrü sürəcək qadınıma qarışmayın. Onunla bir ömür siz deyil mən yaşayacam. Həyatıml puç eləməyin. Qarışmayın.” Sözündən sonra bu mövzu bağlanmışdı.

BU MURADIN AİLƏSİ ÜZƏRİNDƏ Kİ, İLK QƏLƏBƏSİ İDİ.

MESAJ…

“salam, Murad. Bəlkə bu mesaj həyatında qırıqlıq yaradacaq. Səni pis günə salacaq. Ancaq, sənin aldatılmana göz yuma bilməzdim.

Deməliyəm…

Nigar səni aldadır…

Deyəsən sizin universitetdə oxuyur. Adl Fuatdı. Bir həftədən çoxdu ki, danışırlar. Sənin xətrinə çox istəyirəm. Pis  olmağını da istəmirəm. Nigar isə sadəcə axmaqdı. Nə qədər desəmdə dediyi ilə getdi. Bu günəcən dözməyimdə bacımın peşman olacağını düşündüyümdən idi.

Nə deyəcəyimi bilməyirəm… düşünüb dərt eləmə. XOŞBƏXT OL…”

Dünya bu qədər gözündə qaralmamışdı. Bir an beyninə qan getmədiyini hesab elədi. Başı gicəlləinrdi. Gecə ilə gündüzün gözündə əhəmiyyəti ölmüşdü. Otağında sanki, atlanıb düşən, başına fırlanan insanları görürdü.

Oturdu. Özünə gəlməsi üçün bir stəkan su süzərək içdi.

Normallaşandan sonra ağlıana gələn ilk sual nə etməli idi. Yazıb soruşmalı idi. Nədə olsa güvənirdi. Onun belə edəcəyinə inanmayırdı.

Gördüyü ilk iş mesajı Nigara atmaq  oldu. Səbirsizliklə inkar etməsin gözləyən Muradı Comolunqadan aşağı buraxdılar. – düz deyir, sənə deyəcəkdim. Sabah görüşəndə hər şeyi deyəcək idim. – mesajı oxuyub anlamaq elə də asan deyildi. Nə də olsa aldatıldığın təsdiqləyən mesaj idi. Üç- dörd dəfə oxumaq lazım  idi. Bəlkə səhv anlayır. Ya kinayə ilə deyir. Ancaq təəssüf  ki hər şey fərqli oldu.

-bu nə deməkdi? – zarafat edirsən?

-xeyr, doğrudu. Aldatmışam..

-bu qədər rahatdı demək? Necə edə bildin? Sevgimiz nə oldu. Birlikdə ölümsüz olacaqdıq. Ayrılmayacaqdıq?!

-oldu. Necə olduğun bilmirəm. Eləməməli olduğumu bilirdim. Ancaq oldu. Elədim.

-bu qədər asandı,yəni? Aldatmamalı idim ancaq elədim nə deməkdi?

-uzatmayaq. Danışmağa nəyinsə qaldığın düşünmürəm.

Nə yazacağın bilməyən Murad sadəcə susdu. Məsləhətləşəcəyi dərdini böləcəyi təkcə Sabit idi. Uzun zamandı xatırlamadığı dostu. Bir zaman  var idi ki, hər günləri bir olardı. Son bir il idi ki, uzaqlaşmışdı. Sabit anlayışlı uşaq idi, dostunu başa düşür pis vəziyyətdə qoymayırdı. Dərslərdə isə birləşəndə azda olsa söhbət edə bilirdillər.

-alo, Sabit hardasan?- səsi çıxmayırdı. Güclə sözü ağzından çıxarırdı.

– nə olub? – səsin niyə uzaqdan gəlir?

-çox pisəm. Danışmaq istəyirəm. Nigar….- sözünü bitirə bilmirdi.

-de görüm nə olub axı. Nigara bir şey olub. Qəza?…

-yox. Ayrıldıq. Daha doğrusu aldatdı. – Muradın qəribə xasiyəti var idi. əsəbləşərkən repliklər eləməyi sevirdi. Bu onda sakitlik yaradırdı.

-necə yəni? Kimlə? – dəqiq bilirsən? Gördün ya elə hiss edirsən. Boş yerə ortalığı vəl- vələyə vermə.- Sabit Muradı sakitləşdirmək və olanları anlamaq istəyirdi.

-özü etiraf elədi. Lənətə gəlsin ki, bunu özündən eşitdim. – səsi getdikcə artmaqda idi. Özündən çıxırdı.

– sakit ol. Kimlə? Universitetdəndi?

-FUAT…

-bizim universitetdə oxuyan?

-həə…

-nə deyim? – ona gününü göstərərik.başa salarıq kimlə oynadığın.

– nə edəcəm mən? Özümü axmaq yerində hiss edirəm. Mən onun üçün o qədər şey etmişkən onun mənə etdiyini anlaya bilmirəm.

-sakit ol sən. Sabah ətraflı danışıq. Indi işim var, sizə gələ bilməyəcəm.

-işində ol. Danışası halım  yoxdu onsuz.

-yaxşı. Sən yaxşı ol. Danışarıq.

Səhərəcən sadəcə düşünmədən tavana baxa- baxa keçirdi. Gecədə elə uzanıb qalıb. Üstünü anası örtmüşdü. Səhər tezdən özü qalxmışdı.  Yemək belə yemədən özünü universitetdə tapdı. Nə danışacaq, nə deyəcəkdi axı? Sözünü artıq demişdi. Sabiti gözləyirdi. Onunla danışmaq rahatlıq verərcəkdi. Dərsləri bir olmasına baxmayaraq, hələ də ortalıqda yox idi. Heç nigarla fuatda görünməyirdilər. Dərsdən sonra Sabitin Fuatı döydüyü buna görə də rəhbərlik tərəfindən tutulduğunu öyrəndi. Murada görə etdiyi fədakarlıq üzündən başının ağrımasın  istəməyrdi.  Sabitin universitetdə əlaqəsidə olmadığından töhmət alması qaçılmaz idi. Murad isə dostunun etdiyi fədakarlıq qarşısında az daolsa borcunu yerinə yetirərək atasından işə qarışmasını xahiş elədi.

Universitetdə hər şey yoluna girdikdən sonra, Murad Nigarı yol  üs

tü saxlaya bildi. Muradı görən kimi səmtini dəyişmək istəsədə, qa-    çaraq Nigara çatdı.

-niyə? Bunu haqq edəcək nə etmişdim sənə?

-heçnə. Sən mənim kimisin heç zaman haqq eləməmisən. Bəlkə  dədə belə olması daha yaxşı oldu. Mənim necə biri olduğumu anladın.

– nə?! Elədiklərin sadəcə özünü göstərmək üçün idi? Necə bir qadın olduğunu mənə göstərməyin üçün idi?

–hə, Murad. Mən pisəm. Səni aldatdım. Etməməliydim. Ancaq etdim. Peşman olsamda bunu etdim. Səni aldatdım. – qışqıraraq Muradın gözlərinə baxırdı.

Murad isə sadəcə əsəbindən əsirdi.

– elə bu? -elədiyinin bir səbəbi var, ya yox?

-səbəbi? -sənin çox saf olmağın. Məndən istifadə etməməyin. Məni sağ sevgi ilə sevməyin. Düzdü, buna sevinməliydim. Ancaq, mənə bu lazım deyil. Mən əxlaqsızam. Sənin sağ sevgində yeri olmayan biriyəm.

-sənə nəyin lazım olduğun çox gözəl anladım. Sənə mən deyil, başqa şey lazım imiş. Sənə sevgi deyil, yataq lazım imiş. Sənə toxunarkən belə sənə xətər yetirərm, üzərəm deyə dərd edərkən sənin dərdin sən demə bundan da artığında imiş.

-anladığına sevindim.-keçişdirərək, getmək üçün irəllədi.

-heç olmasa məndən ala bilmədiklərini Fuatdan ala bilirsən? -sözləri demək istəməsə də, bunu haqq etdiyin düşünərək Nigarın arxasıyca səslənd.

Arxasına çevrilib sadəcə Muradı süzdü. Heç bir söz belə demədən getdi.

Artıq hər şeyi yol boyu düşünmüşdü. Anasının dediyi qız ilə evlənəcəkdi. Universiteti qurtarar-qurtarmaz evlənəcəkdi. Dünyaya, sevgiyə inamı ölmüşdü.

Düşündüyü isə qızların bu düşüncəsi idi. Qadınları anlamaq mümkün olamdığın zarafatyana olduğun düşünsədə indi qəti idi. Bəs, qadınlar pullu, yaraşığlı oğlanlardan xoşları gələrdi. Onunda lazımı dərəcədə pulu, yaraşığı var idi. Əksik nə idi axı?

Pula görə sevməkdənsə sevməsin deyərdi həmişə,Murad. Qadın ərinin yanında olan, ackən ac, toxkən tox olanıdı. Murad əlbətdə Nigarıda pis saxlamayacaqdı. Ev isə ev, maşınsa maşın. Atasının hörmətinə güvənirdi. Həmdə özünündə bacarığı, ağlı, gücü onun indidən yaxşı yaşayışını bəlirləmişdi.

Köhnə dostlar, köhnə məkan. Uzun müddətdən sonra axır ki, yenə qovuşdular.

-hələ üzgünsən? Bəsdidə, onun üzündən görə bilməyirdim. Həmdə üzüldə bax ki, kimin üçün üzülürsən.

-necə yəni? -üzülməyin kimisidə olur ki?

-üzülməyini belə haqqetməlidi. Yoxsa, səni bu vəziyyətdə buraxıb öz kefi üçün gedənin arxasından üzülmək sənə yaraşmır.

-yaxşı. Üzülüb eləmirəm. – önündə unutduğu çaydan içərkən soyuduğunu hiss eləyib çayı yerinə qoydu.

-Murad, həyatını kimdənsə asılı eləmə. Oyuna bir nəfərlik seç ki, istədiyin zaman tərk edə, istədiyin zaman saxlaya biləsən. Demirəm ki, tək yaşa, yalnız qal. Xeyr, sadəcə, öz dünyavın şahıda özün ol. Kimsə getsə üzülməki onun yerinə kimi qoyacam. Getdi sağ-salamat. Dünya ondan əvvəldə var idi ondan sonrada var olacaq. Anladında yəqin nə demək istədiyimi.

– başa düşürəm. Düzəlirəm. Artıq düşünməməyə çalışıram. Anamın dediyi qızlada evlənəcəm. Bəlkədə beləsi xeyirlidi.

-dostum mənim, bir kişi milyonu milyard edə bilər. Qadın isə  həyatına girərək hər şeyi normallaşdırar. Milyardı yenə milyon edər. Tələsmə yəni. Məncədə ailənin təklif elədiyi qızla evlən. Ancaq araşdıraq sonra. Universiteti ilə falan. Evlənməyədə tələsmə. Təhsilin bitsin, işmizi quraq sonra.- əlini Muradın belinə qoyaraq verdiyi təsəllilərin xeyri olduğun görürdü.

– Hər şeyə görə sağol.

-nə üçün?

-mənim dostum olduğun üçün ilk öncə.

Muradın Sabitə olan sevgisi daha da artmışdı. Qardaşı olsa bəlkə belə dərd aça bilməzdi ona. Ancaq Sabit həm dinləməyi bacarır, həm də yaxşı məsləhət verə bilirdi. Əsl vəkil olacaq insan. Sabit isə alınarsa prokror  olmaq istəyirdi.

DÜNYA BİR CÜMLƏDİ. NÖQTƏSİNİ İSƏ QOYMAĞI UNUDUBLAR. DÜNYA BİR SUALDI, CAVABI İSƏ”NƏ” DİR.

Müəlliminin dediyi sözləri xatırladıqca onda həqiqətləri görürdü. Bəlkə də həqiqəti onda görmək istəyirdi. Filaloqların adi bir şeirdə dünyaları  göstərmələri kimi, ya da adicə bir dini sözdü fəlsəfəyə çevirdikləri kimi ola bilərdi.

Evə gedib anası ilə danışanda anasının ilk təssüratı gülümsəmək oldu. İstədiyi qızlada evlənəcəyin eşidəndə tələsməməsini, qız qaçmır, əsəblə qərar verib sonra fikrindən dönərsə onları pis vəziyyətdə qoyacağın başa saldı.

Dörd il sonra…

Günlər necədə tez gəlib keçirdi. Bir ömrün keçməsi stəkandan tökülən suyun yerə çatması kimidi. Birdə baxarsan sənində suyunu yerlərə töküblər. Dörd il ərzində hər gün bir çuxura bir stəkan su töksən orda göl əmələ gətirmək mümkün  olardı.

Mənasız həyat sürməyə nə var ki. Günləri siqaret kimi bir- birinə calamağa nə var.

Bu gün. Bu gün həyatında növbəti mərhələyə atlamasına start veriləcək. Məzun olacaq bu gün. Hər tələbənin arzusudu ki, çəkdiyi dörd illik əziyyətin sonunda məzun olub öz işinə, özünün quracağı həyata atılsın. Murad ilk universitetə gəldiyi günü xatırlayırdı. Yenə yanında ayrılmaz dostu Sabit var idi. Yenə də o, qalıb. Düzdü, çox insan tanıdı.. Çox yerə getdi. Sadəcə heç kim ona -salam, necəsən? Mən yaxşıyam sən necəsəndən? – yaxın olmadılar.

Məzun gününə  toplaşan tələbələr onların ailələri, dostları, sevdikləri deyir gülür əylənirdilər. Unutmuş  olsa da Nigarla son dəfə görüşməyə məcbur oldu.

-nə olub, son dəfə də olsa sağollaşmayacaqsan?

– mən biləni çoxdan sağollaşmışdıq.

– eşitdim evlənəcəksən.

– başqasının işinə ancaq o istərsə qarışa bilərsən. -Murad kinayə ilə dilləndi.

-dərslər bitib.

-həyat davam edir. Həyatında kim olduğundan asılı olmayaraq davam edir.

– həə. Deməli hələdə yaraların sağalmayıb.

– dərin yara imiş yəqin.

– bəs, bizli günlərin qayıtmasın necə istəyərdin?

– mən çox qayıtdım. Sən yox idin.

– mənimlə qayıtmağı  necə istəyərdin?

– nə demək istəyirsən?

– anladın məncə. Bağışla məni. Səni itirdiyimə peşmanam. Yenə bir olmaq istəyirəm.

– heçnə yoxda, mənim üzümə yenidən baxa biləcəksən? –  hər dəfə heçnə olmamış kimi gəlib mənə sevdiyini deyə biləcəksən?

– unutsaq?!

– hansı birini. Sənin mənə etdiyin xəyanətimi, ya sevginə etdiyin xəyanəti, ya da sevgimizə etdiyin xəyanəti?

– bilirəm asan deyil. Ancaq çox peşmanam.

Nigarın hər sözündə Murad birazda əsəbləşir, əli əsirdi. Havanın isti olması da bir tərəfdən Muradın nəfəs almasını çətinləşdirirdi.

– məncə bəsdi. Gedə bilərsən.

– son sözüm budu?

– son sözü ilıər öncə sən demişdin.

– mən yenidən başlamaq üçün gəımişdim. Yeni həyat qurmağa, yenidən başlamağa.

– bağışla. İstəyini məhkəmə qəbul etmədi.

Muradın son sözündən sonra Nigar heçnə olmamış kimi arxasına belə baxmadan uzaqlaşdı.

Verdiyi qərarın düzgünlüyün anlamışdı.

Günün qonağı gəlirdi. Anasının yanında gördüyü qız uzaqdan salam verərək gülümsədi. Bu gələcəkdə həyat quracağı qız Məleykə idi. Uzun saçları  günəşin parıltısında işıq saçırdı.

Məleykə bir yetmiş boylu, uzun saçlı, düz qamətli bir qız idi. Həmən gündə topuqlu ayaqqabısı ilə, boynu açıq paltar və dizindən biraz yuxarı olan yubkası ilə daha da gözəlıəşmişdi. Dördüncü kursun ortasında nişanları taxılmışdı. Əsgərlikdən dönəndən sonrada toyları olacaq idi.

-bax, gör kimi gətirmişəm. -anası  Muradı qucaqlayaraq yanağından öpdü.

Məleykə ilə salamlaşaraq üzünə gülümsədi sadəcə.

-xoş gəlmisiniz. -Məleykəyə baxaraq dilləndi.

– uşaqları falan bilmirəm. Çıxışda evə gedirik. Birlikdə qeyd edəcəyik. Sənə nələr hazırlamışıq bir bilsən. Məleykə öz əlləri ilə sənə plov bişirib ki, gəl görəsən.

– yox getməyəcəm. Birazdan bitəcək onsuz. Parti sabah olacaq, restoran danışmışıq.

– mən gedirəm. Özünüz gələrsiz. Xəstəxanaya dəyəcəm hələ.- Cəmilə xanım sağollaşaraq yanlarındam ayrıldı.

– nə danışacağın bilməyərək sadəcə Məleykənin üzünə baxırdı. Məleykənin Nigardan fərqləndirən cəhəti nə idi. -Məleykə Nigardan daha hündür idi. Əslində daha gözəl idi. Sakit idi. Bu fikir ona gülməlidə gəlsə tərbiyəli, əxlaqlı idi. Mədəni ailə tərbiyəsi görmüşdü. Yerni bilən idi. Və onun yanında idi. Bunu güclə etmirdi. Güclə olsaydı, etiraz edə, əvvəldən yox deyərdi.

Bir saat yarım olardı ki, tədbir sona çatdı. Sabitdə Məleykə ilə birlikdə Muradın maşınına minərək evə getdilər. Murad çox desədə Sabit onlarla gəlmədi.

Evə çatanda isə hər kəs onları gözləyirdi artıq. Süfrə qurulmuş, yeməklər düzülmüşdü. Süfrədə ilk sözü atası Akif bəy dedi. Oğulunun universiteti bitirməsi üçün təbrik edir onun haqqında qurduğu planlardan söz açdı. Məleykənin atasıda təbriklərə qoşuldu. Muradla Məleykənin şərəfinə sonda şampan açdılar. Evdə toy hazırlığları görülürdü. Muradın əsgərliyə getməsi və qayıtması bir il çəkəcəkdi. Qayıdan kimidə adlara layiq bir toy olacaq idi. Evlilərin ilk ili bir yaşadığdan sonra öz evlərinə köçməsi planlaşdırılırdı. Murad üçün tikilməsi planlaşdırılan evdə başa çatmaq üzrə idi.

Universiteti problemsiz başa vuran Muradın əsgərlik üçün yolu görülür. Çağırışın vaxtı gəlib çatmışdı. Yola salmağa Muradla anası, atası və Məleykəsi gəlmişdi. Danışmağa çox vaxt tapmasalarda Məleykənin gözləri dolmuşdu. Yola düşərkən isə boynuna atılaraq ağlamağa başladı. Son sözləri isə – yenə gözləyəcə m səni, unutma məni. Zəng elə. Səni çox seviirəm.- oldu.

Bir illik əsgərlik normal əsgər üçün sıxıcı, qorxulu gəlsə də Akifin oğlu üçün bu heçnə idi. Getdiyindən bir neçə ay sonra rütbədə qazanaraq rahatlaşmışdı. Artıq digər siravi əsgərlərdən fərqlənirdi. Rejimi yox olmağa başlamışdı. İstədiyini edirdi. Bunu atasının sayəsində etdiyində anlayırdı.

Bir dəfəsində birləşib onu təkləsələrdə sonra komandirin xəbəri olandan sonra hamsını cəzalandırmaq istəsə də Murad əngəl olmuşdu. Bu hərəkəti dostları tərəfindəndə xoş qarşılanaraq artıq onu ataşotuna yaşayan biri deyildə, kişi kimi rəfdar edirdilər.

Əsgərliyin ona öyrətdiyi tək şeyin səhər tezdən anasının “A BALA QALX, GÜNORTA OLDU. DUR YEMƏKİNİ YE” deməsi ilə deyildə, ƏSGƏR QALX əmri ilə oyanması oldu. Arada o, məcburi girdiyi universitetini, Sabiti özləyirdi. Qrup yoldaşlarını. Son zamanda Fidanla yaman dostlaşmışdılar. Fidan şən, deyib- gülən, zarafatcıl birisi idi. Anası  tanınmış jurnalist idi. Fidanla həmişə din üstündə mübahisələr etsədə yenə də bu dostluq daxilində olardı. Sonda kim qazanarsa qazansın inciklik olmazdı.

Bir il ərzində ailəsi iki dəfə gəlmişdi yanına. Ancaq Məleykəni gətirməmişdilər. altı ayında isə evə ziyarətə gedəndə isə Məleykə ilə bir dəfə şəhərə çıxmışlar. Muradın zəng edərkən alo sözünü belə demədən – salam Murad, gəlmisən? – haradasan? – demişdi.

Görüşərkən belə çəkinmədən Muradın boynunu qucaqlayaq ağlamışdı. Murad o, an nə qədər axmaq olduğunu anlamışdı. Uzaqlarda axtardığının burnunun dibində olduğunu yeni görmüşdü. Onun Muradı necə sevdiyini, necə bağlı olduğunu görürdü.

Sevgi. Çoxumuzun sadəcə gözəlliyinə heyran olarkən sandığımız şey. Sevgi bu idimi? Yoxsa sevgi yalnız xarici gözəlliyinə tabe olmaq deyildə, onun qəlbini görüb orada özünə yuva qurub orada yaşamaq idi. Sevgi bağlılıqdı. Sevgi güvəndi. Çaxan şimşəyin qorxusundan anasına sığınan körpənin anasına olan güvəni. Bəs sevginin ardı? -evlilikmi? – Evlilik verilən tərif kimi bir dövlətdi. Referendum yolu ilə bağlanan bir dövlət. Hər insan evlənə bilər. Hər insan isə evliliyi sürdürə bilməz. Hər insan, ailəliyəm deyə bilər, hər insan isə mənim ailəm var deyə bilməz.

Kişiyə necə tərif verək? – xanımının üzünü güldürməyi bacaran, işdən evə gələrkən ona xoş gəldin dedirtən, yalnız pula ehtiyacı olanda deyil həmişə xanımını özünə çəkən insana kişi deyilir.

Qadın üçün ərinə kölə kimi deyil, HƏYAT YOLDAŞI kimi yaxınlaşan, onu xoşbəxt edə bilən və gözəl yemək bişirən insan. Kişini xoşbəxt edən tiyodu- yemək.

Məleykə isə güvənəcəyi kişini görmüşdü. Ona güvənir, özünü ona rahatlığla tapşıra bilərdi.

Altı ay sonra artıq onlar sadəcə nişanlı deyil evli olacaqlardı. Bəlkə də bir -iki ilə övladları olardı. Muradın qız uşaqlarından xoşu gələrdi. Qız uşaqlarını daha şirin, əyləncəli görərdi. Oğlan olsa idi, onunla necə davranacağını dəqiq bilməyirdi. Atası kimimi olmalı  idi ya dost kimi?

Vaxt yetişir, artıq dönməliydi. Yenə ayrılıq yenə həsrət. Əvvəlkindən fərqli olaraq isə öyrəşmiş kimiydi. Evə döndüyünə ilk iki günündən sonra qayıtmağa can atırdı. Evə gələn qonaqlar, özləroni yerə- göyə sığdırmayan ailə dostlarını heç sevməmişdi. Əllərindən qaçmağa can atırdı.

Dönərkən yola salmağa gələn Məleykə gəlməmişdi. Atası onu tək buraxmaq istəməsə də Muradın israrı ilə tək qayıtdı. Əsgərlik artıq ona sıxıcı  gəlməyirdi. Əsgərlik dostları, komandirləri onu sevir, onu sıxmayırdı. Hətta əylənirdi də. Universitetdən isə əsgərliyi üstün tuturdu. Qadınlardan uzaq olmaq ona rahatlıq verirdi. Qadınların dünyaya sadəcə kişilərə cəhənnəmlə cənnətin sübutun göstərmək üçün gəldiyin düşünürdü.

Bir ilin sonuna az qalmış atasının ona göndərdiyi pul ilə dostlarına qonaqlıq verdi. Hamısı ilə əlaqə saxlayacağını, əsgərlikdən sonra da bir olacaqlarına dair sözləşmiıdilər.

Hər kim olursa olsun ana öz övladından ayrı qalmağa dözməz. Əsgəlikin bitməsi üçün günləri Muradla yanaşı  anası sayırdı.. Geri dönərkən isə oğluna sarılıb ağlaması Muradıda kövrəltmişdi. O da dözməyib anası ilə ağlamışdı. Əsgərlik boyu ən çox düşündüyü isə Məleykə idi. Onu xatırlayar,  analiz edər, dəyərləndirərdi. Nigarda elədiyi səhvi Məleykədə etmək istəməyirdi. Nə də olsa sonra dönə bilməyə bilərdi. Ailə qurmağın asan olduğun ancaq onu saxlamağın nə qədər çətin olduğun anlamışdı. Ailəsidə toyun uzadılması tərəfdarı deyildi. Payıza toy üçün ən gözəl zaman olduğun düşünürdülər.

Toya hazırlıq işləri görülür, dəvət olunacaq xüsusi qonaqların siyahısı hazırlanır, toyun olacağı məkan, iştirakçılar, aparıcılar müəyyən olunurdu. Hazırlıq üçün Muradda Məleykə də öz idealarını, istəklərini söyləyir təşkildə iştirak edirdilər. Toyun mükəmməl, həm də maraqlı olmasını istəyirdilər.

Payızın gözəlliyi, hər tərəfi al-əlvan rəngə bürüməzi toya başqa bir yaraşıq gətirmişdi. Bəxtlərindən yağışda yağmamışdı. Toyun həyəcanı  bəylə gəlindən çox hər kəsi bürümüşdü. Akif bəy isə öz ağırlığını burada da göstərir, gəzərək nəzarət edirdi. Toyun ən böyük yükün Muradın xalası oğlu Məmməd çəkdi. Sabir işlərdə iştirak etmək istəsədə ailədən birinin olmasını düzgün gördü. Sabir Murada kömək edir, onun yanından ayrılmayırdı.

Toyun mükəmməl keçməsi üçün hər iş  görülmüşdü. Qonaqlar əvvəlcədən müəyyən olunmuş yerlər üzrə yerləşdirilir, dəvətlilərə xidmət etmək üçündə ofisiantlara nəzarət olunurdu. Murad ilə Məleykənin istəyi ilə toyları birləşdirib bir dəfə etmələri Akif bəy tərəfindən narazıçılığla qarşılansa da toy ərəfəsində söhbət yaratmaq istəmədi. Onun istədiyi şan-şöhrətini qız evinə göstərmək idi. Yəni, bizim toyumuza bu nazir, bu tanınmış şəxs gəlib. Toyumuzu filan məşhur aparıcı yönəldib, filan müğənni gəlib. Ailə dostu olmalarına baxmayaraq gücünü göstərmək istəyirdi.

Toy gecə yarsına kimi davam edir, bir-birindən gözəl yerli və xarici mahnılarla hər kəs əylənir ortadan çıxmayırdı. Muradın oynamağı sevmədiyi üçün sadəcə iki dəfə qalxması ilə də bitdi,

Toy bitir.

Hamı dağılışır.

Muradla Məleykə isə paltarları dəyişərək əvvəlcədən tutulmuş otelə gedirlər. Bir – birindən çəkinən iki insan üçün biraz ağır gecə olsa da, dünya evinə girməyi bacarırlar.

İLLƏR İNSAN HƏYATINDA DƏYİŞİKLİK ETMƏYƏ QADİRDİ. İLLƏR DOSTLARIMIZI, ƏTRAFIMIZI, DÜŞÜNCƏMİZİ DƏYİŞƏR.

Məleykə uşaqları olandan sonra dəyişmişdi. Artıq onu tanımaq mümkün olmayırdı. Bəlkədə, uşaqın işlərin görməkdən yorulmuşdu və əsəbləri pozulmuşdu ya da əsl MƏLEYKƏNİ ortaya çıxartmışdı. Uşaq üçün köməkçi istəyini rəddetməsidə qəribə qarşılanmışdı. Yorulursansa buraxda sənə kömək edəcək bir qadın tutaq, həm sənə həm uşağa yardım etsin deyilsə də, o israrla uşağına özüm baxacam deyirdi. Dünyaya gətirmiş olduğu ilk gündən qızı İradəyə bağlanmış və ətrafındakı hər kəsi ondan uzaq tuturdu. Qorxurdu ki, qızına nə isə edər, yerə salar, xətər yetirərdilər. Muradın belə qızı ilə zaman keçirtməsində belə sanki qızını ondan daha çox istəyirmiş kimi gəlir onu  alıb bir daha verməyəcəyin düşünürdü. Psixolojisinin pozulduğun anlamışdı artıq. Özünü idarəetməyə səhv etməməyə çalışırdı. İradə isə günü – gündən böyüyür, gözəl qız olurdu. Gəzməyə, danışmağa başlamışdı. İlk evləndikləri illərdə Muradın ailəsi ilə bir yaşasalarda, uşaq olandan sonra artıq öz evlərinə köçmüşdülər.

Muradın axşam evə gəlib Məleykə ilə salamlaşıb yemək üçün stola əyləşmələrindən və stol ətrafında gedən günlük söhbətdən əlavə evdə söhbət getməzdi. Yeməkdən sonra Meleykə çay süzər, Muradda TV qarşısında İradəni oynadaraq zaman keçirtməsindən ibarət olardı.

Həftəsonlarında ya işsonraları  ataevlərinə gedər biraz oturardılar.

Adətən qonaqları  olmazdı. Səbəbi isə Muradın qohumlardan və dostlardan uzaq qaçması idi. Xoşlamazdı kiminləsə oturub uzun uzadı söhbət etsin. Kişilərin söhbətində söhbət fırlanıb ya siyasətə, ya dollar məzənnəsinə, ölkə çaxmaşması, dünya hadisələri falan durur. Muradında bu söhbətləri etməsi heç xoşuna gəlməzdi. Ona gülməli gələrdi. Dünya siyasətçilərinin belə illərlə baş yorduğu problemləri bunlar on dəqiqədə müzakirəyə yatırar, həll edərdilər. Atasının dostu olan Abdulla əslən əfqan idi. Əfqanıstanın acı günlərini görmüşdü. Murad digərlərindən fərqli olaraq Abdulla ilə söhbət etməyi sevərdi. O, əfqan faciələrindən, talibanın törətdiyi qətliamlardan danışardı. Bakıya köçməkinə səbəb olaraqda talibanı göstərərdi.

Günlərin necə keçdiyini isə İradədən sonra fərqinə varmayırdılar. Günlər keçir artıq onun böyüdüyünün fərqinə varmışdı. Məleykə ilə isə münasibətinə nə ad qoymalı olduğunu bilməyirdi. Oxuduğu bir kitabda məhəbbət üç il yaşayır deyirdi. Deyəsən düz idi. Artıq aralarında ki, münasibət hörmət və bir – birlərinə dözümlülük idi.

2 il sonra…

İNSANLAR MİN GÜNDƏ YÜKSƏLƏR BİR GÜNDƏ İSƏ YOX OLARLAR.

Düzgün və yerində deyilmiş bir sözdü. Ömrü boyu çalışıb vuruşub var-dövlət yığan şəxslər, milyonlara sahib olan insanlar bir gün küləyin sərt əsməsi ilə  əlində olan bütün varları küləklə bərabər gedər. Külək bəzən təkcə maddi ilə də kifayətlənməz, həyatınıda aparmağa çalışar. Əslində küləyin əsməsi bir baxımdan insanların əsl üzünüdə ortaya çıxarır. Sənə verdikləri dəyəri, sevgisini görmüş olarsan.

Akif bəyin ölümündən bir il keçirdi. Ürəyində yaranan ağrıların qarşısını əvvəl dərmanla almağa çalışsada, necə deyərlər Süleymana qalmayan dünya sənə də qalmaz mƏsəli oldu. Bu fikirlə Murad razılaşmasa da, elə olmuşdu. Ölümsüzlükün var olduğuna inanırdı. İnsan istəyərsə əgər buna sahib oıa bilərdi.

Atasının ölümündən sonra işlərin hamısıvMurada qalmışdı. Üstünə düşən ağırlığın fərqinə yavaş-yavaş varırdı. Böyük bir aiıəyə rəhbərlik etməli, onu qoruyub saxlamalı idi. İradədən sonra daha bir övladı  olan Muradın uşaqları ilə çoxda zaman keçirə bilməməsi onu məyus edirdi. Qorxurdu ki, o da atası  kimi başını işlərə qatar uşaqlarından uzaq durar. Gələcəkdə isə övladları ona düşmən gözü ilə baxmasını istəməyirdi. Çünki, bu hissi artıq bir dəfə yaşamışdı.

Atasının təzyiqi ilə yönəldiyi hüquq sahəsi atasının ölümü ilə də bitmişdi. Atasından qalan və özünün yığdığı pul ilə özünə qurduğu biznesi ilə məşğul olurdu. Zaman keçdikcə isə atasına oxşadığının fərqinə varırdı. Əngəl olmaq istəsə də nədənsə cəhdləri alınmayırdı. Uşaqlarının ondan uzaqlaşdığını, Məleykənin belə ona gülmədiyini görürdü. Aldığı gül dəstələrinin, xoş sözlərin belə xeyrini görə bilməyirdi. Güclə evləndirilə bilərlər, ancaq sonralar bir-birilərinə bağlanmışdılar. Məleykə hər dəfə Murad işdən gələndə gözləri parıldayırdı. İndi isə sanki, günəşi sönmüşdü.

Dostlarının məşuqələri ilə zaman keçirtdiyin görəndə isə lap dəliyə dönürdü. Bunu həyat yoldaşlarına necə edə bilərdilər?! Xanımın səni evdə gözləsin sən isə pulun ilə tutduğun qadının qoynunda əylən. Bu Murada iyrənc gəlirdi. Hər gün birinin qoynuna girən qadını qucaqlaya öpə bilməzdi. Məleykə ilə araları  yaxşı olmasa da yenə də ona xəyanət edə bilməzdi.

***

Həyatın mənası nı  gərək itirəndən sonra anlayasan. Dünyanın qədrini dünyasız qalanda bilərsən. Bunun kimi sözləri çox demək olar. Ancaq nə fayda. Gedən getmişdi. Artıq ona yalnız bir stol, bir stul, bir vərəq -qələm və ip qalmışdı. Oturacaq, yazacaq və ipə doğru gedəcək. Səbəbi isə çox sadə idi. Məleykə dözmədi. Muradın bu solğunlu, ailəsi ilə maraqlanmaması və ya elə anlatması Məleykəni bezdirmiş və çıxıb getmişdi. Bir daha dönməyəcəyini və uşaqlarını göstərməyəcəyinidə demişdi.

Artıq dünyanın onun üçün heç bir marağı qalmamışdı. Ölüm tək çarə idi. Bəlkə də uşaqları onu pis tanıyacaq ona nifrət edəcəkdilər. Olsun. Görməyəcəkdi o anları. Görərək nifrət etmələrindənsə görməməsi daha yaxşıdı. Atasına nifrət edirdi. Həyatını o bu günə salmışdı. Ancaq ən çoxda özünə nifrət edirdi. Atasına boyun əydiyinə görə.

Əzizlərim…

Söhbəti çox uzatmaq istəməyirəm. Nə də sizi yormaq.. Sizi yorduğum qədər yormuşam. Sizi sonuncu dəfə narahat edirəm. İnanın nə yazacağımı bilməyirəm. Qələmi əlimə alanacan sözlərim çox idi. İndi isə heçnə yaza bilməyirəm. Tələsirəm. Məni gözləyən var. Boynunu büküb məni gözləyir. Mənə azadlıqı verəcəyini deyir. Marağında olduğum tanrını mənə göstərəcəyini, cənnəti -cəhənnəmi sübut edəcəyini deyir.

Məleykə əzizim… Etiraf etmək istəyirəm. Səninlə əvvəl evlənmək istəməyirdim. Atamın gücü ilə razı olmuşdum. Ancaq sonra atamdan ilk dəfə xeyir gördüyümü hiss elədim. İlk dəfə işimə qarışması mənə xeyir verdi. Dünyanın ən gözəl, ən mehriban xanımı ilə evlədim. Hələ də peşman deyiləm. Sənin getməyinədə haqq verirəm. Mən də olsam dözməzdim. Dözülməz biriyəm. Həyatımı idarə edən birinin olmaması mənə əzab verir. Öyrəşmişəm atamın əmrlərinə. O gedən kimi məndə qaldım ortalığda. Sənə təşəkkür edirəm. Mənə bu zamana qədər dözməyin özü belə möcüzədi. Mənə verdiyin övladlara görə isə ayrı təşəkkür edirəm. Yaşam səbəbimi uzatdı onlar. Böyüyəndə bu məktubu onlara da oxudarsan.

Canlarım. Sizinlə belə vidalaşmaq istəməzdim. Nə etmək olar. Sizi çox sevirəm. Yanınızda olmasam belə.

Qurtaraq bəlkə. Qısa oldu nə edək. Getməliyəm. Sizi çox sevirəm. Bunu unutmayın.

 

Sevgilərlə, sizi həmişə sevəcək şəxs…

***

Harda qalmışdıq. Yenə başa gedirik. Stola çıxmışdı, aha, ipi hazır eləmişdi, bu da hazır. Geriyə sadəcə son addım qalırdı. Hansı ki, onunla da böyük olmayan bir roman bitəcəkdi. Hansı ki, özü başlamadığı roman. Ölümünü əvvəldən bəlirləyən roman.

Ölümü belə düşünməmişdi. Qocalacaqdı. Məleykə, uşaqlar yanında,bəlkə də nəvələri olacaq idi. Yatağının başına toplaşıb ağlayacaqdılar. Murad isə öksürərrək nə isə deyəcək və bir saniyə içərisində çıxıb gedəcək idi. İndi isə ölümünü yalnız bir nəfər bilir. O, da Sabit. Murad gözləyirdi ki, Sabit gələcək dil tökəcək. O stola çıxdığı an gəlməli idi. Təsadüflər belə olurdu həmişə. Yox, o yalnız öləcəkdi. Tək. Bir başına.

Kimsə gəlməyəcək idi. Gözləməyin xeyri yox idi. Bəlkə də Məleykə gəlsə fikrindən dönərdi. Bilsə gələrdimi? Ya nəyimə gərək deyib keçərdi. Artıq önəmi yox idi. Tək gedəcək idi.

Son saniyələri saymağa başlamaq zamanı idi. Əcəl təri indidən bürümüşdü. Canının şirin olduğu fərqinə varırdı. Ancaq yox, dönmək olmazdı. Başla. Beş, dörd, üç, iki…

DURRR. Qapı idi açılan? Yox, xəyal eşidib. Bir.

– dayan Murad. -bu səs tanış idi. Gözünü açaraq qapıya tərəf boylandı. Bəli, bu Məleykə idi. Yanında da canları. Bəs hardan xəbər tutmuşdular.

Qaça-qaça gələn Sabiti görəndə hər şeyi anladı.

-bunu bizə eləmə. Düş aşağı. Hər şey gözəl olacaq. Heç yerə getməyəcəm. Yeni həyata başlayarıq. Sən mən, biz. -Məleykənin gözlərindən axan sanki yaş deyil Muradın çəkdikləri idi. Uşaqları necə də ona baxırdı. Onların gözü önündə ölmək istəməyirdi.

-söz verirsən? -yenidən başlayacıq, hə?

-söz verirəm. Səni çox sevirəm. Uşaqlarda həmçinin. Bizi buraxıb getmə.

Stol necədə yerə bərkimişdi. Tərpənmək bilməyirdi. Əli ilə ipi yavaşca boynundan çıxartaraq yenə endi.

-Bir an sandım ki heç gəlməyəcəksiz. – Məleykəni və övladların qucaqladı.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Səməd Şıxı
Haqqında
"ATILAN BİR DAŞ" kitabının müəllifi
Əlaqə
E-mail:
semed15@hotmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Tərəfdaşlar
Facebook
0.0488 saniye