Səməd Şıxı - V Fəsil (Beşinci fəsil)
Səməd Şıxı tərəfindən "Hekayə" bolməsinə 13:22 10 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Təbriz yuxudan dik atılaraq ayıldı. Yuxuda yenə Nahidəni görmüşdü. Nahidənin ölümündən artıq iki ilə yaxın idi ki, keçirdi. Lakin, Təbriz hələ də ölümünü qəbullanmağa çətinlik çəkirdi.

Anası Fatimə xanım otağa daxil olaraq – qalxmısan? Dur hazırlaş, işə gecikəcəksən –deyir.

-      Qalıram, yaxşı.

Təbriz yerindən qalxaraq paltarların geyinərək mətbəxə keçdi.

-      Şəfiqə qalxıb? – Təbriz əyləşərək dedi.

-      Qalxıb, yeməyinidə yeyib. Çantasın hazırlamağa getdi.

Təbriz anasının süzdüyü çaydan içməyə başladı.

-      Yazıq uşaq necə yaşadığında bilmir. – Fatimə ağzında mızıldandı.

-      Nə olub ki, qıza?

-      Bundan artıq nə olacaq? Tək başıma gücüm çatmır. Qoca – yaşlı adamam.

-      Nə edim? Yenə söhbəti evlənməyə gətirəcəksən, yoxsa?

-      Oğul, bəlkə yalan deyirəm? Nahidə iki ildi ki, ölüb. Yas tutdun bu müddətdə heçnə demədim. Artıq bəsdi. Cavan adamsan, yeddi yaşında qızın var. Məktəbə getməyə başlayıb. Yaşı böyükdə deyil ki, öz –özünə baxsın, ona bir ana lazımdı. Uşaq yaşından ona ciyininə bu yükü qoyma. Qız yoxdusa mən də taparam sən. Sənə də baxar qızına da. – Oğlunun qarşısında oturan Fatimə razı olar ümidi ilə danışırdı.

-      Sən hər şeyi hazırlamısan ki –Təbriz gülərək dedi.

-      Nə deyirsən? Razısan? – Fatimənin üzündə təbəssüm yarandı.

-      əslində biri var. Işlədiyim yerdən, yaxşı da qızdı. Evlənib – boşanıb.

-      Danışmısan?

-      Biraz söhbət eləmişik. Ancaq çox irəli getməmişəm. – Təbriz dedi.

-      Danış, razı olsa məndə danışıb söhbət edərəm. Ailəsi ilə tanış olarıq.

-      Bilmirəm, Nahidədən sonra başqası ilə evlənə biləcəyimi bilmirəm. – Təbriz yazıqca gözlərini anasına zilləmişdi.

    Otağa Şəfiqə daxil olaraq – Mən hazıram – deyə atasını qucaqlayıb, öpür.

-      Məndə hazıram,  getdik o zaman. – deyərək ayaqa qalxdı.

    Təbriz Şəfiqəni maşında otuzdurub, kəmərlə onu oturacağa bərkitdi. Təbriz Şəfiqəni məktəbə qoyduqdan sonra işə getdi.

    Təbrizin işi şəhərin mərkəzindən biraz aralı bir yerdə idi. Hündür mərtəbəli binanın on beşinci mərtəbəsinə qalxaraq özünə məxsus olan otaqda əyləşərək komputeri açaraq işinə başladı.

Otağın qapısı döyülür, gəl səsindən sonra otağa Xədicə daxil oldu.

-      Salam xədicə, buyur.

-      Bu günə imzalanası sənədlər var idi. – sənədləri Təbrizə uzadaraq nəsə sözü olduğun soruşub otaqdan çıxdı.

    Xədicə çıxandan sonra əlində saxladığı sənədləri masanın üzərinə ataraq Xədicə haqqında düşünməyə başladı. Anasına dediyi həmən qadın bu idi. Bir il idi ki, bir şirkətdə işləyirdilər.

    Əvvəllər onunla yaxınlığı çox olmasa da son zamanlar yaxınlıq edirdi. Bir neçə dəfə iş fasiləsində bir yerdə yemək üçün hansısa restorana getmişdilər. özünü ilk zamandan yaxşı tanıtmağı bacarmışdı.

Söhbətlərindən birində Təbriz özünü tuta bilməyib keçmiş ərindən ayrılmasının səbəbin soruşanda ərinin onu sıxması, özünündə evə gecələri gəlməməsi, evlənəndən sonra içməyə qurşanması axırda boşanmaya gətirib çıxartdığın demişdi.

    Sonra niyə evlənmədiyin soruşanda isə, gülümsəyərək qorxduğun və yenidən güvənə biləcəyi birini tapmaması səbəbindən evlənmədiyin demişdi.

    Günorta yeməki zamanı Təbriz ofisdən ayrılıb Şəfiqəni məktəbdən götürərək evə aparıb geri işinə döndü.  Qapıda onu Xədicə ilə qarşılaşır:

-       Hardan gəlirsən?

-      Şəfiqəni məktəbdən götürüb, evə apardım.

-      Qızın idi də, Şəfiqə?

-      Hə. Birinci sinifdə oxuyur. – Təbriz gülümsədi.

-      Çətin olar sənə də. Həm işləmək həm də qızını aparıb – gətirmək. 

-      Biraz yoruluram. Nə eləyim? Anam hər dəfə onu aparıb gətirməyə gücü yoxdu. Qoca qadındı, ayaqları yorulur.

    Birlikdə dəhliz boyu irəlləyərək otaqlarına keçirlər. Təbriz otağına keçib, kreslosuna söykənərək fikrə daldı. Xədicədə onu çəkən bir şey var idi. Nahidədən sonra diqqətini belə çəkən olmamışdı. Baxışında, gülüşündə Nahidəni xatırladırdı.Evlənmək üçün pis qız deyildi, yaxşı olması üçün isə onu tam  tanımalı idi. Köhnə ərindən boşanmasının səbəbin dəqiq olaraq bilmək istəyirdi. Şəfiqə ilə anlaşacaqmı, onunla yaxşı davranacaqmı deyə bilmək istəyirdi. Bir insanı tanımaq üçün onunla bir stəkan çay içməyin bəs etdiyin desələr də bu əslində yalan fikirdi. Bir insanı tanımağa bir ömür belə bəs eləməz. “ Offf, bu suallara bir cavab tapsa idim. Yox tapsam nə dəyişəcək?Nahidədən sonra kiminləsə evlənmək ağırdı.”

    Qapı döyülür. Osistantı qapını döyərək içəri girmək üçün icazə istəyir. Təbriz normal vəziyyət alaraq qəbul elədi. Sənədləri alıb, imzaladıqdan sonra geri qaytardı.

 

***

 

    Təbriz əllərini yuyub otağa keçdi.

- yemək yemisiz? – Təbriz anasından əllərini silməsi üçün dəsmal gözləyirdi.

- Yox, sən gözlədik.  – Fatimə oğluna dəsmalı uzadaraq dedi.

- Məni niyə gözləyirdiz ki? Işim uzadı deyə tez çıxa bilmədim. Şəfiqədə yeməyib?

- Şəfiqə yemədi elə, səni gözləyəcəkni deyərək inadçılıq elədi. Anasına oxşayıb xasiyətində.

- otağındadı?

- Hə. Dedim heç olmasa boş durmasın, sən gələnəcən dərslərin eləyib qurtarsın.

Təbriz Şəfiqənin otağına girib qızına baxdı. Şəfiqə oturub kitabdan nəyisə dəftərinə köçürürdü. Təbrizin otağa girdiyin görəndən sonra atılaraq  atasını qucaqladı. Təbriz qızını qucağına alıb, eşitdim hələ yemək yeməmisən.

- Səni gözləyirdim.

- Yaxşı, gedək yeyək. Ancaq birdə gec gəlsəm gözləmə, yeməyini ye. Yaxşı?

Atasının ciddi üzün görüb öpərək – yaxşı, dedi.

Ata, şəhərə gedək? kinoya baxmaq istəyirəm. – Şəfiqə yemək yeyərək atasına baxdı.

-İndi? – Təbriz dedi.

-Axşam-axşam hara gedirsiz? Oturun evinizdə, açın televizora baxın istədiyiniz filmə.— Fatimə Şəfiqənin yeməsinə kömək edə-edə dedi.

Şəfiqə incimiş halda atasına və nənəsinə baxdı.

-Yaxşı ye gedərik, -- Təbriz qızının üzgün görüb ürəyi dözmədi.

- Mən getmirəm, ata-qız hara istəyirsiz orada gedin – Fatimə dedi.

-Yeməyi ye, yoxsa getməyəcəyik.

 Şəfiqə yeməyi tez-tez yeməyə başladı. Yeməyi qurtarıb atasına boşqabını göstərib qurtardığını işarə elədi.

 Təbriz Şəfiqəyə gedib hazırlaşsın dedi.

- Nə edirdin gecə vaxtı?

- Uşağın qəlbin qirmayacam ki, ildə bir dəfə çölə çıxmaq istəyir.

    Onsuz da üzünü axşamdan axşama görürəm. Beş dəqiqə keçmişdi ki, Şəfiqə əynini dəyişib bel – çantası ilə atasının qarşısında dayandı.

    Təbriz Şəfiqənin əlindən tutaraq həyətə düşdü. Birlikdə, maşına minib, kino teatra getdilər. Kino teatrının yanında maşını saxlayıb düşdülər. Birlikdə tabelanın qarşısında hansı filmi izləsinlər deyə mübahisə edirdilər. Təbriz ətrafa nəzər yetirəndə Xədicənin ona tərəf gəldiyin gördü.

-      Salam, burada nə edirsiz? – Xədicə yaxınlaşaraq Təbrizlə salamlaşıb, əyilib Şəfiqənin yanağından öpdü.

- deməli, məşhur Şəfiqə sənsən? Nə gözəl qızsan sən belə.

Şəfiqə geri çəkilərək atasının arxasnda gizləndi.

-      Ata qız gəzək dedik.

Təbriz Şəfiqənin arxasında gizləndiyin görüb önə çəkərək, Xədicəyə gülümsəyərək, utanır, dedi.

-      Kimləsə gəlmisən? – Təbriz sözünə davam elədi.

-      Yox, heç kimlə. Tək gəzirəm. – başını tərpəzərək gülümsədi.

-      Qonaq ol, o zaman bizə. Bizdə film izləmək istəyirdik.

-      Seçim eləmisiz? – Xədicə filmlərə baxaraq soruşdu.

-      Seçməmişik hələ. – Təbriz bir ara Xədicəyə dalsa da qızının ona baxışı onu fikirdən ayırltdı.

-      O, zaman seçimi Şəfiqə eləsin.

Şəfiqə qaşqabaqlı halda Xədicəni süzürdü.

Xədicə gülərək Təbrizə baxıb – deyəsən, məndən xoşu gəlməyib. – dedi.

-      Tanımadığı adamlar da biraz ağız büzür.

    Birlikdə seçdikləri uşaq filmi üçün Təbriz kassaya yaxınlaşıb bilet alıb yerlərindən əyləşdilər. Film boyu Xədicənin üzündə gülüş tək – tük hallarda görünürdü. Filmdən sonra Təbrizin təklifi ilə bərabər restoranda çay içdilər. çıxışda isə Təbriz maşınla Xədicəni evində düşürdü.

    Evə dönərkən Təbriz Şəfiqəyə - niyə belə elədin? Xədicə səninlə pis davranmadı ki, ona qarşı kobudluq elədin. – dedi.

Şəfiqə atasına baxaraq :

-      Sən ona anama baxdığın kimi baxırdın  -dedi.

Təbriz qızına baxdı. Onun üzündə heç vaxt görmədiyi bir kin var idi. Onu hələ belə görməmişdi. Nəsə deyib, özünə bəraət qazandırmaq istəsə də nə deyəcəyin bilmədi. Yeddi yaşı olan bu qızın yaşından tez böyüdüyün düşünürdü.

Şəfiqə evə çatan kimi nənəsinin üzünədə baxmadan otağına keçib yatağının içinə girdi. Bu gün gördüyü o qadını heç sevməmişdi. Onu itələyən nəsə vardı. Nənəsi əlində süd otağa girərək südü masanın üzərinə qoyub özüdə Şəfiqənin yanında oturdu.

-      Bu gün niyə elə elədin?

-      Sevmədim onu.

-      Niyə? Sənə neylədiki? –Fatimə nəvəsinin üzünə baxırdı.

-      Anama oxşayırdı. Mənə onun kimi baxırdı. - Atamada.

-      Pisdiki? Sənə analıq eləsə, ya səni sevsə pis olar?

-      Başqa ana istəmiəm.

Fatimə südü Şəfiqəyə içirdib, üstünü örtüb otaqdan çıxdı.

Otağa keçərək – qızın onun gözündə nə görübsə onu qaralayıb.

-       Bilmirəm. Ilk görəndən üzünü büzdü. Nə filmdə güldü, nədə restoranda oturanda.

-      Kaş məndə gələrdim.

-      Görərdin deyə? – Təbriz gülümsədi.

-      Hə. Gələcəyin bilsəydim məndə gələrdim. Peşmançılıq çəkirəm desəm yalan olmaz.

-      Məndə bilmirdim. Özü bizi görüb yaxınlaşdı.

 

***

    Təbriz yenə yuxudan kabus görərək ayılır. Yuxusundan yadında qalan, Nahidənin xəstəxanada yatdığı otaqda Şəfiqənin gələrək anamı öldürmə deməsi qalıb.

    Yatarğından qalxaraq hamama girdi. Duşun altında beş dəqiqə tərkənmədən soyuq su açaraq durdu. Hamandan çıxdıqdan sonra yenidən otağına keçərək iş paltarlarını geyinib mətbəxə keçdi. Şəfiqə əyləşib yemək yeyirdi. Şəfiqənin yanında əyləşərək qızını öpüb, sabahınız xeyir dedi. Şəfiqədə başını fırladaraq atasının üzünə baxıb – sabahın xeyir, ata – deyib, gülümsədi.

    Yeməklərini yeyib qurtardıqdan sonra Şəfiqə çantasını hazırlaşıb evdən çıxdılar. Təbriz maşını məktəbin yanında saxlayıb qızını öpərək məktəbə yola saldı. Daha sonra maşına minərək işə doğru boş yolla şütüdü. Radionu açaraq sevimli mahnılarından axtarmağa başladı. Anasınında köhnə musiqiyə bağlı olması onu da qədimi musiqilərə bağlamışdı.

    Təbriz ofisə girib otağına keçmək istəyərkən arxadan kiminsə onu çağırdığın eşidib dayandı. Arxasına çevrildikdə isə qarşısında Xədicəni gördü.

-       Salam, necəsən? –Xədicə gülümsədi.

-      Salam, yaxşıyam. Sən necəsən?

-      Yaxşıyam. Şəfiqənin necə olduğun soruşacaqdım. Hər şey normaldı?

-      Hə. Yaxşıdı. dünən olanlara görə də bir daha üzr istəyirəm. – Təbriz başını qaşıyaraq gülümsədi. Nə üçün üzr istədiyin belə bilməyirdi.

Təbriz otağının qapısın açaraq Xədicəni içəri buyur elədi. Telefonla zəng edərək içmələri üçün çay sifariş elədi.

-      Anasının ölümündən bəri yanımda heç bir qadın görməyib.

-      Qısqanıb?! – başa düşürəm anasından sonra atasının yanında başqasın görmək istəmir.  – Xədicə çəkinərək dedi.

-      Çətindi. Bəzən Nahidənin yoxluğu belə mənə əzab verir. Ancaq, neyləmək olar, həyat istədiyimiz insanların yanımızda olmadığı halda belə davam edir.

-      Başa düşürəm. Sevdiyin insanı itirmək həqqi çətin duyğudu. Yəqin çox sevirdiz bir – birnizi.

-      Sevirdim. Ölüləri sevməzlər. yoxsa səni də öz yanlarına apararlar.

-      Getmək istəməzsən ? – Xədicə biraz kinayə, biraz hüznlə sual verdi.

-      Onu mənə buraxdığı əmanəti var.onu tək buraxıb gedə bilmərəm.

-      Yenidən evlənmək haqqında düşün. Tək yaşamaq həqiqətən çox çətindi.

-      Nə zaman bu haqqda düşünsəm gecəni Nahidə ilə bağlı kabuslar görürəm.

-      Vicdan əzabı?! – Xədicə gülümsəyir.

-      Bilmirəm. Bəlkə də. – Təbrizdə üzündə sadə təbəssüm yaradaraq Xədicəyə cavab verdi. – bəs sən evləmək istəmirsən?

-      Bu yaşdan sonra tələbəlik həyatında ki, kimi kimisə sevmək, onunla zaman keçirib bir – birmizə bağlanmaq, tanımaq, bir – birimizə aid olduğumuzu sübut edəcək qədər vaxtım yoxdu. Ya da elədiyim səhvi birdə təkrarlamaq istəmirəm.

-      Elədiyin səhbi təkrarlamaq insana həmən səhvdən dərs götürmək əvəzinə həyatdan təmiz soyudur.

-      ... – Xədicə susdu.

-      Xədicə! –Təbriz dedi.

Xədicə başını dikəldərək Təbrizin üzünə baxaraq – eşidirəm –dedi.

-      Mənimlə evlənərsən?

Gözləmədiyi təklifdən donub qalan Xədicə nə deyəcəyin bilmədən Təbrizin üzünə baxdı. – necə? Yəni bu evlənmə təklifidi?

-      Hə, özün dedin itirməyə zaman yoxdu.

-      Mən o, mənada deməmişdim.

-      Bilirəm. Məndə təzədən kimisə yenidən sevməyə, onunla uzun – uzadı tanışlıq edib zaman keçirtməyə nə zamanım nə də həvəsim var. – Təbriz həyəcandan ayağının əsdiyinin fərqinə varmışdı.

-      Biraz ani oldu. nə deyəcəyimi bilmədim.

-      Fikirləş, indi deməsəndə olar.

-      Qərar qəbul etmək çətindi. Sən yaxşı insansan. Sadəcə, qorxuram. Məni anlamağını istəyirəm.  –Xədicə danışdıqca səsində qısıldığı anlaşılırdı.

-       Başa düşürəm. Təklifi edənəcən məndə çox düşünmüşəm. – Təbriz başını qaşıyaraq utanğac halda gülümsədi. – bu qərarın düzgün olub – olmadığı haqqda hələ də düşünürəm. Mən özümdən çox Şəfiqəni düşünürəm. Onun, bunu qəbul etməsi, xoş qəbuletməsin istəyirəm.

-      Bu qərar haqqında birdə düşünməliyik. Ikimizdə.

-      Çox zamanımız yoxdu ancaq. – Təbriz gülümsədi daha sonra ciddi forma aldı.

-      Iıı, bir həftəyəş gələn həftənin bazar günü görüşüb sənə qərarmı bildirəcəm. Əgər hələ də istəyirsənsə.

-      Elə deyirsənsə, elə olsun. bazar günü.

Xədicə ayağa qalxaraq, sağollaşıb otaqdan çıxdı. Xədicə otaqdan çıxandan sonra Təbriz nə elədiyi, gözləmədiyi zamanda atdığı atdımı haqqında düşünməyə başladı. Düzmü edirdi? Nəfəsi daralmağa başladı. Otaq sanki üzərinə - üzərinə gəlirdi.

    Axşam evə getməzdən əvvəl marketə girərək yemək üçün bəzi şeylər aldı. Şəfiqə üçün içəcək, atışdırmağa cipsi, şakalad alıb kasaaya yaxınlaşıb hesabı ödədikdən sonra evə getdi.

Qapının açarı özündə var idi, lakin, əli dolu olduğundan zəngə basdı. Qapının arxasından Şəfiqənin səsi eşidildi. Qapını açıb qarşısında atasın görər – görməz gülümsəyib atasın qucaqladı. əlindən paketlərdən birin alaraq içəri keçdi.

    Mətbəxə keçib aldığların anasına uzatdı, əlində saxladığı bir paketi isə Şəfiqəyə uzadaraq – bu da sənin. Yemək yedikdən sonra yeyərsən.

-yemişəm, yeməyimi.

- o, zaman sənindi. Götür, dərs eləyərək ye.

    Paketləri verib, otağına keçib əynini dəyişib hamama girərək əlini yuyub yemək üçün mətbəxə keçdi.

-      Işin necə idi? yorğun görünürsən. – Fatimə oğlunun boşqabına yemək çəkərək ona baxırdı. Yorğun olduğun anlamışdı.

-      Çox elə də işim yox idi.

-      Gözlərin qızarıb.

-      Fikirdən, bütün günü gah komputerə gah da divara eləcə durub baxmışam.

-      Nə fikirləşirdin belə? – Təbrizin qarşısına keçərək onu maraqla süzdü.

-      Xədicəyə evlənmək təklifin elədim.

Oğlunun gözlənilməz atdımından şoka girən Fatimə gözlərinin bərəldərək oğluna baxdı. – dedin? O, nə dedi? razılaşdız?

-      Ana!

-      Yaxşı. Danış görüm necə oldu? nə danışdız?

-      Yeməyimi ver, danışacam. Acmışam.

Fatimə ayağa qalxaraq Təbrizin boşqabına yemək çəkib qabağına qoydu.

-      Hə danış.

-      Nə danışım? Danışdıq biraz, sonra söhbəti fırladıb gətirdim evliliyə. Sonrada açıb dedim.

-       O, nə dedi. onu de.

-      Hələ ki, heçnə. Düşünməliyəm dedi.

 

Hava sərin idi. Təbriz evin balkonuna çıxaraq şəhəri seyr eləyirdi. evlərindən şəhərin mənzərəsi gözəl idi. yoldan keçən maşınlar, yanlarındaki park görünürdü. Belə mənzərəyə saatlarla baxıb, xəyala dalmaq olardı.

    Düşünmək. Insana verilən ən böyük bacarıqdı. Insan düşümərək yaşayır. Ancaq nəyə gərək, insanları ölümədə apara bilər. düşünməyi sevən insan həyatında problemlərdən qurtulmaz. Əvvəlcə, öz problemlərini, sonra qohumlarını, ardıyca dostların, tanışları dərkən bu siyahı artar. Beləliklə, nə problem bitər, nə də düşünmək.

    Dünyaya nə deyə gəlmək yaxşıdı? Bütün gücə sahib olan insan olaraqmı, yoxsa, sadəcə öz həyatını yaşayan bir pişikmi? – yox, ən yaxşısı ağacdı. Çöldə, insan əlindən çox uzaq bir meşəlikdə. Qulağa nə də gözəl səslənir.

 

***

    Yağışlı hava idi. hava aydınlı olsa da yağış öz gücündə yağırdı. Şəhərdə hər kəs yağışdan gizlənə biləcək yer axtarıb altında gizlənirdi. Təbriz maşını diqqətlə sürüb küçə boyu irəllədi. Şirkətinin parkingində saxlayıb maşından düşüb qapıya doğru irəllədi.

    Günorta müdürün xəbərdarlığı ilə hər kəs iclas zalında topaşmışdı. Iclas boyu Təbrizin elədiyi çıxışlar, müdürün edilən çıxışlara münasibət bildirməsi, işçilərin təklifləri dəyərləndikdən sonra müdür tədbirin bitdiyini elan edib otağı tərk elədi.

Çıxışda Təbriz Xədicəyə yaxınlaşaraq

-      Salam, necəsən?- dedi.

-      Yaxşıyam... pis deyiləm...

-      Fikirdəndi yəqin. Dünəndən məni də yorub.

-      Düşünürəm, filan şey olacaq, ardıyca o biri, onun ardıycada bu. Tam bu zaman bir gözlənilməz şey çıxır, fikrimi dağıdır. Təzdən başa gedirəm.

-      Ikinci dəfə yenidən cəht edəndə bu qədər çətinliklə qarşılaşacağımı düşünməzdim. Birinci dəfə bundan asan gəlmişdi. Gülümsəyir.

-      Çünki, onda itirmək qorxusun nədir bilməyirdik. Ya da bilirdik, elə bilirdik ki, evlənməkdi ən çətini. Sonrası yaxşı olacaq, xoşbəxt sonluq. Yaşadıqca isə gördük ki, film hələ başlamayıbmış.

 

***

 

-      Niyə uzadırsan ki?- Hə de getsində. Yaxşı adamdı deyirsən, həm ona qarşı sənində boş olmadığını görürəm. – İradə Xədicəyə dedi.

-      Bilmirəm, İradə. Özün görmüşdün ki, birincidə nə hala düşmüşdüm. – Xədicə qarşılıqlı əyləşdiyi bacısının üzünə baxırdı. İradə onun uşaqlıqdan dostluq elədiyi tək insan idi. indi isə  qarşısında əyləşərək, südlü kofesindən qurtumlar alırdı.

-      Indi nə eləmək fikrindəsən? Nə vaxtacan uzadacaqsan?

-      Bilmirəm. Birinci dəfə sevərək evlənmişdim nə olsun. gəldi içindən başqa adam çıxdı. ikinci dəfə də eyni səhvi eləmək istəmirəm. Ya bu da elə olsa? Birdə ailəmi dağıtsam hər kəs deyəcək ki, günah deməli Xədicədə imiş ki, ayrılır. Heç kəs fikirləşməyəcək ki, bunun bəxti gətirmir.

-      Sən də düz deyrsən. Səhv eləmək, sonra yenə eyni səhvi eləmək hələ ki, qadın üçün. Hələki bu cəmiyyət üçün biraz problemlidir.

-      Düşünmək üçün biraz zaman istədim.düşünəcəm deyə hələ gözlədirəm. Düşünməyə gəldikdə isə düşünə bilmirəm.

-      Sən belə eləm. Ona de ki, ilk öncə biraz bir – birimizi tanıyaq. Baxaq görək bir – birimizə uyum sağlaya bilirik ya yox. Ən azı qısada olsa biraz vaxt keçirin. Həm sən onu tanı həm də o səni tanısın. Qızı var demişdin. Onunla da biraz zaman keçirt, gör onunla necə anlaşırsan?!

-      Yaxşı fikirdir. Sabah deyəcəm. Ancaq, tanışlıq üçün nə eləyim? Necə bir zaman keçirəcik ki? – Xədicə dodağın dişlədi.

-      Onu da mən deyim? – qadınlığını göstər, ilk öncə kafedə oturun yemək yeyin, söhbət edin. Sonraki dəfə qızında anasında gətirsin. Olarla da tanış ol. Evinə çağır, yemək bişir olara. Nə bilim elədə. Sizinkilər necə bilir? - əlində saxladığı kofenin bitdiyin görüb masaya qoyaraq Xədicəyə baxır.

-      Anam bilir. Atama dəqiqləşdirmədən demərəm.

-      Yaxşı eləyirsən. – iradə dedi.

-      Sən nə edirsən? Özündən danış biraz. Öz problemlərimlə başını şişirtidim. Qızın necədir? Onu niyə gətirməmisən? Biraz oynayardım. Darıxmışamş

-      Gətirərəm gələn dəfə. Nənəsigildədi, gəlib apardılar ki, birazda bizdə qalsın biz oynadaq.

-      Şəfiqə gözəl qızdı. Şirindi. Kinli – kinli baxanda belə üzündə şirinlik var idi. özümü sevdirə bilsəm yaxşı dost belə ola bilərik.

-      Təbrizin qızı?

-      Hə. O, dəfə gördüm. Şirin qız idi. məni görən kimi qaçıb atasının dalında gizləndi.

-      Qorxuzmadın ki, qızı? – İradə gülməyə başladı.

-      Yəqin evlənmək istəyəcəyimiz ürəyinə damıb.

-      Uşaqdı hələ o. Onun biraz nazı ilə oynasan birazda şirin sözlər desən yanından ayrılmayacaq.

 

***

 

Xədicə qapını döyərək müdürün otağına daxil olur.

-      Salam, məni çağırmısız?

-      Hə, gəl. Başını qaldıraraq gözündəki eynəyi çıxartdı. – hazırladığın layihəyə baxdım. Pis deyil, sadəcə, elə bil candan sovdu eləmisən. Cümlələrdən nəsə anlamaq mümkün deyil.

-      Bu aralar, biraz yorğunam, ona görə olub. Üzrlü sayın.

-      Götür düzəlt. Səndən  belə layihə götürə bilmərəm. – müdür əlindəki qovluğu Xədicəyə uzadaraq deyir.

Qovluğu müdüründən alan Xədicə, başı ilə təsdiq işərəsi edərək otağı tərk eləyir.

 

***

Təbriz evin qapısın açaraq evə girir. Qapının səsinə Fatimə gəlir.

-      Şəfiqə hardadı? – Təbriz ayaqqabıların çıxartaraq anasından soruşur.

-      Dərs eləyir. Yəqin qapının səsin eşitməyib.

-      ... oxusun...

-      Sən nə elədin? – danışdın?

-      Kiminlə?

-      Xədicəylə. –Fatimə səsinin tonun azaldır.

-      Gözləyirəm, hələ.

-      Çox uzatdı haa, bu da. Sən yaxşısı sabah keç qarşısına danış.

-      Gedib nə deyim? Biraz üzsüzlük olar indi gedib desəm. – gözləyəkdə birazda.

Şəfiqənin otağıının        qapısın yavaş- yavaş aralayaraq onu seyr elədi. Başını aşağı dikmiş dərsi ilə məşğul idi. Qapının açıldığın eşidərək ayağa qalxıb atasını qucaqladı.

-      Nə vaxt gəldin?

-      Indi gəldim. – Təbriz qızını qucağına alaraq saçlarını sığallamağa başladı.

-      Mən qarşılayacaqdım. – Şəfiqə üzünü büzdü.

Təbriz Şəfiqəni öpdü. – yemək yemisən?

-      Ac deyildim. Səni gözləyirdim.

-      Gedək yeyək o zaman?

-      Hə, acdım indi.

-      Acanda məni gözləmə. Nənəyə de yeməyini versin. Mən gələndə də təzədən yeyərsən.

-      O, zamanda gombul olaram. Qarnım çıxar. – qarnını göstərib gülməyə başladı.

Təbrizdə gülərək Şəfiqəni bağrına basıb, otaqdan çıxdı.

Masada əyləşib Fatimənin onlara yemək verməsini gözlədilər.

-      Şəhərə çıxaq? Parka düşərik, ata –qız biraz gəzək.

-      Ikimiz?

-      Istəyirsən nənəndə gəlsin.

-      Nənə gəlsin, başqa heç kim gəlməsin.

-      Yaxşı təkcə biz olacıq.

-      Mən gəlmirəm. Özünüz gəzin. Evdə işlərim var. – Fatimə boşqablara yemək çəkərək dedi.

-      Yaxşı. Ikimiz gedirik, o,zaman. Ancaq ilk öncə yeməyini ye.

-      Yaxşı, yeyirəm. – Şəfiqə boşqabında ki, yeməkləri tez bir zamanda yeməyə başlayır.

Təbriz Şəfiqəyə baxıb xəyala dalır. Gözləri necə də Nahidə kimi par –par parıldayırdı. Nahidəyə günü – gündən daha çox oxşayırdı. Gülüşü, xasiyəti sanki anası idi. Iri gözləri güləndə sanki, işıq saçırdı.

-      Yavaş ye, arxanca qaçan yoxdu. – Fatimə Şəfiqəyə baxaraq gülməyə başladı.

-      Nənən düz deyir. Yavaş ye, tələsmirik.

-      Yolda da heçnə alıb eləməyin. Dükan malların alırsız, kim bilir necə hazırlanır.

-      Ee, nənə.

-      Yaxşı, almarıq. – Təbriz Şəfiqəyə göz vuraraq dedi.

Şəfiqə gülümsəyərək atasına göz vurdu.

Təbriz parka girib əlində aldığı yemək atışdırmaları və şirəni Şəfiqəyə uzadaraq – nənə bilməsin – dedi.

-      Istəyirsənsə get uşaqlarla oyna. – Təbriz parkda oynayan uşaqları göstərərdi.

-      Yox istəmirəm. – Şəfiqə  paketi açaraq yeməyə başladı.

Səsləri belə çıxmadan təxminən üç – dörd dəqiqə oturdular. Şəfiqə atasının aldığı atışdırmalardan yeyir, ətrafda qaçışan uşaqları seyr eləyir, Təbriz isə Şəfiqəni seyr eləyirdi.

-      Soyuq deyil ki? getmək istəyirsən? –Təbtiz Şəfiqənin sakit durduğun görüb soruşdu.

-      Yox, birazda oturaq.

-      Yaxşı. O, zaman biraz söhbət edək? Ata – qız.

-      Hə.

-      Ananı çox istəyirsəndə?

-      Hə. Həmdə çox. – Şəfiqə yeməyi dayandırıb atasına baxdı.

-      Bəs, məni?

-      Səni daha çox istəyirəm.  –gözləri parıldayaraq atasına baxdı.

-      Mənimdə ananı çox istədiyimi bilirsən.

-      Hə

-      Anan özü  də istəmədən bizi buraxıb getməli oldu. sən və mən qaldıq.

-      O, dəfə gördüyüm qadınla evlənmək istədiyimi bilirəm.

-      Hardan bilirsən ki? – Təbriz qızından gözləmədiyi bu cavabda təəccübləndi.

-      Nənəylə danışanda eşitdim. – onu da çox istəyirsən?

-      Hə. – Təbriz nə deyəcəyin bilmədi.

-      Anam qədər?

-      Yox.

-      O, zaman evlənmə.

-      Niyə?

-      Onunla evlənsən həmişə onunla olacaqsan. Mənimlə daha oynamayacaqsan. Uşaq olan kimi dəə...

-      Hardan çıxartırsan bu sözləri? – Təbriz qızının sözün kəsdi. – TV –yə baxıb öyrənirsiz hamısın. –Gülümsəyərək qızını qucaqladı.

-      Məni həmişə istəyəcəksən?

-      əlbətdə, hə. Sən mənim qızımsan, niyə istəməyim? Xədicəylə isə evlənməyimin səbəbi isə həm mən tək yaşamaq istəmirəm, həm də sənin tək böyüməyini istəmirəm. Nənən qocalır, hər an bizimlə olub, bizim işlərmizi görə bilmir. Həm, sən niyə elə deyirsən ki, Xədicə məni səndən niyə alsın ki? O, da səni çox istəyir. O, dəfə ona elədiyinə görə nə qədər pis olmuşdu.

-      Evlənəcəksiz?

-      Hələ biraz bir – birmizi tanıyaq sonra. Səninlə tanış eləmək, ona öyrəşməyini istəyirəm.

-      Yaxşı. – Şəfiqə başını çevirərək ətrafda qaçan uşaqlara baxdı.

 

***

Təbriz iş otağında komputerlə işini görürdü. Qapı döyülür, qapı aralandan sonra Xədicə başını içəri salaraq, olar deyərək içəri keçdi.

-      Salam, imzalayacağın sənədlər var. Oları gətirmişəm. – qovluğu Təbrizə uzadaraq arxaya çəkildi.

-      Işdən sonra boşsan? – sənədlərə imza atıb Xədicəyə qaytardı.

-      Niyə ki?

-      Danışardıq.

-      Yaxşı... çıxışda gözləyəcəm.

Xədicə otaqdan çıxaraq dəhliz boyu irəllədi. Yolda iş yoldaşı Səbinə ilə qarşılaşıb ayaqüstü biraz söhbət elədikdən sonra otağına keçdi.

Çıxışda Təbriz qapının ağzında dayanaraq Xədicənin çıxmasını gözlədi.

-      Çox gözlətdim? –Xədicə yaxınlaşaraq gülümsədi.

-      Yox, məndə təzə gəlmişəm.

-      Gedək?!

Çölə çıxaraq Təbrizin maşınına minib çay içə biləcəkləri bir kafeyə getdilər.

 

-      Hə eşdiriəm. – Xədicə çaydan qurtum alaraq qollarını dirsəkləyib Təbrizin danışmağın gözlədi.

-      Iıı, bildiyin mövzudu. O, haqqda danışmaq, son qərarını öyrənmək istəyirəm.

Xədicə duruxub, dedi  - mən qərarımı verməzdən öncə bir – birimizi yaxınldan tanımaqmızı istəyirəm.

-Əlbətdə, onu məndə deyəcəkdim. Ancaq, ilk öncə sənin bu işdə düşüncəni öyrənmək istəyirdim. Mənimlə sonacan getməyə razısan?

Xədicə Təbrizin üzünə ciddi şəkil alaraq baxdı. daha sonra – gülümsəyərək, Hə dedi.

-Hə? Yəni razısan?

-Hə. – Xədicə gülümsədi.

Təbriz gülümsəyərək çayından qurtum alıb yerinə qoydu.

-Hə, nə edək indi? – Xədicə gülməyə başladı. – bir – birmizi necə tanıyacıq?

-Bizi kənardan görən olsa, gülər. – Təbriz dedi.

-Özümüz haqqında danışaq biraz.

-Yaxşı. Birinci sən başla,o, zaman. Xanımlar öndən.

- Tamam. Hmm, nə soruşum? Məsələn, ailədəndən. anandan və Şəfiqədən danış. Başqa ailədə kim var? Keçmişindən. Nədən xoşun gəlib, nədən gəlmədiyindən.

-Bacım, nədə qardaşım yoxdu. Evin tək övladıyam. Əslində məndən sonra qardaşım olsa da heç bir həftəsi olmadan ölüb. Atam mən evlənməzdən iki il əvvəl ölüb. Nahidə atamı görmüşdü. Evdə təkcə anamla yaşayırıq. Adı Fatimədi. Xala, bibi kimi ifadələri sevmir. Müraciət edəcəksənsə, Fatimə xanım de. Şəfiqə. Mənim həyatda tutan tək səbəb. Yeddi yaşı var. Birinci sinifdə oxuyur. O, dəfə gördüyün kimi mənə çox bağlıdı. Anasının ölümündən sonra mənə daha çox bağlanıb. Başqa, nə deyim? Özüm haqqında da deyim. Bəlkə fikir vermisən biraz kompleksli insanam. Hər yerdə rahat olmağı bacarmıram. Duzlu yeməyi sevirəm. – gülərək, ağlıma heçnə gəlmir, deyir.

-Yaxşı, birazda mən danışım. Evin tək uşağı deyiləm. Bacım var, məndən böyük. Evlidi birdə qızı var. Anam Könül, atam Tahirdi. Onlarla bir evdə yaşayıram. Bildiyin kimi bir dəfə evli olmuşam...

-Boşanmağınını səbəbin deyə bilərsən? –sözünü kəsərək onu neçə vaxtdı maraqlandıran sualını verdi.

- Adı Fərid idi. ortaq dostumuz var idi, görüb xoşu gəlmişdi. Sonra dostum aramızı düzəltdi. Biraz yaxınlıq elədik, evlənmək qərarna gəldik. Evlənib ayrı evdə yaşamağa başladıq. Ilk öncə hər şey yaxşı idi. xoşbəxt idik. Bəzi çətin günlərimiz oldu. ancaq həmişə onun yanında oldum. Lakin, axır – axırda mənə qarşı kobudluq edirdi. Sanki, bizim vəziyyətimizin pisləşməsinə səbəbkar mən idim. Hər gün dalaşardıq. Buna baxmayaraq mən yenə dözür, bu çətin günlərin bitəcəyin arzu edirdim. O, isə hey günü – gündən daha da pisə gedirdi. Həyatımız dözümsüzləşmişdi. Sonunda dözmədim, içkisi də var idi, son vaxtlarda. Ayrılmaqda da əsas səbəb bu idi.

-Çətin günlər keçirtmisən.  – Təbriz üzünü büzərək dedi.

-Səndən vaxt istəməyimin səbəbi də buna görə idi ki, fikirləşib yenidən eyni səhvi eləməyim. Özümün hazır olub – olmadığıma qərar vermək istəyirdim.

Təbriz susaraq Xədicəyə baxdı. Nəsə demək istəsə də nə deyəcəyin bilməyirdi. Ən yaxşısı üzgün kimi görünüb susmaq idi deyə düşünüb ortalığı səssizliyə qərq elədi.

 

***

 

Maşını restoranın dayanacağında saxlayıb Şəfiqə üçün qapını açıb düşməsinə kömək elədi. Şəfiqə nənəsi ilə təzə aldığı donunu geyinmişdi. Saçlarını açıb dağıtmışdı. Təbriz qapını açaraq Şəfiqənin içəri keçməsi üçün saxladı. Ata – qız birlikdə addımlayaraq Xədicənin olduğu  masaya yaxınlaşdılar.

-Salam, xoş gəlmisiz.- Xədicə ayağa qalxaraq Təbrizlə salamlaşıb, əyilib Şəfiqənin yanağından öpdü.

-Çox gözlətdik deyəsən –Təbriz Şəfiqəni əyləşdirib özü də Xədicənin qarşısında əyləşdi.

-Yox, məndə beş dəqiqə olar gəlmişəm. – Şəfiqə, necəsən?

-Yaxşı. – başını dikəldərək qarşısında dayanmış qadına tamaşa elədi.

-Fatimə xanım hardadı, o, niyə gəlməyib?

-Biraz xəstədi. Ona görə gələ bilmədi. Sonra görüşərik özümüz dedi.

Xədicə gülümsəyərək başı ilə təsdiq elədi.

Ofisiant yaxınlaşıb onlardan sifarişlərin alaraq geri dönüb getdi.

Xədicə Şəfiqəyə baxaraq ona nə deyəcəyi haqqında düşünməyə başladı. Şəfiqə isə ömründə ilk dəfə qar görən səhra adamı kimi baxırdı.

-Dərslərin necədi? – Xədicə verdiyi sualın mənasız olduğunun fərqinə varsa da özünü pərt eləməyərək davam elədi.

-Yaxşıdı. hərfləri bilir, iyirmiyəcəndə sərbəst saya bilir. Müəllimlə hər dəfə danışanda bir tərifləyir ki, qızımı.

-Afərin. Gözəl olduğu qədərdə ağıllıdı.

Ofisiant sifarişləri gətirərək masada yerləşdirdiyi müddətdə ortalıq səssizliyə qərb oldu.

Təbriz Şəfiqənin boşqabın düzəldərək yeməsinə kömək elədi.

-Bəyəndin yeməyi? – Xədicə Şəfiqəyə baxaraq dedi.

Boşqabındakı xırda tikələrə çəngəlini batıraraq yeməyə çalışan Şəfiqə Xədicəyə baxaraq gülümsəyib, bəli dedi.

-Yeməkdən sonra dondurmaya nə deyirsən?

-Bu fəsildə? - əvvəlcə Xədicəyə sonra isə Şəfiqəyə baxdı. Şəfiqənində istədiyin görüb razılaşmaq qərarna gəldi.

-Yaxşı, ancaq təsəlmədən yeyəcəksən.

-əlbətdə yavaş – yavaş yeyəcəyik – Xədicə Şəfiqəyə göz vuraraq dedi.

dondurmaya sevinən Şəfiqə yeməyinin bitməsi ilə dondurmasının gətirməsini istədi. Təbriz ofisiantı çağırıb hər kəsə dondurma dedi. dondurma yeyərək söhbətlərnə davam elədilər.

dondurmadan sonra hesabı ödəyərək restorandan ayrıldılar. Qapıda Xədicə sağollaşmaq istəyəndə Təbriz maşınla evinə buraxacam deyə israr elədi. Şəfiqəyə çevrilərək, bu saatda tək getməyinə izn vermərik hə, Şəfiqə?

Şəfiqə gülümsəyərək, hə, gəlsin dedi. 

-Şəfiqənin sözünü də yerə salmaram. Yaxşı, gedək.

Xədicənin evinə çatanda maşını saxlayıb yerə düşdülər. Təbriz Şəfiqəyə maşından ayrılmamaasın deyərək maşından düşdü. Xədicədə görüşüb, Şəfiqə ilə sağollaşıb Təbrizin yanına getdi.

-Hər şey üçün sağol. Bu gün çox gözəl keçdi.

-Şəfiqənində xoşuna gəldi görəsən? –Xədicə maşında onları seyr eləyən Şəfiqəyə baxaraq dedi.

-Şəfiqəni görərək deyirəm bu sözləri. Heç kimlə anasından sonra bu qədər yaxın olub, deyib –gülməmişdi.

-Sevdiyinə sevindim. Deməli, anlaşarıq.

-Bu ardının gələcəyi mənasın verir?

-Bu haqqda sonra danışsaq, qız da tək qalıb maşında. Gözlətmə onu.

-Yaxşı –deyərək, Təbriz sağollaşıb maşına geri döndü.

Yol boyu Şəfiqə başını pəncərəyə söykəyərək çölə baxırdı.

-Nəsə deyəcəksən? –sakitçiliyi Təbriz pozdu.

Atasının səsindın ayılaraq atasına baxıb –evlənməkini istəyirəm – dedi.

-Bəyəndin yəni Xədicəni?

-Həmişə belə qalacaqsa hə.

-Yaşından çox tez böyüyürsən.

 

***

BİR AY SONRA...

(Yuxuda)

Təbriz Şəfiqə ilə parkda gəzir. Şəfiqə parkda uşaqlarla bərabər oyun oynayır. Təbriz isə əyləşərək skamekada Şəfiqəni seyr eləyir. Yanında kiminsə oturduğunun fərqinə varır. Fırlanıb onun tərəfə baxanda Nahidəni görür. – mənimlə niyə danışmayırsan? Evlənirəm deyə, edirsən? – dedi.

Nahidə heç bir söz demədən Təbrizə baxaraq gülümsədi.

Yuxudan ayılaraq yatağında durub olanları fikirləşməyə çalışdı.

Yerindən qalxaraq əyinini dəyişib mətbəxə eçid. Anası qabları yumaqla məşğul idi.

Oğlunu qarşısında görən Fatimə - Nə tez qalxmısan? Hələ işə getməyinə çox var.

-Yuxu gördüm. əslində kabus idi.

-Nə görmüsən ki?

-Nahidəni. Parkda Şəfiqə ilə gəzirdik. Gəldi yanımda oturdu.

Fatimə stəkana su süzərək Təbrizə uzatdı.

-Mənə baxaraq güldü. Ondan mənimlə niyə danışmadığın soruşanda isə heçnə deməyərək susurdu. Fikirləşdim ki, yəqin evləndiyimə görə məndən inciyib.

Fatimə gülümsəyərək:

-Incisə idi, gülməzdi. O, da yaxşı insanla evləndiyini görüb sevinir.

-Dəqiq elədi? – görəsən?

-Narahat olma. Nahidə də görür. O, da sənin, Şəfiqənin xoşbəxt olmasın istəyir. Səndə az yor özünü bu suallarla. Bir həftəyə toyundu. Xədicəyə belə görsənmə. Sonra elə bilər ki, evləndiyinə peşman olmusan.

-Yaxşı. – Təbriz Şəfiqənin otağına keçdi. Şirin – şirin yatırdı. Yanına uzanaraq saçların sığallayıb yuxuya getdi.

Işə günorta gedir. Işə getməzdən əvvəl dərziyə gedir.

Ofisə keçdiyində isə saat ikini keçmişdi. Otağına girəndə ardıyca Xədicənin gəldiyin görür.

-Salam, necəsən?

-Yaxşıyam. Sən necəsən?

-Yaxşıyam. Gəldiyini gördüm, yaxınlaşıb niyə gecikdin deyə soruşum dedim.

-Hə, icazə almışdım müdürdən. Bəylik kostyumu üçün getmişdim dərziyə. Ordan gəlirəm.

-Hazırlaşırsan? – Xədicə dedi.

-Hə. Demək olar hər şey hazırdı.  Səndə necə?

-Məndə də hazırdı. Hətta gəlinlik tam hazırdı.

-Görə bilərəm?

-Toydan əvvəl görmək uğursuzluq gətirər deyiblər.

Təbriz gülərək- yaxşı, elə deyirsənsə, elə olsun.

-Gedim bəzi işlərim var oları həll edim. Çıxışda harasa gedəcəksən?

-Evə gedəcəm niyə ki?

-Heç bir gedərdik.

-Gedərik – Təbriz dedi.

 

***

-Həyəcanlısasn? –Vüqar əlini Təbrizin çiyninə vuraraq dedi.

-Nə həyəcanı, səndə... görəndə deyər on səkkiz yaşım var. Oturub həyat stesi yaşayacam. – boyum botda qızm var.

-Danışdırma da məni Fatimə xanımın yanında.

-Sən baxma, bala, ona. Neçə gündü balalayır evdə.

-Ana! – səndə?

-Yaxşı- yaxşı. – Fatimə ayağa qalxıb, gedim yemək qızdırım gətirim yeyin.

-Yox, əziyyət çəkməyin. Ac deyiləm. – Vüqar arxaya çevirlərək ayaqüstündə olan Fatimə xanıma deyir.

-Nə əziyyəti. Biraz çəkim bax dadına. Ye demirəm ki.

Vüqar gülərək başı ilə, tamam deyir.

-Toyu istəmidim. Elə belə nigah kəsəcəkdik öz aramızda bəs idi. Xədicənin anasıgil tutdurdu ki, birinci dəfədə də toy olmadı. Heç olmasa indi kiçikdə olsa olunsun. Anamda dedi ki, kiçik məclis qurarıq. Öz qohum –tanışlarmızı da çağırarıq. Heçnə deyə  bilmədim – anasının getdiyindən sonra Vüqara dedi.

-Səndə nə böyüdürsən ki, böyük toy eləmirsiz ki, kiçik mərasim olacaq.

-Nə bilim qəribə gəlir. Özümü otuzdan sonra sünnət olunmuş kimi hiss edirəm.

-Kostyumu götürmüsən? – Gülməyi dayananandan sonra dedi.

-Bir də o, var. Hələ götürməmişəm. Sabahda falan gedib götürməliyəm.

-Bir gedərik. Ilk özüm görəcəm.

- Gedərik. Tək getmək istəmirdim elə. Yaxşı olar.

Fatimə xanım qoşqabları gətirib önlərinə qoyub, nuş olsun. yeyin ki, iş görəndə başınızda rahat işləsin – deyir.

 

***

Fatimə otağında sabah üçün geyinəcəyi paltarları hazırlayaraq istifadə edəcəyi əşyaları hazır formaya gətirirdi. Arada bir xəyalında ərini canlandırır, kaş o, da bu günü görsəydi deyə xəyal qururdu. Nahidə ilə toyunu ən çox o, istəyiridi. Bəxti gətirmədi sadəcə.

Fatimənin fikrindən telefonuna gələn zəng ayırdı. Telefonun ekranında “oğlum” yazılmışdı.

-Alo, Təbriz.

- Alo, salam xabın. Sizinlə danışan polis rəisidi.

Oğlunun telefonu ilə danışdığı polisin səsin eşidən kimi Fatimə həyəcanlanmağa başladı.

-Alo, Təbriz hardadı?

-Sakit olun xanım. Burada qəza baş verib. Iki nəfərdirlər. ambulansla xəstəxanaya gedirlər. cibində ki, telefonundan sizin adınızı tapıb xəbəretmək istədim.

-Oğlum. O, necədir? – Fatimə həyəcandan əsirdi. Gözlərindən axan yaş damcılarını hiss edirdi.

-Vəziyyətləri haqqda dəqiq bilgim yoxdu. ambulansla xəstəxanaya getdilər.

-Hansı  -xəstəxana?

polis getdikləri xəstəxananı öyrənib Fatiməyə bildirib telefonu söndürdü.

-Vəziyyətləri  necə idi? Məlumat var? – polis rəisi qəzanın olduğu yerə gələrək, qəzayerində istintaq aparan həmkarından soruşdu

-Dəqiq bilgim yoxdu. ancaq, aparanda sağ idilər.

-Istintaq nə yerdədi? Qəzanın səbəbin aydınlaşdıra bildiniz?

-Ilkin fərziyəmizə görə sükanı itirib bariellərə toqquşub. Ancaq, dəqiqləşdirmək üçün istintaqı davam etdirəcəyik.

-Yaxşı. Davam edin siz. Xəstəxanayı da yaxından izləyin. Nəsə yeni məlumat olsa xəbərim olsun.

-Oldu, rəis.

 

Xəstəxanaya qaçaraq girən Fatimə qarşısına çıxan həkimin önünə keçərək oğlunun hansı otaqda olduğun soruşdu. Həkim oğlunun kim olduğun, nədən gəldiyin soruşandan sonra onu müayinə edən həkimə yönləndirdi.

Pilləkənləri qalxdığı zaman ardıyca qaçan Xədicənin gəldiyini gördü.

-Hardadı? – Xədicənin gözündən yaş durmadan axırdı.

Birlikdə pilləkənləri qalxaraq, həkimin dediyi palataya yaxınlaşırlar.

Qapını açaraq döyərək içəri daxil olurlar.

-Buyurun.  – qapının açıldığın görən həkim dedi.

-Oğlum, hardadı?

-Oğlunuz? Adı, soyadı nədir?

-Təbriz. Təbriz Həsənov. Bu gün ki, qəzadan sonra gətiriblər. – Xədicə cavabladı.

-Hə, maşın qəzasından gələnləri deyirsiz.? O, birinində adı səhv eləmirəmsə Vüqar idi.

-Hə. Vüqar. Necədilər? hardadılar? – Fatimə həyəcanlanaraq həkimin üzərinə getdi.

-Təbriz? –hmm, gələnlərdən biri vəfat eləyib. Təbriz. – Həkim təəssüf içərisində qarşısında dayanmış qadına dedi.

-Məni ona aparın.- Fatimə yarvararcasına qarşısındaki həkimə baxırdı.

-Yaxşı, ardımca gəlin. – birlikdə dəhliz boyu irəlləyərək otağa girdilər. meyit hələ də otaqda idi.

Həkim örtüyü qaldıranda isə onların gözləri yaşla dolmuşdu. Bəli, bu o, idi. Təbriz. Sabah toyu olacaqdı. Hər şeyi hazır idi. şadlıq evi ilə danışılmış, dəvətnamələr paylanılmış, bəylik dəsti isə evdə onu gözləyirdi.

 

***

Molla hər kəsin ona baxdığın görüb nəsə, deməli, olduğu görüb sözə başladı.

“insan bu dünyayya üç gün üçün gəlib. Dünəni, bu günü və sabahı üçün. Dünəni yaşamısan, bu günü yaşayarsan, sabahını isə bəlirləyərsən. Sabahından sonra isə yenə keçmişin gələr. allah bizə bununla yanaşı bir – birindən gözəl dörd fəsil verib. Yazında doğularsan, yayında böyüyər, payızında qocalar, qışında isə ölərsən. Insan sanar ki, həyatı bu dörd fəsillə bitər. xeyr, allah insana “Beşinci Fəsili” hər zaman verib. Bunun başlamasın sən bəlirləyərsən. Bu payızdan sonra yayda ola bilər, qışdan sonra yazda. Bu fəsil sənin həm yazın həm yayın, həm payızın həm də qışın ola bilr...

Bu yolu sən seçərsən. “Beşinci fəsli” düzgün seçərsən...

 

Səməd Şıxı


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+33=
Hesaba giriş
Müəllif

Səməd Şıxı
Haqqında
"ATILAN BİR DAŞ" kitabının müəllifi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Tərəfdaşlar
Facebook
0.0431 saniye