Yazar.in - Online yazıçılar klubu
Saytımızda qeydiyyatdan keçib profilinizi yaradın və yazılarınızı bizimlə paylaşın!
Yazılarınıza verilən qiymət, yazılan şərhlər sizdə yaradıcılığınız haqqında təsəvvürlərin formalaşmasına kömək edəcək.
Bunlardan əlavə, məşhurların müsahibələri və yaradıcılıqlarından nümunələr də sizlərə öz üslubunuzu formalaşdırmaqda yardımçı olacaq.

ƏSASNAMƏ
1. Yazar.in-də yazıların yerləşdirilməsi qaydası
1.1. Yazı (və ya foto, videokeçid) (bundan sonra material) göndərmək üçün qeydiyyatdan keçmək lazımdır;
1.2. Materiallar profilə daxil olmaqla material paylaşmaq üçün xüsusi əməliyyatları yerinə yetirərək yerləşdirilir. Bunun üçün ayrılmış "yazı əlavə et" linkindən yararlanmaq lazımdır;
1.3. Müəlliflər istənilən vaxt hesablarına daxil olub haqqında məlumat bölməsinə dəyişiklik edə və yeni yazılar paylaşa bilərlər;
1.4. Müəlliflərdən xahiş olunur ki, yerləşdirdikləri yazılara şəkil əlavə etsinlər. Bu, materialı daha təsirli etmək üçün kömək olacaq.

2. Müəllif hüquqları barədə
2.1. Yazar.in-də yerləşdirilən materiallarda müəllif hüquqlarının pozulmasına görə yazar.in məsuliyyət daşımır;
2.2. Məsuliyyəti həmin materialı yerləşdirən şəxs daşıyır;
2.3. Müəllif hüquqlarının pozulması halları ilə rastlaşdıqda dərhal yazar.in rəhbərliyi ilə əlaqə saxlayıb həmin material barədə məlumat verin (əlaqə saxlamaq üçün:
e-mail:yazar@yazar.in
facebook:facebook.com/yazar.in);
2.4. 
Yazar.in-də dərc edilmiş hər hansı materialdan istifadə edərkən materialı yerləşdirən müəllifə və Yazar.in-ə istinad etmək mütləqdir. 

3. Materialların məzmunu barədə
3.1. Yazar.in`də irqi, dini, cinsi, sosial ayrı seçkiliyə, təhqirlərə yol verən, qeyri-etik, əxlaqdan kənar, ayrı-ayrı qrupların mənafelərinə xidmət edən, reklam (və ya elan) xarakterli materialların yerləşdirilməsinə icazə verilmir. Bu cür materiallar müəyyən edildikdə dərhal silinir, müəllif saytın üzvlüyündən çıxarılır;
3.2. Yazar.in saytda yerləşdirilən materialların məzmunu barədə heç bir MƏSUALİYYƏT DAŞIMIR. Məsuliyyəti həmin yazını əlavə edən müəllif daşıyır.

4. Manşet haqqında
4.1. Manşet müəllifə yazılarının daha çox oxunması üçün imkan yaradır və xidmət tam ödənişsizdir; 
4.2. Yazısını manşetə çıxarmaq istəyən müəllif yazını seçdikdən sonra onu "yerləşdir" düyməsini basaraq qeydə almalıdır; 
4.3. Qeydə alınmış yazılar sayt rəhbərliyi tərəfindən seçilərək manşetdə yerləşdirilir; 
4.4. Yazılar manşetdə 3 gün müddətində saxlanılır; 

5. Şərhlər
5.1. Şərhlər istifadəçlər tərəfindən verilir və məqsədi müəllif üçün təsəvvürlərin formalaşmasında kömək etməkdir;
5.2. Şərhlər iki cür yazılır:
- Facebook plugin vasitəsilə;
- Saytdaxili.
Facebook plug in vasitəsilə şərh vermək üçün Facebook profilinə sahib olmalısınız. Bu zaman sayta daxil olduğunuzda avtomatik girişlə Facebookdakı hesabınız vasitəsilə şərh bildirə bilərsiniz. Saytdaxili şərhlərdə isə informasiyalar müvafiq sahələrə daxil etməklə şərh bildirə bilərsiniz.

6. Reklam
6.1. Yazar.in saytında kommersiya reklamlarının yerləşdirilməsi mümkündür;
6.2. Reklam məhsullarının qiyməti onun saytda yerləşdirildiyi yer, müddət və məzmunundan asılı olaraq dəyişir;
6.3. Yazar.in rəhbərliyi əməkdaşlıq təklifləri üçün müraciətləri razılşadırılmış şərtlər müqabilində qəbul etməyə hazırdır;
6.4. Reklam və əməkdaşlıq müraciətləri üçün aşağıdakı vasitə ilə əlaqə saxlamaq mümkündür:

Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0058 saniye