Necə edim ki, yazılarımı daha çox insan görsün?
- Yazılarınızı ardıcıl paylaşmayın. Bir yazı paylaşdıqdan sonra digər müəlliflərin də paylaşmalırını gözləyin. Ardıcıl eyni müəllifin yazıları oxucu üçün maraqsız gələ bilər;
- Yazılarınızı səliqəli yazın. Abzaslara, durğu işarələrinə, orfoqrafik qaydalara əməl edin. Yazılarınızda şəkillərdən istifadə edin. Yazar.in bunun üçün geniş fürsətlər yaradıb: siz mətnin daxilində şəkillər və videofayllardan istifadə edə bilərsiniz. Ola bilər ki, siz mükəmməl bir yazı hazırlayarsınız. Ancaq səliqəsiz formada yazılan yazı, mükəmməl olsa belə, istədiyiniz qədər oxunmayacaq.
Məsələn, “menim yazim gozeldir,ama oxunmur” və “Mənim yazım gözəldir, amma oxunmur” cümləsində eyni fikir ifadə olunub. Lakin birinci yazılış forması gözə xoş gəlmədiyindən ilk baxışda oxucunu “itələyir”. Yazar.in istifadəçilərinin yazıları redaktə prosesi keçmədiyindən (daimi müəlliflərin yazıları təstiqə ehtiyac olmadan saytda göründüyü üçün) bu tipli yazıların (orfoqrafik səhvli) paylaşılması da mümküdür. Bu, müəllif tərəfindən riayət edilməli olan nüansdır;
- Manşetdən düzgün istifadə edin. Bəzi müəlliflər yazılarını paylaşan kimi onu, həm də manşetə göndərirlər. Halbuki, buna ehtiyac yoxdur. Yazı, onsuz da əsas səhifədədir və oxucular tərəfindən görünür. Yaxşı olardı ki, həmin yazı əsas səhifədə gözdən itdikdən sonra onu manşetdə yerləşdirəsiniz. Bundan əlavə, köhnə yazılarınızı da vaxtaşırı manşetə göndərin. Oxucuların əksəriyyəti sizin köhnə yazınızdan bixəbərdirlər və bu yazılar onların diqqətini cəlb edə bilər;
- Sosail şəbəkələrdə aktiv olun. Yazılarınızı dostlarınızla paylaşın. İstifadə etdiyiniz bütün sosial şəbəkələrdə, Facebook qrupları və səhifələrində edilən paylaşımlar yazınıza yeni oxucular qazandıracaq. Bundan əlavə, Facebook-da paylaşımın hesabınıza xal əlavə etdiyini unutmayın.
- E-mail-dən istifadə edin. Yazılarınızı yaxın dostlarınıza e-mail vasitəsilə də göndərə bilərsiniz. Aydın məsələdir ki, sosial şəbəkədə olmayan və e-mail-lə aktiv olan insanlar yetərincədir. Bu, sizin daimi oxucular qazanmağınıza kömək olacaq.