"Cəsur ürək" ("Braveheart")


Rejissor: Mel Gibson
İl: 1995
Ölkə: ABŞ
Janr: Bioqrafiya, Dram
IMDB: 8.4
Büdcə: 72 milyon dollar
Müddət: 177 dəqiqə

Haqqında: Tarixi hadisələri özündə əks etdirən filmdə Şotlandiyanın İngiltərənin müstəmləkəçi istilasından yaxa qurtarmaq uğrunda mübarizəsindən bəhs edilir. Tarixi şəxsiyyət olan William Wallace`ın rəhbərliyi ilə başlayan azadlıq mübarizəsi filmin sonuna qədər sizi əsir alacaq.

William`ın ailəsi ingilislər tərəfindən öldürülür. Uşaqlığını əmisinin yanında keçirən William uşaqlıq dostundan ayrı düşür. İllər sonra kəndinə qayıdır və dostunu tapır, onu sevdiyini söyləyir və evlənir. Lakin çox keçmədən bütün sevdiklərini itirən William sevgilisini qorumaq üçün çətin mübarizəyə girişir. Daha sonra xalqını azadlıq üçün vuruşmağa səsləyən William döyüşə rəhbərlik etməyə başlayır. İngiltərə kralı ilə sonu olmayan bir müharibəyə başlayan Şotlandiya xalqı azadlıq üçün canından keçir.

Yazar.in Kinoteatrı Mel Gibsonun rejissorluğu və baş rolda çıxış etdiyi Dünya film sənətinin incilərindən olan “Cəsur ürək” filmini təqdim edir.

Fraqment: 

Türkcə dublyaj: "Cesur yürek"

Hesaba giriş
YouTube-da izlə
Facebook
0.012 saniye