"Ümid işığım" ("Silver Linings Playbook")
Rejissor: | David O. Russel |
İl: | 2012 |
Ölkə: | ABŞ |
Janr: | Dram, Komediya, Romans |
IMDB: | 7.9 |
Büdcə: | 21 milyon dollar |
Müddət: | 122 dəqiqə |
Haqqında: Həyat heç də həmişə üzümüzə gülmür… Pat Solatona evini, işini, arvadını, bir sözlə, hər şeyini itirir. Səkkiz ay bir dövlət qurumunda işlədikdən sonra öz evlərinə qayıdır. Pat baş verən bütün pis hadisələrə baxmayaraq, həyatını yenidən qurmaq, ən əsası, arvadı ilə yenidən bir yerdə yaşamaq niyyətindədir.
Pat şəxsi problemləri olan Tiffany ilə rastlaşdıqdan sonar işlər bir az da qarışır. Tiffany Pat`ə kömək edəcəyini, onun arvadı ilə yenidən bir yerdə yaşamağını təmin edəcəyini deyir. Təbii, bunun əvəzində Pat da Tiffany`nin bir istəyini yerinə yetirməli idi… Razılaşmadan sonra hər ikisinin həyatı müsbət mənada dəyişir…
Yazar.in Kinoteatrı milyonlarla film həvəskarını heyran qoyan bir filmi təqdim edir.
Fraqment:
Türkcə dublyaj: "Umut ışığım"
Rusca dublyaj: "Мой парень – псих"