)
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 00:04 23 oktyabr 2014 tarixində əlavə olunmuşdur


AYBƏNİZ Q.
Əllərim əlinə uzalı qalıb,
Nə qədər yaxınam, tuta bilmirəm.
Həsrətdən ürəyim sozalıb, qalıb,
Səni bu könlümdən ata bilmirəm.
---
İLKİN A.
Əlini əlimdən üzmə, əzizim,
O yay qaşlarını çatma, amandır.
Ay dərdə məlhəmim, dərdə əlacım,
Məni ürəyindən atma, amandır.
---
AYBƏNİZ Q.
Qismətim, taleyim bəlkə də sənsən,
Beləcə keçəcək illər, bəlkə də.
Həsrətin öz rəngi, öz çaları var,
Sənsiz ağaracaq tellər, bəlkə də.
---
İLKİN A.
Sən mənim qismətim, alın yazımsan,
Sevən ürəyimi niyə üzürsən?
Deyirəm bir olaq, bir ocaq çataq,
Sənsə gözlərimdən kənar gəzirsən...
---
AYBƏNİZ Q.
Bu yollar ayrımı, birmi, bilmirik,
Bu günün sabahı qaradır, bəlkə?
Nə loğman baxıbdır, nə də ki təbib,
Sinəm dərd əlindən yaradır, bəlkə?
---
İLKİN A.
Bunu deməsən də hiss eyləyirəm,
Tək mənəm hər arzu, diləyin sənin.
Birgə açılacaq sabahlarımız,
Niyə yaralıdır ürəyin sənin?
---
AYBƏNİZ Q.
Göynəyir, sızlayır dözürəm hələ,
Çox da aciz deyil ürəyim mənim.
Elə saplanıb ki, sağalmaz daha,
Xəncər yarası tək kürəyim mənim.
---
İLKİN A.
Sızlatma qəlbini, sızlatma belə,
Sızlamaq zəiflik əlamətidir.
Sənə olan eşqim bitməz, tükənməz,
Sevgi-dünyamızın səadətidir.
---
AYBƏNİZ Q.
Hələ solmayıbdır bu eşqin gülü,
Onun rayihəsi, ətri var hələ.
Qayıt gəl ömrümə, ürəyim sənin,
Könlümdə könlünün xətri var hələ.
---
İLKİN A.
Bir gün qayıdacam, az qalıb daha,
Nə qədər dərd ilə yarışmalıyıq?
Ruhumuz eynidir, qəlbimiz eyni,
Səninlə əbədi qovuşmalıyıq...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+33=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.033 saniye