Ağlama taleyin tərs yazısına....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:48 22 fevral 2015 tarixində əlavə olunmuşdur

Qoşma

Ağlama taleyin tərs yazısına,
Qəm yemə,ürəyin qübar bağlayar.
Sıxılma həyatın hər əzabına,
Gedənlər gedəcək,de,kim saxlayar?
***
Demə ki,dostum var,düşmənim yoxdur,
Naxələf adamlar dünyada çoxdur.
İkrahla deyilən söz sanki oxdur,
Ürəyə sancılar,sinə dağlayar.
***
Qəzavü-qədərdən sənə bir ümid
Yoxdursa,umunu,küsünü unut.
Bədəsil kəslərin,görəsən,Mövlud,
Öləndə gözünü kimlər bağlayar?

Zərdabi.15.09.2013.(Mövlud Ağamməd)

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0548 saniye