Alın yazım vaxtı tamam olmamış,
Əcəl neçə dəfə gəlib üstümə.
Ha istəyir, alsın cavan canımı,
Sanki qisas alır,durub qəsdimə.
Tək qalmışam özüm ilə,tənhayam,
Ünüm yetməz,səsim çatmaz harayam.
İstəyirəm ki,qapıdan qovlayam,
Əsir dilim düşüb əsdim-əsdiyə.
Qismət günüm gəlib çatar,gedərəm,
Dost aşnanı həm peşiman edərəm.
Demə,Mövlud, bu dünyada hədərəm,
Nə qədər göz kor olubdu tüstümə.
22.08.2014.Zərdabi.Mövlud Ağamməd.