Azərbaycanda doğulan neçə uşaq sevgidən yoğrulub?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 15:36 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Təəssüf ki, bu gün XXI əsrdə yaşasaq belə, bu kimi dərin situasiyalı yaşam amilləri nəzərə almır, özümüz olaraq yaşamırıq.
Bir insanın dünyaya gəliş səbəbi olmalıdır. Mütləq olmalıdır.

Təsadüfdən, təsirdən, söz-söhbət səbəbindən, bir tərəfin könülsüz yanaşmasından, bir ailəni ayaqda tutmaq üçün, bir kişini özünə yaxın saxlamaq fikrilə övlad-uşaq təməli qoyulmaz!
Dünyaya göz açan körpə və təbii ki, gələcəyin yetişkin insanı olacaq bir varlıq təsadüf səbəbilə dünyaya gələrsə elə o şəkildə də yaşamağa məhkum olacaq. Halbuki bu onun günahı deyildi, bu dünyaya plansız şəkildə gəlməyi o arzulamamışdı.

Dünyaya sevgi ilə arzulanan, sevgi toxumları ilə yetişib, böyüyüb yaranan körpə həyatda da bütün addımlarında uğur qazanan insan olaraq yaşayır. Bunu dünyaca məşhur psixoloqlar və araşdırmaçılar təsdiqləyib.

Hər şey belədir, ürəkdən sevgi qatqısı ilə yoğrulmuş çörək belə daha dadlı deyil mi?
Sevərək, sevdiklərimiz üçün ürəkdən, candan bişirilən yeməklər daha ləziz olmur mu?

Eyni haldır.

Bir körpə iki bir-birinə aşiq, vurğun, daha dəqiq desək iki cisim amma eyni əkiz ruh halında olan insanların daxili sevişməsindən, ruhlarının bir-birini cəzb edib eyniləşməsindən yaranmalıdır.
Iki candan, iki qandan, iki ruhdan, iki cisimdən qalıqlar toplayıb və bu qalıqların birləşib eyniləşməsindən yaranan bir varlıq-insan olmalıdır.

Sevgi bəhrəsi, ruhun sevişmə məhsulu olaraq nüftədən yaranan bu varlığa ruhunu Allah üfürər, ona özündən pay verər və bu nüftə həyata xoşbəxt doğulan bir insan olaraq göz açar.
Bütün həyatı boyunca onu yaradan Allahın və sevgilərindən canına can qatmış iki insanın bir parçası olaraq mutluluğu dadar. Çünki həyata gəliş səbəbi məhz xoşbəxtlikdir, başdan- ayağa mutluluqdur. Həyatın, yaşamın fəlsəfəsi budur, mənbəyin necə başlayarsa ömrünün gedişatı da ondan qaynaqlanar.

Sevgi olmayan bir ailədə, ailə boş olmasın deyə dünyaya gələn uşaq heç vaxt tam şəkildə huzur, xoşbəxtlik, daxili mutluluq tapmaz. Çünki dünyaya gəlməsində sevgi qatqısı olmayıb, hiss edilmədən, yaşanmadan olan yaşayışdan yaranıb.

Əgər dünyaya özümüzdən bir varlıq daha, canımızdan, ruhumuzdan bir parça yaratmaq istəyiriksə bunu sevdiyimiz, ruhu ilə ruhunu birləşdirdiyimiz insanla bərabər hiss edərək, mayasına sevgi qataraq yaradaq, dünyaya gələn qonağımızın həyatını sevgisiz qurmayaq, onu sevgisizliyə məhkum etməyək.

Sevgiylə qalın...

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+38=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0378 saniye