Başqa bir gün
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 04:43 21 dekabr 2013 tarixində əlavə olunmuşdur

   F. həmişə olduğu kimi tələsik pillələri iki-iki ,üç-üç düşürdü.Köhnə adəti idi.Heç bir yerə tələsməsə də,həmişə bu cür hərəkət edərdi.Evdəkilərin dediyinə görə ,onu görünməz bir atlı dəstəsi təqib edirdi və o da hər dəfə pilləkənlərin sonuna çatanda qeyri-ixtiyari arxaya çevrilərdi  ki,”dəstənin” onun izini itirdiyinə əmin olsun.

Bu dəfə pilləkənlərin sonuna çatdıqda birinci mərtəbədə yaşayan tənha yaşlı qadının qapısının açıq olduğunu gördü.İçəriyə keçib keçməmək barədə bir müddət tərəddüd etsə də evə daxil oldu.Yaşlı qadın onu görən kimi  “Qızım mənə bir stəkan su ver” deyib öskürməyə başladı.

F. stolun üstündəki yarımçıq su qabından ona bir stəkan su verdi.Qadının əlləri əsdiyinə görə  ona su içməyə də kömək etdi.
-Çox sağ ol,minnətdaram.
-Sizə kömək etməyə başqa bir gün də gələrəm.Anam da həmişə gəlir.
Qadının xəstə və yorğun sifətini bu dəfə kədər bürüdü və yavaşca dedi :

-Başqa bir gün olmayacaq.

Və başqa bir gün olmadı...

 

P.S. Bu hekayə ” Bir günlük”, “1.Yaxşı  bir insan olmaq” hekayələri ilə birlikdə “Zamanda asılı qalmış hekayələr”ə daxildir

 


... dəfə oxunub
Qiymət: 7/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+20=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0236 saniye