“BƏDBƏXT OLMAYANDAN SƏNƏTKAR OLMAZ”
Ruslan Ələkbərli tərəfindən "Digər yazılar" bolməsinə 19:30 04 iyun 2014 tarixində əlavə olunmuşdur

      “BƏDBƏXT OLMAYANDAN SƏNƏTKAR OLMAZ”

 

Mənə təklif ediləndə ki, Məhəmməd Ələkbərli haqda öz xatirələrini yaz, bir anlıq yerimdə donub qaldım. Axı mən Məhəmməd Ələkbərliylə bağlı xatirələrimi, ona qarşı ürəyimdən keçənləri necə izah edə bilərəm? Bu mənim üçün nə qədər çətin olsa da, nəhayət özümü toplayıb qələmi əlimə aldım...

 ...Və ürək sözlərimə ölməz şairimiz Sücaət Kəlbəcərlinin yazdığı şeirdən gözəl bir bənd ilə başlamaq istədim:

Neyləyim gülmədi üzüm dünyada,

Bir gün qurumadı gözüm dünyada.

Sücaət, müxtəsər bizim dünyada,

Bədbəxt olmayandan sənətkar olmaz...

Allahın ona hədiyyə etdiyi şairliklə yanaşı, Məhəmməd Ələkbərlinin qismətinə qəm - kədərdə yazılmışdır. On bir yaşından şeir yazmağa başlayan şair, ömrünün bahar çağlarında, iyirmi dörd yaşında atasını itirir, aradan bir il keçməmiş, öz doğma elindən - Kəlbəcərdəndə perik düşür. M.Ələkbərlinin çakdiyi bu dərdlərə şərik olansa yalnız qələm və varaqlar olur. Ata həsrəti, yurd nisgili şairin yazdığı şeirlərində öz əksini tapır. Aşağıdakı bir neçə şeirindən seçdiyimiz kövrək misralarda olduğu kimi:

Gedəndə sağ idin, qayıtdım yoxsan,

Yoxluğuna inanmadım, aydədə!

Son anında eşitmədim səsini,

Qulluğunda dayanmadım, ay dədə!

----------------------------------------------------

Bilirsənmi nədir məni ağladan?

Dözəmmirəm həsrətinə dağların.

Uzaqdan-uzağa şərik oluram,

Kədərinə möhnətinə dağların.

 

Vətən həsrəti ilə yanıb, alışan şair öz elinə - obasına dönmək arzusu ilə yaşayırdı. Kəlbəcərə geri döndükdən sonar özünə toy etmək istəyi onun ailə qurmasına əngəl olurdu. Hər dəfə anasının ona verdiyi ,-“oğul niyə evlənmirsən”? – sualına isə şair bir vaxtlar yazdığı bir şeiri ilə belə cavablandırıb:

Özün de ay ana toy yaraşarmı

Ata məzarına həsrət oğluna

O dogma torpağı öpüb ağlamaq

Görən olacaqmı qismət oğluna

Bu şeiri yazarkən sanki öz qismətini, alın yazısını bilirmiş. Bilirmiş ki, əcəl onu zamansız yaxalayacaq. Çəkdiyi bu qədər qəm - kədər onun əlacsız dərdə tutulmağına səbəb oldu. Bəlkədə Allahın sevimli bəndəsi olduğu üçün, bu yalan dünyada daha artıq dərd çəkməsin deyə, ulu Tanrı onu haqq dünyası ilə qovuşdurdu...

   Bir çoxlarımızın işlətdiyi  “Torpağın üzü soyuq olur” ifadəsi ilə mən razılaşmıram. Çünki aradan altı il keçməyinə baxmayaraq, 12.07.2013 tarixində M.Ələkbərlinin doğum günündə onun Bərdə rayonunun YeniDaşkənd kəndində olan məzarını ziyarətə gələn qohumları və tanışları bir daha sübut etdi ki, o, cismən aramızda olmasa da, daim qəlblərimizdə yaşayır.

   Çəkdiyi bu qədər dərdlərdən sonar dizləri taqətdən düşən ağbirçək anası oğlanlarının köməyi ilə məzarın yanına gətirildikdə sanki bütün dərdləri, çəkdiyi əzabları sona yetmiş kimi oğlunun məzarı ilə qucaqlaşıb, “hardasan ay oğul” deyərkən, onun çəkdiyi ah - nalə ixtiyarsız olaraq hər birimizin gözlərindən axan yaşa qarışıb sinəmizi göynətdi. Şahidi olduğum bu mənzərə, ürəyimdən keçənləri aşağıdakı kövrək misralara çevirdi:

 

Qohumlar gəlibdi ziyarətinə,

Qalx ayağa, şair, niyə yatmısan?

Gözlətməağbirçəkyazıqananı,

Qalxayğaşairniyəyatmısan

 

Bacıların “qardaş” deyib ağlayır,

Qardaşların dərtdən sinə dağlayır.

Gözümüzün yaşı sel tək çağlayır,

Qalx ayağa, şair, niyə yatmısan?

 

Nə yaman tez gəldi ömrünə xəzan,

Niyə qısa yazıb o ömür yazan.?

Heç vaxt tapılmayıb yazını pozan,

Qalx ayağa, şair, niyə yatmısan?

 

Yaraşmır bu məzar bu torpaq sənə,

Sənki əyilməzdin kədərə, qəmə.

Dur gedək qapısı bağlı evinə,

Qalx ayağa, şair, niyə yatmısan?

 

Bu qədər asanmı buraxıb getmək,

Bu qədər sadəmi gözlərdən itmək?

Bu qədər çətinmi geriyə dönmək,

Qalx ayağa, şair, niyə yatmısan?

 

Həsrətin çəkirdin obanın – elin,

Sevmirdin qürbətin havasın, yerin.

Bəs niyə olubdur bərdə məskənin,

Qalx ayağa, şair, niyə yatmısan?

 

Məhəmməd Ələkbərli bugün cismən aramızda olmasa da yazdığı şeirlərlə dillərdə, özünə məskən saldığı qəlblərdə və xoş izlər buraxdığı xatirələrimizdə yaşayır. Allah rəhmət eləsin.

                        Ruslan Ələkbərli, “Mingəçevir Leysanı” jurnalı. № 22


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+32=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0196 saniye