Bir şeirin hekayəsi
Səfər tərəfindən "Hekayə" bolməsinə 10:56 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

Sən öldürüb hara gedirsən bu şair bədənimi.

Bilmirsən, dünyam göz bəbəklərin qədər balacadır,

Göz yaşlarında boğuldum mən.

Ölü bədənimi göz yaşlarında dalğalandırıb, atdın kirpiklərindəki uçrumdan aşağı

Bilirsən ən dərinlərdə boğulmaq istəyirdim mən,

Bədənimi ən uca tonqalda yandırsınlar.

Küllərimi ən dərində basdırsınlar istədim.

Amma mən tanrının aşiq olduğu qadının gözlərində boğuldum...

 

Sonun davamı

 

Anladım ki, mən tanrının təfəkkürünün məhsulu idim.Tanrı öz təfəkküründə yaratdığı qadına aşiq olmuş , özünün yaratdığı onu seven şairi qısqanıb, kitabın lap axırında onun gözlərində boğmuşdu.Tanrı səni çox sevirdi, məndən sonra isə şairlərə nifrət etdi dayanmadan. Sevgimiz o qədər ruhani idi ki, heç bir cisim ala bilməzdi səni məndən. Ama yalnız tanrı... .

Səni sevdiyini, məni lənətlədiyni anlayanda, tanrını çox çağırdım dünyaya gəlmədi. Diz çöküb yalvarmağmı istədi, şərtlər qoydu. Bir elçiylə bir kitab göndərib xəbərdar etdi məni.Sonra elçilər təzələndi elə kitablar da. Sonuncu dəfə xəbərdar edəndə qiyamətlə hədələdi. Görüş yerimiz qiyamət idi. Qiyamətə səbəb bir tanrı bir qadın və bir şair imiş sadəcə, öyrəndim.

Tanrı o qədər aşiq idi ki sənə, səni heç vaxt öldürmədi qadın. Məni isə gözlərində boğub bir daha doğulmağa qoymadı. Nə sən ölə bildin, nə də mən yaşaya bildim. Sənin bədənin mənimsə ruhum həmişəlik qəfəsdə qaldı.

Qovuşdurmaq istədi məxluqat bizi. Səmazənlər rəqs etdi, Şamanlar ibadət, qorxanlar itaət. Xaos var... Tanrı qaldıra bilməyəcəyi bir sevgi yarada bilərdimi görəsən? Təxəyyülülündə fövqəlsevgini yaratdı.

Bədənsiz şairəm mən, tanrı öldüyü gündən bəri bədənsiz də qalmışam. Qəfəslərimiz bağlı qalıb. Açarların yerini isə ölən tanrıdan başqa kimsə bilmir. Tanrının tanrısı da aşiq idimi görəsən sənə ? Buna görə mi öldü tanrı qasidin gözlərində?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0274 saniye