Bu günün qeyd olunması barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyası tərəfindən 1945-ci il 29 oktyabr -10 noyabr tarixində Londonda keçirilmiş konfransda qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatını birləşdirir.
Dünyadakı əmək qüvvəsinin dörddə birini gənclərin təşkil etdiyi indiki vaxtda işsizlərin yarısı məhz onun payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin etməkdə böyük çətinlik çəkir.
Məlumata görə, hazırda dünyada 25 yaşa qədər olan 3 milyard insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır. Yüz milyondan çox uşaq məktəbə getmək imkanından məhrumdur. Hər gün aclıqdan otuz min gənc ölür və yeddi min gənc QİÇS virusuna yoluxur.