Can istə, canım, can sənə qurban, ola dərman,
Gül istə, gülüstan sənə qurban, ola mehman.
Pərvanə yanar şəm oduna, çün oda aşiq,
Nar istə, alış, yan, sənə qurban ola hicran.
Qəmdən bükülən boynubükük bənöşələrtək,
Qar istə, zimistan sənə qurban, ola loğman.
Zülmət gecələr ay təzələnsin də utansın,
Nur istə, çıraqban sənə qurban, ola hər yan.
Cənnət kimi yer, getməyə haqdan dilə, Mövlud,
Ömr istə Xudadan, sənə qurban, ola fərman.
25.11.2014 / Zərdabi
Mövlud Ağamməd