DARIXIRAM SADƏCƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:30 18 dekabr 2017 tarixində əlavə olunmuşdur



Gecə düşür ,qaranlıq sıxır qəlbimi yaman, 
Düşünürəm nə yazım, yoxdur dönüşə güman. 
Məni məndən eyləyib,məni məndən o alan, 
Deyirəm, görən o da məni duyurmu bircə.? 
Xəbər-ətər yox ondan , darıxıram sadəcə. 

Yağış yağır, yadıma düşdü xatirələrim, 
Andım adın pünhanca, sızıldadı ürəyim. 
Saçlarıma yağdı dən, bəmbəyazdı tellərim, 
Fikirlərim qarışıb sıxılıram bu gecə, 
Ondan xəbər-ətər yox, darıxıram sadəcə. 

Varlığı yetər mənə, üzü gülsün, xoşdu xoş, 
Sevgisiylə sərməstəm, eşqiylə oldum sərxoş. 
Yazmayır qoy yazmasın,mən qalsamda əliboş, 
Tənha otaq, bir də mən, sıxılıram bir küncə, 
Ondan xəbər -ətər yox, darıxıram sadəcə.

Misralara köçmüşəm,dünyadan ayrılmışam,
Qələmimdən süzülüb vərəqə yazılmışam,
Sürgündəyəm hər səhər,məhbəsdəyəm hər axşam,
Seymura ömürdü sən eşq dediyin bir heca,
Ondan xəbər -ətər yox,darıxıram sadəcə


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0293 saniye