*****
Dərmə qürbətdə,könül,rəngi solan lalələri,
Demə məlhəmdi bu güllər,qoparar yarələri.
Çıxma yoldan,yolu azmışlar olur ad batıran,
Vermə könlün,yad elin yad baxışından sən utan.
Bu gedişnən sən olarsan atadan,həm anadan,
Özünə çün edəməz bilmədiyi çarələri.
Dərmə qürbətdə,könül,rəngi solan lalələri,
Demə məlhəmdi bu güllər,qoparar yarələri.
***
Getmisən evdən uzaq,eldən uzaq ölkəyə sən,
Getmədin "bir balaca"şəhvəti öldürməyə sən.
Az yeyib işlədiyindən evə göndərməyəsən?
Xərclədin tər tökübən qazandığın parələri.
Dərmə qürbətdə,könül,rəngi solan lalələri,
Demə məlhəmdi bu güllər,qoparar yarələri.
***
Elsevər,mən köz olub yanmaq üçün kül istərəm.
Öz gülündən ayrı düşmüş zari-bülbül istərəm.
Çox çəmənlər gəərəm,gül qoxulu gül istərəm,
Dərmərəm əhdə dönüklər kimi peymanələri.
Dərmə qürbətdə,könül,rəngi solan lalələri,
Demə məlhəmdi bu güllər,qoparar yarələri.
***
Etmə sirrin aşikar,saxlaginən pünhan olar,
Gər sevən sevmək üçün gəlsə ürək qurban olar.
Bəlkə,ol nazlı nigar təşrif edər,mehman olar,
Yandırıb,yandıracaq şəm kimi pərvanələri.
Dərmə qürbətdə,könül,rəngi solan lalələri,
Demə məlhəmdi bu güllər,qoparar yarələri.
****
Salmış ol zülfü-pərişanlara Mövlud meylini,
Axtarır çöllü-biyabanlar içində Leylini.
Dön bu yoldan,ziyarət eylə evin,öz elini,
Çək zərəfşan zülfünə badi-səba şanələri.
Dərmə qürbətdə,könül,rəngi solan lalələri,
Demə məlhəmdi bu güllər,qoparar yarələri.
14.01.2015.Zərdabi.Mövlud Ağamməd.