Düzə sən
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:18 19 dekabr 2016 tarixində əlavə olunmuşdur

Kimlər sənə eləsələr şikayət,
Könül,inan hər vaxt,hər an düzə sən.
.Aşıq deyər düzə sən,
Saçına gül düzəsən.
Düvanətək düşməgil
Dərəyə sən,düzə sən.
Baş çıxarmaq olmur nadan işindən,
İnanasan əyriyə sən,düzə sən.
****
Ütü vursan bez həmişə qat alar
Qocaldıqca insan beli qatalar(1)
Aşıq deyər.qat alar,
Bel bükülər,qatalar.
Dava -dərman tapılmaz
Dərdi dərdə qatalar.
Dərdi sənə,səni dərdə qatalar,
Ağıların özün qoşub düzəsən.
***
Dinclik vermir yağı neçə əsirdi,
Qarabağda qara yellər əsirdi.
Aşıq deyər əsirdi,
Qara yellər əsirdi.
Neçə ildir Qarabağ
Yad ellərə əsirdi.
Torpaqlarım yad ellərə əsirdi,
Gedəcəksən,Mövlud,Cıdır düzə sən.

1.Bükülmək mənasında

21.08.2014.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0213 saniye