Bir gün rast gələrsən qoyduğum izə,
Bu acı qismətə qəlb necə dözə?
O vaxt peşman olub dediyin sözə
Deyərsən,"Bağışla, səhv eyləmişəm"
Qonağın olaram yad sakinlərtək,
Dolar o gözlərin üzümü görcək.
Peşmanlıq içində köks ötürərək
Deyərsən,"Özümü məhv eyləmişəm".
Tək bir istəyim var,bir diləyim var-
Xoşbəxtlik qoy olsun sənə daim yar.
Başqa şey düşünmə,ey bivəfa yar,
Mən səni çoxdandır əhv eyləmişəm.
15/09/2017