Elə yatıb kölgəsində aslanın....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:44 01 yanvar 2017 tarixində əlavə olunmuşdur

Elə yatıb kölgəsində aslanın,
Fikirləşir,özü aslan boydadır.
Mərd yaşamaq tülkülərə yaraşmaz,
Daha bilmir,müxənnətlik soydadır.
****
Düşün,düz get,yoxsa yolun azarsan,
Taleyinə qara baxtın yazarsan.
Səngəri qaz,qəbri sonra qazarsan,
Savaşlarda yazılmamış qaydadır.
***
Həsrətim var Arazın o tayında,
Sanı yoxdu millətimin sayında.
İşğal oldu Laçınım may ayında,
Mövlud deyər,qələbə bu aydadır.

20.08.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+30=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0314 saniye