` Ezemetli ( Cenab Haqq Allah` ) in Merhemeti
Mur4d tərəfindən "Digər yazılar" bolməsinə 13:35 31 iyul 2018 tarixində əlavə olunmuşdur

☝ Cenab Haqq ` a Hemd Olsun !
♥ ℓα ιℓαнα ιℓℓαℓℓαн ♥
⌚ . Namaz'a Teles !

 

Mərhəmət sözü ərəbcə "reheme" kökündən gəlir və "rəhm etmək, əsirgəmək, şəfqət göstərmək, bağışlamaq" mənalarında istifadə olunur. Rəbbimizin Rəhman və Rəhim isimləri də mərhəmət kəlməsi ilə eyni kökdən gəlir. Quran ayələrində Allahın Zatını ifadə etmək üçün istifadə olunan Rəhman ismi "rəhməti ilə hər şeyi əhatə edən, bütün yaradılmışlar haqqında xeyir, rəhmət və gözəllik buyuran, sevib-sevmədiyini ayırmadan saysız-hesabsız nemətlərə qovuşduran" mənalarında işləndiyi halda, Peyğəmbərimiz (səv) haqqında da istifadə olunan (Tövbə surəsi, 12) Rəhim ismi Allahın ismi olaraq işləndikdə rəhməti ilə axirətdə yalnız möminləri əhatə edən, verdiyi nemətləri yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran" mənasında istifadə olunur.

Allahın Rəhman və Rəhim isimləri Quran ayələrində bir neçə dəfə təkrarlanır, həmçinin,“Tövbə” surəsindən başqa digər bütün surələr də "Rəhman və Rəhim olan Allahın adı ilə" başlayır. Rəbbimizin Rəhman isminin çox böyük mənası var. Əsirgəyən, rəhm edən, şəfqət göstərən, mərhəmət edən sifətlərinin hamısı Allahın Rəhman isminin təzahürləridir.

Onun rəhməti hər şeyi əhatə edir, sonsuzdur, əbədidir. Rəbbimiz mərhəmət edənlərin ən mərhəmətlisidir. Quranda hz. Eyyubun Rəbbimizə bu gözəl ismi ilə dua etdiyi belə xəbər verilir:

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” 
(Ənbiya surəsi, 83)

Rəhman olan Allah mərhəmətini görünən və görünməyən hər şey üzərində təzahür etdirir. Allahın Rəhman ismini kainatdakı bütün yaradılış möcüzələrində, insanın yaradılışında, insan bədənindəki milyardlarla detalda, heyvanlarda, qidalarda, içkilərdə, suda, havada, qısası, kainatın hər zərrəsində görmək mümkündür. Allah hər gün torpağın içindən milyardlarla toxumu cücərdən, meyvələr və tərəvəzlər yaradan, göydən tonlarla su endirən, eyni zamanda, dünyanın hər yerində milyardlarla canlının ruzisini verən, həyatımızı davam etdirməyimiz üçün vacib olan oksigeni var edəndir. Rəbbimiz bütün varlıqları saysız-hesabsız nemətlərlə əhatə etmişdir. Dünyada Onun insanlar üzərindəki təqdirinə, lütfü və rəhminə mane olacaq heç bir varlıq yoxdur. “Fatir” surəsində Rəbbimizin insanlar üzərindəki sonsuz rəhməti belə xəbər verilir:  


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
Müəllif

Mur4d
Əlaqə
E-mail:
aqaef.aqa@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0218 saniye