Fərqimiz olsun
Tural Sahab tərəfindən "Digər yazılar" bolməsinə 01:48 11 aprel 2014 tarixində əlavə olunmuşdur

                                          

Fərqimiz olsun, günəşin nazına kövrələn buludlardan...

Yaz yağışına oxşayan nazlı umudlardan..

Biz, biz olaq

Qaranlığın gözündə buz olaq, donaq

Sayını bilmədiyimiz yarpaqların hər biri, digərindən fərqli isə

Hər yağış, qar dənəsi fərqli- fərqli bəzəyirsə dodaqlarımızı

Biz niyə eyni olaq ki?

Fərqimiz olsun, uca dağlardan

Yıxılanda yenidən qalxa bilək, əlindən tutaq başqa zirvələrin.

Ürəyimizdən keçsin sevdiklərimizin gedəcəyi yollar, gözlərimizdə açsın güllər- çiçəklər.

Fərqimiz olsun, dərələr boyu axan nəhirlərdən.

Bir yağmur çıxarmasın bizi yolumuzdan, yatağımızdan.

Vuraq özümüzü qayalara, əridək ürəklərdən kini, nifrəti.

 Buludlar baş əysin, dağlar qibtə eləsin güllərin bizə olan sevdasına.

Fərqimiz olsun, uçan qartallardan, dumandan- çəndən

Fərqimiz olsun, sürünən ilandan, parçalayan qurddan.

Bir gül olaq, biz

Ətrimiz gətirsin gözlərimizə baharı

Bir yarpaq olaq, biz

Yuva quran Qaranquşun dimdiyində

Yüz il yaşı olan xan çinarın, sevgililərin həyanı qoca söyüdün budağında

Fərqimiz olsun, insan olaq biz

Fərqimiz olsun, biz olaq biz.

 


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0253 saniye