-----GECƏ,ÇIX GET!..-----
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 01:07 14 iyun 2014 tarixində əlavə olunmuşdur

 

Yuxum məndən qaçıb niyə bilmirəm,

Yenə yatammıram,yenə bu gecə.

Mən səni gəzirəm, sən özgəsini

Dərdlər əsir alıb yenə bu gecə.

 

Sənmi çox dərdlisən,mənmi,ay gecə?

Qəmindən rəngin də saralıb sənin.

Dərdim səndən böyük,sən məndən,gecə!

Həsrətdən könlün də yorulub sənin.

 

Nə qədər əlləşdin, yordun sən məni,

Qaralmış rəngindən qaraldı ruhum.

Gecə...bəsdi çıx get,sevmədim səni

Sübhün üfüqündən nur alsın könlüm.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0274 saniye