Gedənlər həmişə unudanlar olmur...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 17:35 29 yanvar 2016 tarixində əlavə olunmuşdur

~I hissə~  Bilirsənmi, gedənlər heç də həmişə unudanlar olmur Bilirsənmi, gülüşlər həmişə xoşbəxtlikdən deyil arzular hər deyəndə çin çıxmır xəyal hər zaman gerçəyə dönüşmür yaxşılıq həmişə yadda qalmır, pislik isə tez yaddaşa hopur...   Bilirsənmi, xəstəxanalar həmişə can qaytarmır, can satılır bəzən bu "bazarda". məscidlər bütün duaları göylərə ötürmür O'na evindən səslənmək belə, avantaj olmur insanlara vağzallar ayrılıqları daha çox yaşayıb vidaların əl sallayan görüntüsündən bezib bəlkə də. gəmilər hər zaman geri qayıtmır...   Bilirsən, yandırılan hər siqaret əfkarı dağıtmır siqaret yandıran bütün adamlar da darıxmır alışqanın ucundakı alovla siqar yandırdığını düşünərsən, əslində yanan ciyərin olar içinə çəkdiyin o tüstü ciyərlərinə can verər bir qadının özləmi qalxar göyə kişi dodaqlarının arasından...   bilirsənmi, yanaqlardan süzülən göz yaşında qəlbin qanaxması başlayar kliniki ölüm keçirər bütün hissiyyata məhkum orqanlar... bilmirsən ki, bir ürəyin ağrısı insandan keçər ya varlığından ya da yoxluğundan əzab verər...  

Aysel Abdullazadə20.01.2016  


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+27=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0302 saniye