Gətirib zarə məni gündüzə nisbət gecələr...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:16 22 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Gətirib zarə məni gündüzə nisbət gecələr,
Tükənib səbri-qərar olmadı rahət gecələr.

Çoxalır dərdi-sərim,hər günüm ah-vayla keçir,
Azalar,bəlkə,dedim bir belə möhnət gecələr.

Edəcəkdir səni yad sübhə qədər gör nə qədər,
Yenə bəxtim qaralıb,ya da ki,zülmət gecələr.

Gülə mail oluban aldı əlimdən qərarım,
Olacaqsan,gözəlim,sən mənə həsrət gecələr.

Görə bilməz səni afət,özü səndən də betər,
Sənə,Mövlud,yarı görmək ola qismət gecələr.

16.01.2015 / Zərdabi

Mövlud Ağamməd

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0438 saniye