Hər gecə eşq ilə yazardim sənə
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 22:48 11 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Bu gecə bənzəmir

Ötən günlərə...

Sevdalı bir qəlbə,

Yanan ürəyə.

Bu gecə

Ayrılığın ilk gecəsi,

Ümidimin son gecəsi

Qələmim və mən

Yaşayırıq sənsiziyi

Səssizliyi...

Hər gecə ömrümü yazardım sənə,

Bu gecə həsrətlə yazacam sənə.

 

Hörəcəm qəlbimə qəm bəzəyini,

Vuracam ruhuma dərd naxışını.

Qəmi rədif qoyacam

Ayrılığı qafiyə.

Töküb ürəyimi ağ vərəqlərə

Qara hərflərlə yazacam səni.

Hər gecə zovq ilə yazardım sənə,

Bu gecə həvəssiz yazacam sənə.

 

Yaza-yaza öldürəcəm səni,

Ötənləri yazacam,

Bitənləri yazacam.

Qocaldacam eşqimi

Ağ vərəq üstündə yazılan

Qara sözlərlə.

Öldürəcəm eşqimi,

Xəyanətdən doğulan

Acı zəhərlə.

Hər gecə eşq ilə yazardim sənə,

Bu gecə nifrətlə yazacam sənə...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.024 saniye