Hər gün intihar..
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 22:40 23 noyabr 2013 tarixində əlavə olunmuşdur
 Indi sizə belə bir şey deyim. Bir insan yalnız qaldığında nə edər?  Kitab oxuyar, çay içər, qeybət edər, şeir yazar, yatar, düşünər, xəyanər edər, xəyal qurar..
 Bəs biri intihar edərsə?  
 Siz heç boş vaxtlarında intihar edən birini gördünüz mü? 
 Heç gördünüzmü güllə ilə beynini deşib, sonra ora qazet parçaları doldursun. Heç gördünüzmü, bıçağı sinəsinə ilişdirib sonra da bintləsin. Ya da...
 həyatına elə insanları "ilişdirsin ki" bir də qurtara bilməsin yaxasını. Və hər gün, hər gün bir az daha "gəbərsin"..  İnamını 5 qəpiyə satıb sonra kasıblıqdan dəm vuran əfəllərə deyəcək sözüm yoxdu..
 Yox, Yox.. Bu deyəsən çox ağır oldu. Axı hamının " konstitutsiyası" var.. Axı hər kəs bərabər və ağıllıdı. 
Nə isə...
 Boş vaxtlarında intihar edən biri .. O hər gün özünü asır, dərmanlar qəbul edir, bıçaqlayır öz-özünü.. Amma gəl ki, iki dünya arasında bir Siratda qalıb. Körpünün tən ortasında bir çiynində günahları, bir çiynində savabları.. 
 Belində isə dost bıçaqları.. O, hər gün intihar edir. O hər gün siqaret çəkir. Hər gün içki içir.. 
 Hə gün intihar edir, hər gün sərxoş olur.. 
 Hər gün kürəyindəki bıçaqlar lap çoxalır.. Hər gün daha çox ölür.. Hər gün daha çox intihar edir.. 
Amma vaxtı olmayanda ruhunu bədənindən azad edib, çay içir.. Siqaret qoxusundan iyrənir. İçkinin yanından keçmir. Amma o hər gün intihar edir..

... dəfə oxunub
Qiymət: 9/10(21 səs)
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0276 saniye